|
|
Sevinc Çılğın
Өvvөlki Sonraki
Jurnal 2006N2
DƏHŞƏT
Kimsə çaıırır
diksinib ayılan var –
saat 7.
Qırıq bir güzgü önündə
qəşəng bir qız...
üz-gözündə su damlası.
Salam
Boylanıram ətrafıma—
kimsə yox.
Siyahıdan oxuyurlar:
Filankəs
Kimsə yerimə deyir:–
Burda
Masanın üzərində bulaşıq boşqab,
çəngəl
Süfrədə çörək qırıntısı...
Üstəgəl,
televizorun dəyişir kanalları.
Kimsə yol gəlir...
Kimsə yol gedir...
Içi boş otaıın
qapısı döyülür—
Dostlarıdır
çatır qulaııma.
Kimisə kimsə telefona çagırır,
Kimsə hardasa gözləyir.
Kiminsə bu gün
şeri var, şəkli yox
bir qəzet səhifəsində.
Kiminsə ürəyi çırpınır
nəfəsindən bilinir
qaça-qaça.
Bəzən xorultu başına alır bu evi.
Daha bir günə yol gedən var
hər kəs bilir.
Mən bilmirəm.
Boıula-boıula qışqırmaq istəyirəm:
-Ey! Insanlar!
Bu nə həngamədir?!
Mən yoxam...
Yox olmuşam!
Dəli olmusuz – nədir?!
AILAMALIDIR, HƏ?
Çarəsiz gecələrin birində
atmaq istəmişdin özünü
yarıaçıq pəncərəndən,
yadında?
Sonra mən gəlib durmuşdum
gözünün qabaıında
sarılıb ayaqlarına
yalvarmışdım etmə deyə.
Qayıdıb soyuq otaıına
tənhalııını yaşamışdın yenidən.
Həmin gecə
sönmüşdü işıqların da
Görən olmaz deyib
aılamışdın doyunca.
Yoxluıumdan xəbər vermişdi
dilə gəlib əşyalar.
Üsyan etmişdin yaşayışına.
Bir balış altda,
Bir balış üstdə
hönkürə-hönkürə açmışdın səhərini.
Gizlədə bilməmişdin
öz-özündən qəhərini.
Yediyin-içdiyin zəhər olmuşdu–dedin.
Dedin: “–Geyilmiş paltarlarına bürünmüşdüm”—
qucaıındaymışam kimi.
Sonra bütün bunları
kişi qeyrətinə sııışdırmayıb
yatmaq istəmisən – olmayıb –
dedin.
Və səhərin gözü açılmamış
yanıma gəlmışdin.
Darıxmısan,
yanıma istəyirsən – deyə.
Mənsə yerimdə qovrula-qovrula
BURA ÇOX DARDIR! –demişdim
torpaıın altından,
ƏZIZIM.
Daşdansa balış yaxşıdır—
pıçıldamışdım arxanca
Addımlarından titrəyə-titrəyə
Mən də aılamışdım.
Aılamalıdır, hə?
AĞLAYAR QADINLAR
Kişilər kişi olsa...
Hirsindən ağlayar qadınlar
kişi önündə
zəifliyindən yox.
Gücsüzlüyünə acığı tutar
əlacsızlııından
əsəbləri onu boıar.
Boıula-boıula hönkürər qadınlar
kişi önündə
içindən doıranar.
Mə`nasız illərinə,
heçə paylanan günlərə,
anlara
aılayar qadınlar
sevdasız zamanlara.
Içində gəzdirdiyi boşluıa
yanar.
Göz yaşlarını içinə axıdar.
Min dəfə dolar, boşalar
mə`sum baxışları.
Aılayar qadınlar.
Ağlaya-ağlaya
coşar, daşar.
Aılaya-ağlaya
ən sonunda
taleyilə barışar.
Amma, ağlamaz qadınlar
KIŞI önündə.
| |