|
|
Yaşar Həsən
Өvvөlki Sonraki
Jurnal 2006N2
Yaşar Əsən
1980-də Təbrizdə anadan olub. Bakı Incəsənət Universiteti memarlıq fakultəsinin 3-cü kursunda oxuyur.
UTANDIM ÖZÜMDƏN
Igit oğlan
Başını dik dut
Köksünü ver qabağa
Və danış dostlarına
Necə bir qızın duyğular ilə oynadığını
Və kimliyinə toxunduğunu.
Zavallı qız ölmək istəyir
Yanında olmalıydın
Amma xəyal qırıqlığına uğratdın
Zavallı qızı.
Bir həyat yaratmışdız ikinizdə
O istəmədən
Sən istəmədən.
Aldırdın onda yaşayan canı
Və oğraşcasına
His etmədin onda olan ağrını.
Sən nədə kişisən
Ey şərəfsizliyin qəhrəmanı.
Mən utandım özümdən
Həmdə sənin üzündən
Sən isə ...
29.11.2005
TƏCAVUZA UĞRAMIŞ QIZ
Bağışla məni
Bilmirdim səndə olan kədəri .
Nələr çəkdirmişlər sənə
Bu az yaşında .
Zavallı qız ,
Özündən küsmə
Sən
Yırtıcı hislərin qurbanısn
Və namussuz yasaların zindanı
Sən
barmaqların işarəsindən qorxursan.
Və yalqızlığın acısından.
Amma həyatı nənələrin ağzinda axtarma
Və namussuz namuslularin yasalarında .
Zavallı qız
Sən sevmişdin
Və inanmışdın
Utanma
Utanan varsa
qoy o olsun,
səni aldatdığına görə
və əclafcasına tərk etdiyinə görə.
Utanan varsa
Qoy mən olum
Kişiliyimə görə .
Utanan varsa
Qoy onlar olsun
Yəni namussuz namuslular .
Zavallı qız
Özündən küsmə
Küsürsənsə
Küs keçmişindən.
Sən suçsuzsan
Inan mənə .
Başını dik dut
Və atdımlarını sərt at
Yeni bir həyata.
29.11.2005
KOBUT SEVGI
Saat 11-dəqiqə işlımiş 19 –a
Heydər Əliyev parkında
Bir oturacaqda oturmuşam ,
Yapa-yalqız.
Və izləyirəm
Kobut sevgiləri
Sağımda
və solumda .
O ... f
O ... f olsun
Bu kobut dünyaya
Olmasın
Belə sevmək , kökündən .
6.12.2005
YOLLAR
Bir küçə var
Birdə neçə atdım yol.
Qaranlıq
Səmirsiz
Və xəyallar qarşıda.
Ötmək gərəkdir
Ancaq ötmək.
Yollar bunun üçündür
istəməsək də .
ÇIÇƏKLƏR
Çiçəklə sevgini bildirmək
Iyrənc bir yoludur sevgilim
Bir həyatı almaqla
Qıssa olsa belə
Sevmək
Və onu bildirmək
Yəni
Insanda olan
sümürgəlik
25.12.2005
GÖMƏCƏK
Gələcək ,
keçəcək
keçmişə dönəcək
və keçmişlər öləcək
Yenədə dönəcək,
dönəcək ...
hep zaman
və durmadan
göməcək bizi
geridə qalan sabahlarda.
4.1.2006
QAPALI DÜNYA
Bir atdım irəli
və yaxud geriyə
Heç bir dəyişiklik yox
Günlərimizdə
Tərbiyəli xalalar
Qeyrətli dayılar
Köhnə fikirlər
və həyatı zorlaşdıranlar
Quranla böyüyənlər
Allah üçün yaşayanlar
Və sevməyi bilmiyənlər
Yəni qapalı bir dünya
Heç də yaşamağa dəyməz.
11.1.2006
FƏLSƏFƏ
Fəlsəfənin ikinci dərsliyi :
Həyatın doğruları
Nənəvin poxuna bənzəyir
Və məhəbbət
Onun içindəki
Pamedor qabığıdır
Yəni
Yesəndə budur
Yeməsənde
SAYIQLAMAQ
Bu gecə
Səhərə qədər yazmaq istəyirəm
Bəlkə də sayıqlamaq.
Səni sevdiyimi demək
və bundan ölmək.
Bu cındır dünyaya
Olursa bağlanmaq
Amma sevmək
bu dünyalıq dəyil.
Bunu bildim,
Sevgilim.
Bizim dünyamız
Yasaqlarla yaranmış
soyuq bir gündə
Deyirlər 7 gündə.
Düzdür
Qar da gözəldir
Amma çoxluq
Korluqdur.
Və bizimki,
qəhbə bir dünya.
Sən isə
telefon etməkdən də çəkinirsən.
Bəlkə də ölmüşəm,
acımdan
yaxud
acığımdan .
Bəlkə də hər şey gözəldir
və mən
düymuram bunu.
Yox sevgilim
Sevmək bu dünyalıq dəyil
Və başqa bir dünyanın
olduğuna ınanmıram.
Yaxud
Inanmaq istəmirəm.
Kaş ki,
Amerikada doğulsaydım
Və ya
Parisdə.
Onda
Hər şey gözəl ola bilərdi
Hətta sex.
29.1.2006
SƏSLƏR
Səslər ölməz
Ona görə ki,
ənginlərin yolçusudurlar.
Ölən varsa
Səssizlikdir.
Ölənlər bilər.
22.1.2006
HƏYAT
Həyat nə zor şey imiş !
Yenə düşündüm
Bir ərkəyin sınması
Başını qaldıramıyacağı qədər.
Yaxud
Bir qadının çarəsizliyi
Və küçələrə düşməsi
Qayıda bilməyəcəyi qədər.
Və bir uşağın
Kimsəsizliyə
Tərk edilməsi
Bir də
Sığına bilməyəcəyi qədər
Nə zor şey imiş !
BILMƏDIM KI
Bilmədim ki, vətən nədir ?
Vətəndaş kim ?
Bir ömür özgə himilə öyündüm
Və bayrağına tapındım.
Düzdür uşağ idim.
Böyüdükcə
Dəyişdim
Və düşündüm doğal haqqımı
Hətta dilədim
Və diləndim
Gənckən öyrəndim
Ki, boçdur bunlar
Və bizim dərdimiz
Adam kimi olmadığımız
Və
Bununla razılaşdığımız.
3.2.2006
QƏQƏŞ
Küçəyə zibil atma
Zibilə düşərsən.
Bəsdir yerə tüpürdüyün
Tüpürcəyə boğularsan.
Və bəsdir
Kişilikdən danışdığın
Orqanını qaşıyarkən.
Söyüş söyən ağzını bağla
Iyləndirdin havanı
Bir də siqaretinin dumanı.
Və içdiyin
Cındır arağın qoxusu.
Yox söyləmə fikrini
Çürümüş beyninin zibilini
Xotdarkən Jiqulini.
13.2.2006
ACIDIR YAŞAM
Televiziya məni qıcıqlandırır
Dostlarım məni anlamır
Və sevdiklərim uzaqlarda.
Həyat tam tərsinə
Və məndə əksinə.
Bir sözlə
Ürəyim sıxılır.
Ölümə həsrət qaldığım bir anda
Nə acıdır
Yaşamaq.
18.2.2006
| |