Alatoran_header  

Qan Turalı

өvvөlki   Sonraki

Jurnal 2006N2



CAVANLIQ SƏHVİ

Bir hekayə yazmaq istəyirdim. Adi səhvlərin insan həyatını necə dəyişdirdiyinə dair. Süjet tapa bilmirdim. Amma bir gün bir qoca kişi mənə məktub verdi. Arvadına çatdırmaq üçün. Ağır xəstə idi. Dedi mən öləndən sonra arvadıma verərsən. Məktubu açıb oxudum. Axtardığım burda idi. Hekayənin sonu hazır idi. Məktubu olduğu kimi köçürəcəkdim.

Qalırdı onun əvvəlini yazmaq.

Müəllif İnanırdı. Bir gün onun da sevgilisi olacaqdı. Onunla gəzəcəkdi. Bax, elə indicə kafedən çıxan qızla oğlan kimi. Onlara paxıllıq etməzdi. Bulvarda öpüşən oğlanlara qızlara baxmağı sevirdi. Bir gün sənin olacaq səadəti

indidən görmək maraqlıdır. Elə də oldu. Özü haqqında dostu onu demişdi ki, sənin olsa-olsa bir sevgilin olacaq, elə onunla da evlənəcəksən, ömrünün axırına qədər başqa qadın sevməyəcəksən. Bir gün yenə bulvarda gəzirdi. Qız gördü skamyada tək oturan. Aralıda durub ona baxdı. Oğlanlar bir-bir gəlib bəxtlərini sınayırılar. Amma hələlik şansı gətirən adam yox idi. Birdən ağlına gəldi ki, o da bəxtini sınasın. Qorxurdu. Birdən ona da rədd cavabı verərlər.. Dostunun ona verdiyi məsləhətlərin birincisini xatırladı. Belə vəziyyətdə tamam özgə şeyləri düşünüb qıza yaxınlaşmalısan. Yaxınlaşdı, skamyaya az qalmış tərəddüd hissi keçirdi. Oturum, yoxsa ayaq üstə danışım? Otursaydı daha rahat olardı, bir də yolla gəlib gedənin diqqətini cəlb eləməzdi. İlk uğursuz təcrübəsini xatırladı. Onda cəsarəti yalnız qızı çağırmağa yetmişdi. Qız tanımadığı bu oğlanın dəvətini qəbul etdi. Lakin o deməyə söz tapmadı

təklikdə qıza. Birdən dönüb getdi. Qızın reaksiyasını belə görmədi.

Skamyada oturdu. Qız ona baxırdı. O isə sadəcə utanırdı. -Salam, əvvəlcə o danışdı. -Salam, qız cavab verdi. Oğlanın utandığını görürdü. Maraqlı idi, belə adamın cəsarətə gəlməyi -Dəniz çox gözəldir, insan ona baxanda öz sonsuzluğunu anlayır. -Sizə elə gəlir? -Əlbəttə. Mən insanın qüdrətinə inanıram. Bir də dənizi çox sevirəm. -Yalnız insanın sonsuzluğunu sizə xatırlatmağına görə dənizi sevirsiniz? -Yalnız ona görə yox. Uşaqlığım dəniz sahilində keçib. Dənizi görəndə keçmişi xatırlayıram. Atamı, anamı, qardaşımı. İndi onlar hamısı çox

uzaqdadır. Bax, buna görə dənizi çox sevirəm. Qız susdu. Cavab kədərli idi. Kədərli cavablar hər zaman söhbəti başa çatdırır. İndi də elə oldu. Duraq bir az gəzək, bu sözlər qızın

dodaqlarından qopdu. Bərabərcə gəzməyə başladılar. Artıq onun da bir sevgilisi var idi. Söhbəti dəyişdirdi. Qıza lətifə danışmağa başladı. Fəlsəfi gəzişmələrdən sonra lətifələr maraqlı olur. Az sonra lətifə sizə təqdim ediləcək. Lətifə bir abzasda olacaq, növbəti abzasa keçən kimi gülə bilərsiniz. Yadına Selincer düşdü. Bu buddist yazıçı əvvəlcə hansısa qəzetim yumor səhifəsində işləyirmiş. Danışdığı lətifə isə belə idi. Bir gün dülgərə zəng edirlər ki, gəl bizim evə, şifoner xarabdır, onu düzəlt. Dülgər alətlərini götürüb gedir ünvana. Qadın ona şifoneri göstərir. Dülgər baxıb görür ki, şifoner xarab deyil. Qadın isə ona izah edir ki, çöldən avtobus keçəndə şifonerin qapısı açılır. Dülgər şifonerin içinə girib gözləməyə başlayır. Qadın isə mətbəxdə yeriməyə başı qarışır. Bir azdan qadının əri gəlir, pencəyini soyunub şifonerdən asır. Bu zaman dülgəri görür. Ondan soruşur ki, burda neyləyirsən? Dülgər qorxa-qorxa deyir ki,

bilirəm inanmayacaqsan, amma avtobus gözləyirəm. Qız bu lətifəyə möhkəm güldü. Əlinin arxasıyla hətta göz yaşlarını sildi. Deməli hər şey yaxşı gedirdi. Qızı yaxındakı kafeyə dəvət etdi. Bu kafe qarşısında çox birlikdə içəridən çıxan qız-oğlanları görmüşdü. İndi o da

içəridən çıxacaqdı. Qorxa-qorxa içəri girdi. Elə bil kafedə ona baxırdılar. İçinə həyəcan doldu.



Kənarda bir yer tapıb oturdular. Ofisiant gəldi. Üzünü ona tutdu: -Nə istəyirsiniz? Qızın sifətinə baxdı. Dostunun məsləhətləri yadına düşdü. Əvvəlcə qızdan nə istədiyini soruşmaq mənasıyla üzünə baxdı. Bir də onu bilirdi ki, ilk kafe buluşmasında hesabı oğlan ödəməlidir. Sonrakılarda qıza güzəştə

getmək olardı. Amma ilk dəfədə yox. Qız “mən kofe içmək istəyirəm” dedi. Daha bir məsləhət beynində fırlanırdı. Qızın sifarişindən nəsə başqa şey istəmək istəməli idi. Ağlına başqa şey gəlmirdi. Madam ağlıma başqa şey gəlmir onda qəhvəni başqa cür istəyim dedi öz-özünə. Mənə “duzlu qəhvə ver” dedi. Ofisiant alışmışdı belə qəribə sifarişlərə. Ona görə “oldu” deyib çəkildi. Bir dəfə bir qız ondan köz istəmişdi siqaretini yandırmağa. O vaxtdan heç bir sifariş onunçün təəccüblü deyildi. Amma ən azı bu hərəkətini qıza etməli idi. Onda qəribə bir vəziyyət yaranmışdı son zamanlarda. Axmaq bir hərəkət edirdi, amma bu vəziyyəti izah edə bilirdi. Ona görə də sifarişin arxasından ofisiantın getməyini gözlədi. Ofisiant gedən kimi sözü ona verdik: -Gündə ən az bir dəfə duzlu qəhvə içirəm. Duzlu qəhvə dəniz suyuna oxşayır. O da mənə atamı, anamı xatırladır. Duzlu qəhvə acı olsa da keçmişə biletdir. Keçmiş isə şipşirindir. O qədər şirindir ki, onunçün bir

fincan acılığı içmək olar. Qız yenə də doluxsundu. Atası yox idi. Yetim böyümüşdü. Hər zaman qarşısına çətinlik çıxanda atasını arzulamışdı. Keçmişdə atası var idi. Ona görə keçmiş ona əziz idi. Bir teleserialda eşitdiyi cümləni xatırladı. “Yetim

qıza hamı potensial fahişə kimi baxır” Qəlbində oğlana qarşı bir rəğbət oyandı. Dilli-dilavər oğlanları sevmirdi. Belə birisini gözləyirdi. Dəqiq bilirdi ki, bu oğlanın yaxınlaşdığı birinci qızdır. Və sonuncu da olacaqdı. Amma belələrini tapmaq heç də həmişə asan olmur. Belələri üçün məhəbbət nakam olur. Onlar üçün məhəbbət

əzab çəkməkdir, heç bitməyən kədərdir. Mətləbi uzatmayaq. Onlar evləndilər. Təklifi əlbəttə ki, oğlan etdi. Qız hər gün sabahdan durub qəhvəsini yatağına gətirirdi. Sonra onun gözünün qabağında qəhvəyə duz atırdı. Oğlan isə içirdi. Amma üzündəki ifadə elə idi ki, elə bil əsir kimi suyuna tüpürüb ona içirdiblər. Hətta bəzən qız çaşıb çaya da duz atmaq istəyirdi. Oğlan “ancaq qəhvəyə” deyir və gülürdü. Qız öz növbəsində onu anlayırdı. Keçmiş hər zaman acıdır. Nə zaman

gözəl olsa da indi olmamağı bu anıma kədər qatır. Qız belə düşünürdü. Amma gerçəyi bir mən bilirdim, bir də oğlan. Onlar uzun müddəıt bir yerdə yaşadılar. Həvəsim yoxdur onların həyatını tam əks elətdirməyə. Axırda oğlan vəfat etdi. Əlbəttə o öləndə artıq qoca kişi idi. Kimi birinci öldürmək isə mənim əlimdə idi. Belə həvəssiz işi görməli idim. Bunsuz hekayənin dadı qalmır. Kimi birinci öldürməli? İndi yadıma düşdü ki, qoca kişi məktubu öləndəın sonra arvadına çatdırmağımı mənə tapşırıb. Əgər

birinci arvad ölsə məktub oxunmamış qalacaq. Oğlan vəfat etdi. Arxasınca bi məktub yazıb müəllifə təqdim etdi. Mənə tapşırmışdı ki, qələm əlindədir, bir yol tapıb bunu bizim arvada ötür. Məktubu açıb oxudum. Kövrəltdi məni. Yaman yazmışdı köpəyoğlu. Sevgilim, sənə aşiq olmağımdan gör neçə il keçib. Amma bax, görürsənmi, sənə yenə də “sevgilim” deyirəm. Sənə bir sirrimi açmaq istəyirəm. Bilirəm, sən çox ağlayacaqsan bu sirr açılanda. Yox, yox sənə heç vaxt xəyanət eləməmişəm. Heç vaxt. Amma bir dəfə yalan demişəm. İlk tanış olduğumuz günü yaxşı xatırlayırsan, ona görə soruşmuram, xatırlayırsan ya yox. O gün mən həyatımda ilk və son dəfə sənə yalan dedim. Dedim ki, sənə guya mən hər gün duzlu qəhvə içirəm. Yalan idi. Mən o zəhrimarın dadına birinci dəfə sənin yanında baxdım. Amma sənin yanında dilim elə dolaşmışdı ki.. Çaşıb dedim, “duzlu qəhvə” sözlərini. Fəlsəfədən, zaddan danışmağıma baxma. Onların hamısınım əzbərdən danışırdım. Amma praktik bir işə gələn kimi dilim topuq vurdu. Elə bir səhv buraxdım ki, cəzasını ömrüm boyu çəkdim. Lap nifrət edirdim o duzlu qəhvəyə. Hər gün elə bil öd içirdim. Sən də həmişə mənə deyirdin ki, “niyə səhərlər iştahın olmur”. O zəhrimardan sonra adamda iştah qalar? Amma səni üzmək, heç bir faydası olmayan bu sirri sənə açmaqda niyyətim başqadır. Sevgilim, onu bil ki, yenidən sənli və duzlu qəhvəli bir lap beş ömür mənə təklif olunsaydı onu yaşayardım. Səninlə yenə də bir ömür yaşayıb sonuna

qədər duzlu qəhvə içməyə razıydım. Səni belə sevirdim. Mən bu məktubu qıza yəni qoca qarıya və nəhayat dul arvada vermədim. Qoca arvaddır ürəyinə salar. Tibbi və psixoloji cəhətdən ziyan olduğuna görə məktub hələ də məndə qalır. Sonda bir şeyi deyim ki, obrazıma psixoloji məsləhətlər verən “dost” mən idim. Amma “duzlu qəhvə” qələtini mən eləməmişdim. Axmağın öz işi idi, cəzasını da özü çəkdi.


minerallarla nail olur. Bu süjeti də beləcə axıra çatdırdım. Amma bilmirəm hansı süjeti verim. Amma yaxşısı budur hamısını verim,

hansı xoşlarına gəlsə özləri çəkərlər. 16-18 iyun 2006