|
|
Şəbnəm
Өvvөlki Sonraki
Jurnal 2006N2
NİYƏ
Səni niyə sevdiyimi anladım
Siqaret qoxunla mənə
ən möhtəşəm
hislərimi xatırladərsanmış
bir də
toxunmaq istəyi
daha güclü birisinə
və arzulamaq
arzulanan olmağ
qulağıma toxunacaq sözlərin
bəsitliyi imkansız
unudulmaz və
sevgi dolu
içimin içinə
məstedərcəsinə yaxınlığ
hətta uzaqda olsan belə
Səni düşünərək sevdim…
Düşünərək
20.04.06
SEVGIMIZ
Bu sevgi “film kimi”
olmadı ki…
bir az teleseriala,
bir az
qəhrəmanları həyatda olmayan
sənədli filmə,
bir az da
heyvanlar haqqında verilişə
bənzədi sevgimiz
Bu sevgi “film kimi”
olmadı ki…
11.05.06.
BITDI
Mən artıq bilirəm
sevgilər necə bitir..
əllərimi uzatdımmı sənə doüru
bir bətnsiz ruh kimi
əvvəl əllərimdən,
sonra gözlərimdən,
ən sonda ürəyimdən
keçib getdin
geriyə baxmaüa
cəsarətim və taqətim
qalmadı
Və bitdi…
artıq mən bilirəm
sevgilər necə bitir…
15.05.06.
SEVMƏK VƏ UNUTMAQ
Sevmək –
ayaqqabını nəcisə
bulaşdırmaq kimidir
hara sürtsende temizlənməz,
ən azı pis qoxu
əl çəkməz
unutmaq –
nəcisə bulaşmış
ayaqqabini
yenisi ilə dəyişmək kimidir,
sadəcə təzə ayaqqabı
incidir bir az
yeni öyrəşənə qədər
20.05.06.
| |