|
|
Qan Turalı
Өvvөlki Sonraki
Jurnal 2006N2
QAN TURALI
Azad Yazarlar Ocağı
ANARIN SON GÜNLƏRİ
Hər şey son parlament seçkilərindən sonra başladı. Anar bu dəfə qutudan 170 səslə çıxdı. Düzdür, bəziləri deyir ki, Anar qutuya sığmır, amma nəzərə alaq ki, o özü-özünü qutuya salmışdı. İqtidar bu dəfə ona etimad göstərmədi. Səbəb kimi Anarın Rəsul Quliyev haqda loyal bəyanatı da ola bilərdi, Mir Cəlalla Rəsul Rza arasında olan konfliktlər də. Bəlkə də ikisi də vardı. Toplananların yerini deyişməklə cəm dəyişmədiyi kimi burada da nəticə dəyişmir. Anarın qara günləri başladı.
ANAR FACİƏSİ
Həh hansı bir yazıçı öz əsərinin deyil, iqtidarın arxasında gizlənəndə, rəyasətə can atanda onun faciəsi başlayır. Anarın qara günləri hələ AXC hakimiyyəti dövründə başlamışdı. O zaman mövcud olan ictimai şüur, həqiqi ziyalılıq meyarlarına Anar duruş gətirə bilmədi. Nəfəsini Türkiyədə dərdi. Heydər Əliyevin gəlişindən sonra Anara günəş doğdu. Heydər Əliyev 1997-ci ildə keçirilən YB qurultayında iştirak edərək Anara açıq dəstək verdi. Vaxtilə Anar 1987-ci ildə fəxr edirdi: Bu ilk qurultayımızdır
ki, onu dövlət rəhbərliyi açmır.
Amma 1997-ci ildə o, yazıçı Anar ölmüşdü, yaşayan sədr Anar idi. “Bir otel otağında” Anarın sonuncu əsəri oldu. Müharibə gedən dövlətin ziyalısı kimi Türkiyə universitetlərində iş axtaran Kərim Əsgəroğlu sonda qərib bir otel otağında vəfat edir. O, da I Qarabağ savaşında Türkiyə universitetlərinə dərs deyirdi. Anar heç bir əsərində bu qədər səmimi olmamışdı. Bəlkə də o bunu şüurlu olaraq etməmişdi. Lakin Anar bir məsələdə də səmimi idi. Ədəbiyyat qadağalarla yaşayır, azadlıq isə onu məhv edir. Anarı da azadlıq məhv etdi. Ezop dilində yazan Anar azad sözün nəfəsini duyan kimi məhv oldu. Mumiyalanmış ölünün tabutunu açanda mumiya dağılan kimi. Maksim Qorki gözəl deyir: Sürünmək üçün yarananlar uça bilməzlər. Linkoln qullara azadlıq verdi. Bütün günü bayram edən qullar axşam öz ağalarının yanına qayıtdılar. Onlar azad yaşaya bilməzdilər. Anar da belədir. Səhra qurtardı, indi dəniz başlayır. Anar salamat qal. Qal, salamat qal. “Səhra yuxuları” bitdi. Amma Anar hələ də təslim olmaq istəmir. O, hələ də nəyəsə inanır. Amma bu ümidsiz
inamdır. Onu heç nə xilas etməyəcək.
Elnən gələn gün toy-bayramdır. Anar səhrada tək deyil. Amma səhranın da öz qanunları var. Çirkabda olan, hamının çirkaba batmasını istəmirmi? Anar öz “Səhra yuxular”ından ayılmayıb. Atası da səhradadır, özü də. Atasını da qorumalıdır, özünü də. Neyləməli? Anar gənclərin önünü kəsməlidir, o gənclərə denşik (ayaqqabı silən) də deyə bilər, həşarat da. Poeziyada bolşevik atasını, nəsrdə isə öz adını qorumaq üçün yeni ədəbiyyatın qabağına kötük diyirlədəcək. Rəsul Rza mükafatı da paylaya bilər, Süleyman Rüstəmə yubiley də keçirə bilər. Təki yaltaqlıq, məddahlıq yaşasın. Təki istedadlı adam səfalətə məhkum olsun. Pisikdirilsin. İclasın şirin yerində ayağa qalxıb əl də çala bilər. Onun heç bir hərəkəti nə məntiqidir, nə də əxlaqi. O, hər şeyi edə bilər. Ondan qorxmaq lazımdır. O yalnız yaşamaq uğrunda mübarizə aparır. O, elə bilir ki, hələ sağdır. O, elə bilir ki, hələ ölməyib. Özü haqqında yazdırdığı yalanlara inanıb. Səhra yuxuları ağır olur. Öz haqqında bir düz söz belə eşitmək istəmir. Əleyhinə yazdıqlarını isə birbəbir oxuyur, arxivləşdirir. Düşmənləri ilə savaşır. Onları iş yerindən belə məhrum edə bilir. Amma heç kim ac qalmır. Mənəviyyatı ac olanlar isə heç zaman doymur. Bizim yaşamağımız və yazmağımız onların ölümüdür. Bunu Anar deyir. Amma yazmayan da
odur, onlardır, ölən də.
Rejim öz övladlarının keçmiş günahlarını bağışlamır. Hətta bu günah atalarının adına yazılsa belə. Biz Anarla üzülüşmüşük. Onun qətl günü bu gündür, məkanı isə səhra. Adamı yuxuda da öldürə bilərlər. Brut, sən də. Sezar onu bıçaqlayan dostuna deyirdi. Sən artıq hakimiyyət üçün gərəksizsən. Səni heç nə xilas edə bilməz. Yanındakı sandıqtulaların da,
məddahların da. Heydər Əliyev haqqında yazdığın essen də.
İlham Əliyev dövlət səviyyəsində qeyd olunması üçün sərəncam imzaladığı yubileylərin birinə də gəlmir. Səməd Vurğunun, Vaqif Səmədoğlunun və Süleyman Rüstəmin yubileyində Anar prezidentin yanında otura bilmədi. O, bunu çox istəyirdi. Artıq onu heç kim saymır. Mehriban Əliyevanın qəbuluna girmək istəsə də onu müavini qəbul edir. Onun mərhum prezidentlə şəkilləri Heydər Əliyev fondunun divarlarından yığışdırılıb.
Anar indi Feyzulla Kəbirlinski aqibəti yaşayır. Dantenin bir həftə əvvəl olan yubileyinə Anara dəvətnamə göndərilən gün yaxındadır. Anar bu yubileyçün Respublika sarayına gedəcək, orda onu Cenifer Lopesin heyranları qarşılayacaq. Ona deyəcəklər ki, sənin dəvətli olduğun yubiley
bir həftə əvvəl olub.
Biz artıq səhradan uzaqlaşmışıq. Anar isə səhrada vuruşur. Özü də görün kimlə. AYB-ni satıb, yeyən Arif İbrahimovla. Yəqin Anarın haqqını vaxtında çatdırmayıb. O da zəif deyil. Səhrada qalan nə çox adam var. Sənə onlar qənim olacaq. İnqilabçıları öz balaları öldürür. Trotskini öz dostları öldürdülər, özü də Kommunist partiyasının rəmzi olan çəkiclə. Səni dərd öldürməyəcək. Dərd ağır şeydir. Sən onu kürsüyə dəyişdin. Yazıçı mənəvi keyfiyyətlərini itirəndə yazıçılığını, sədr isə mal-mülkünü, rəyasətini
itirəndə sədrliyini itirir.
Mirzə Xəzər “Azadlıq” radiosu ilə elan etmişdi: Anar yəhudidir. Olmaya da bilər. Özü deyir ki, yəhudi olsam sevinərəm. Burda bir şey maraqlıdır. Yəhudilər dünya malına aldanıb, kitablarını dəyişdirdilər, dünyaya meyl edib, axirəti unutdular. Onlar lənətlənmiş millətdir. Quran belə deyir. Bu prizmadan baxanda Anar da yəhudidir. O xilqətdən sahib olduğu keyfiyyətləri mənəvi keyfiyyətlərini maddiyyata dəyişdirdi. Maddiyyat onu öldürəcək. Lənət yalnız yəhudilərin deyil. Maddiyyata sarılanlarındır.
Allahın lənəti ağır olur.
Artıq bir şey qalmayıb. Qisas günü yaxınlaşır. Qisası biz almayacağıq. Səni hakimiyyət özü məhv edəcək. Bu təhlükəli oyuna sən özün girmişdin. Bu sənin öz cəzan olacaq. Anarın limiti bitib. Əkrəm Əylislinin sözləridir. O da
köhnə qvardiyadandır.
ƏKRƏM ƏYLİSLİ ÜMİDİ
Anarın ən birinci əleyhdarı odur. Anara qarşı bir çox əsaslı ittihamlar irəli sürüb. Amma o da səhradadır. Özü bunu bilmir. Özü deyən, Sovet dövründə idarəolunmaz adam olub. Azərbaycan jurnalına beləsini baş redaktor qoyardılarmı? Komsomol mükafatı hansı dissidentə verilib? Amma Əkrəm Anar deyil. O daha yüksəkdə durur. Çünki bu gün dar mənada Xeyirə xidmət edir. Anarın iç üzünü açıb-göstərir. (Anarın səhnədən düşməsilə Əkrəm də öz mənasını itirəcək. Bu gün Əkrəm üçün Anarın onu qəbul etməsi xalqın onu qəbul etməsindən daha əhəmiyyətlidir. Onun üçün, parlamentə gedib xalqın gözündən düşmək olar, təki Anara böyüklüyünü göstərsin. Hətta mandatı aldığı günlərdə eyforiyaya qapılıb artıq arzusuna çatdığını sanmışdı və dərhal bəyənat verərək Anara difiramblar oxumuş, ona dostluq məsajları göndərmişdi. Hətta bu “yükək” məqamında da şəhərli Anar kəndli Əkrəmi qəbul etməyincə Əkrəm təzədən valı ters üzünə çevirməli oldu. Bu səfər dostluq məsajlarını ədəbi gəncliyə göndərməyə başladı. Lakin ədəbi gəncliyin iki qarımış yazıçı problemi yoxdur. Qoy Əkrəmlə Anar şmürlərinin
axırınadək pısdımbacı oynasınlar. Bu bizi maraqlandırmır.)
Əkrəmin atası yazıçı olmayıb. Əkrəm yalnız özünü xilas etməlidir. Yalnız özünü. 37-ci ilə düzgün qiymət verilməsə Anar hələ də yaşayacaq. Əkrəm belə düşünür. O da bilmir Anarın öldüyünü. Amma, sevimli Əkrəm müəllim. Xeyirlə şərin mübarizəsi yalnız 37-də olmayıb ki. Ondan da əvvəl olub, ondan sonra da. Siz də Sovet yazıçısı olmusunuz. Rejimə xidmət etmisiniz. Hələ də edirsiniz. Bunu niyə etiraf etmək istəmirsiniz? Siz indi parlamentdə oturmusunuz. Siz “Şöhrət” və “İstiqlal” ordenlərini almısınız. Anar kimi siz də möhtəşəm və şərəfli keçmişinizə inanırsınız. Siz müstəqilliyin ilk illərində siyasi oyunlara qoşulmadınız. Yazıçı Əkrəm hələ sağdır. İstefa verin parlamentdən, etiraf edin Sovet yazıçısı olduğunuzu. Onda siz mənim kumirim olarsınız. Azərbaycanda yazıçı kumirim qalmayıb. Bu parlament sizi məhv edəcək. Hər şeyi atın, gəlin sıralarımıza. Bizim də cəsarətli bir yazıçımız olsun. Allah bizi qarğımayıb ki.. Anarı-iqtidar tərəfindən vurulmuş adamı dəfələrlə tənqid etmək cəsarətdirmi? Qapımızı gecə də açıq qoyacağıq, amma inanmıram gələsiniz. Ümid dəhşətli şeydir, işgəncəni artırır. İşgəncə isə bu gün Anarın nəsibidir. Nəsibinə şərik olmayaq. Mənəvi yükümüzdən böyük fərəhimiz yoxdur. Fərəhimiz bizə yetər.
| |