Alatoran_header
Yeniliklər
27 aprel 2005

Saytımızda mp3 faylları ilə tanış ola bilərsiniz.


14 aprel 2005 il

Alatoran jurnalının 4-cu sayı çapdan çıxmışdır.
Bu sayda oxuculara prinsipial olaraq çatdırılan esas mövzular Guney Azerbaycan modern edbiyatıyla bağlıdır.
Guneyde modern edebiyyat partlayışı yaşandığını Alatoran böyök bir layihe olaraq oxucularına sunmaqdadır. Jurnal ilk saylarından başlayaraq qarşıya qoydğu bir meqsede - butun dunyada yaşayan azerbaycanlı yazarların uluslararası dergıisi olmağa bu yeni sayda çox yaxnlaşmış tesiri bağışlayır. Fransada yaşayan şair Suleymanoğlu ile musahibe, İngiltereden Herhard Talazaninin «Utopik şerler uzerine bir neçe söz», Almaniyadan Mucteba Eresin «Postmodernizm: doğuluş ve biz», Nyu-Yorkdan Azer Ehmedovun «Postmodernizm haqqında bir-iki kelme» meqaleleri Azerbaycan edebi duşuncesine yeni ufuqler qazandıran son derece ciddi materiallardır.
Teqriben 20ye yaxın Yazarlar Ocağı uzvunun eserlerinin yer aldığı bu yeni sayda ustunluk, qeyd edildiyi kimi, eslen Guney Azerbaycandan olan yeni nesil yazarlara verilmişdir, 50ye yaxın yazıçı ve şairin muxtelif janrda olan eseri burada öz eksini tapmışdır.
Alatoran -4de Nermin Kamalın, Hemid Herisçinin, Seymur Baycanın tenqidi publisistik yazıları, Azad Yazarlar Ocağının Beynelxalq REN teşkilatına unvanladığı mektubu, tercume bölumusinde Azad Yaşarın tercumesinde Jan Pol Sartrın «Divar» hekayesi, habele Azerbaycan edebiyyatının Turkiyede yorulmaz tebliğatçısı Yusif Gedikli ile ve «Siyasi liderler edebiyyat haqqında» rubrikasında Sabir Röstemxanlı ile musahibe, Alatoranın rusca elavesinde daha 9 muellifin eserleri derc olunub, ressam Huseyn Haqverdiyevin eserlerinden illustrativ material kimi istifade edilib.
Alatoran bu sefer 236 sehifede 500 tirajla derc olunub.


10 dekabr 2004 il

Hörmətli oxucular!
Xəbər verdiyimiz kimi "Alatoran" ədəbiyyat jurnalının 3-cü sayı dərc olunub. İndi yeni sayın internet versiyonunu sizə təqdim edirik.
Əvvəllərdə olduğu kimi yenə bomba yazılarla görüşünüzə gəlmişik. Unutmayın, Azad Yazarlar Ocağı və onun "Alatoran" jurnalı Azərbaycan yeni düşüncəsinin avanqardıdır
Alatoran.org/forum bütün rəy və təkliflərinizə açıqdır.


4 avqust 2004 il

Saytımızda yeniliklər var!
"Alatoran" jurnalının 2-ci sayının nəşr olunması ilə əlaqədar olaraq saytın "Əsərlər" bölməsi yeni imzalarla zənginləşmişdir. Sevinc Pərvanə, Günel Mövlud, İNTİŞ (İntiqam), Rövşən Naziroğlu özlərinin yeni yazılmış olduqları şerlərlə təmsil olunmuşlar. Onların simasında Azad Yazarlar Ocağının yeni üzvlər qazandığını da nəzərinizə çatdırırıq.
Bundan başqa "Əsərlər" bölümündə Rasim Qaracanın yeni şerləri, Həmid Herişçinin "Nekroloq" romanından yeni fəsli, Murad Köhnəqalanın "Bulud Pinəçisi" povesti, Nərmin Kamalın "Çalışmalar" şeri jurnala istinadən öz əksini tapmışdır.
"Tərcümə" bölümündə yapon yazıçısı Kobo Abenin "Qumluqdakı qadın" povestinin ikinci hissəsi, rus yazıçısı Viktor Pelevinin "Tarzan kanatı" hekayəsi əlavə olunmuşdur.
Saytımızdakı önəmli yeniliklərdən biri, Cevdet Karalın təqdimat yazısı ilə Türk çardaş şerinin korifeylərindən sayılan Nəcib Fazil Qısakürəyin, Sezai Qaraqoçun, Cahit Zərifoğlu, Ebubəkir Eroğlu şerləridir.
"Ədəbi tənqid" bölümündəki yeni məqalələrlə tanış olmaq çardaş Azərbaycan ədəbi prosesi haqqında təsəvvür əldə etmənizə kömək edəcək.
Yeniliklər sırasında Fazil QəzənfəroğluHəmid Herişçi ilə müsahibə, Azad Yaşarın "Dilimizin palindrom imkansızlığı", Həmid Herişçinin "ANARxistlərin qurultayı", Nərmin Kamalın "Zamanı donmuşlar", "Tartan-Partan qurultay", Rasim Qaracanın "Qurultay sonrası gurultu" məqalələri öz əksini tapıb.
Güman edirik ki, saytımızda yeni yerləşdirilmiş müəlliflər sırasında Aqil Abbasın, Əli Hacının, Əbülfət Mədətoğlunun, Almaniyadan Həbib Müntəzirin şerləri ilə tanış olmaq sizin zövgünüzü oxşayacaqdır.

Diqqətinizə çatdırırıq ki, "Yeniliklər" bölümününə müntəzəm olaraq əlavələr olunacaqdır.