|
|
Siyamək Səbri
Өvvөlki Sonraki
Jurnal 2006N2
Ozan Təbrizli
Lay-lay
Adı gələn kimi
Dünənki xatirə kimi
Dadı damağımızda sanki
Təcrübədən dəm vururuq
Özləm duyğusunu
Elə canlı yaşayırıq ki....
Beşiyi belə unutmuşuq
Lay-lay kimin yadındadır?
Uşaqları qısqanırıq
Həm də yaman qısqanırıq
Mənim uşaq dünyamda
Arzularını aramasın
Deyə
Anama lay-lay deyəcəm
Ona bunu yaşadacam
Lay-lay Anam lay-lay
Dərdli Anam lay-lay
Oyanıbda xatırlama
Itirdiklərini
Lay-lay
Yad yurd , yad oba
Qürbəti yazmaq istədim,
Kəlmələr evdən danışır!
Musiqiyə yalvararkən,
Bir Saz duydum birdə Kaman!
Boyalar hamsı bənzərdir,
Qürbətə mən nə rəng verim?
Xırdaca bir Qarandaşım
Baxçadan canlı xatirə
Məhləmizi xatırlayıb
Rəssamları yansıladım
Uşaqları gormədikdə,
Goz yumanı soraqladım
Artıq oyun dəyişilib
Goz yuman ac qalırmış
Hamsı birdən gizlənir,
Yoxsulluüun ac gozündən
Nə məktəbdə nə məhlədə
Namərdoğlu aman vermir
Aman vermir, aman vermir...
***
Oz adımla sevirəm
Sevirəm diyəbilsəydim
Gizlənib yolun üstə
Tikanlı çiçək atmazdım
Gorərsə sevinərəm
Gorməssə canı yansın.
Deyə sir saxlamazdım
Yerəbaxandır dedilər
Yoxsa quyu qazardım
Hündür kaktüs əkəcəm
Küçəsinin sag-soluna
PS: Başqa sozüm yoxdur.
***
Yaşam
Çayı tərs üzməkdir
Axışıyla apardığ
Həmişə olülər olub
Dəniz dərin yalandır
Nə axar
Nə yaşadar
Soyqırımın sonucudur
Altındakı
Qaralmış qan
***
Çox fərqliydi
Maraqlı, həm də qorxuncdu
Marağm qorxumu sakitlədi
Tanımaq istəyirəm deyə
Eşqinə düşdüm
Artıq tanımaq şansım yoxdur!
Mən sadəcə yiyələnmək istədim
Buna çatmadıqcan
Nifrət ocağm alovlanırdı
Vaxtında tanısaydım
Marağm sönəcəkdi
Adi bir varlıq gorəcəkdim onu
Ən boyük dərd
Hamını tanımaqdır
Artıq sevəbilməssən
***
Yenə gec qaldım
Ürək Limanı bom boşdu
Sən Inam uçagilə uçmuşdun
Mən səni düşünərkən
Kaşki gecikməyəydim
Limanda buluşub
Uçağ qaçırtmayaydım
...Deyə ozümü qınayıram
Əgər
gecikməsəydim
Səni Limanda sevəcəkdim
Gözdən itənəcən
Izləyib Düşünəcəkdim
...Səni düşünməkdəyəm hələ də
Sən sevilməyi səvdin
Mən başadüşülməyi
Düşünməklə bitən deyilsən
Yenə də gec qaldım...
| |