Alatoran_header  
Orxan EYP

Өvvөlki   Sonraki

Jurnal 2006N2



Orxan Eyp - Bakıda doğulub. Uşaq vaxtı böyük sehrbaz və ya manyak olmağı arzulayıb. Siyasi fikirlərinə görə anarxistdir. Ədəbiyyata gələnə qədər həndbol, art-dizayn, rəssamlıq, DJ-liklə məşğul olub. “Məğlub şəhərin portreti” və “Oyundan kənar vəziyyət”dən sonra sayca üçüncü romanı - “Çıxılmazlıq nəzəriyyəsi” üzərində işləyir. Bu mətn 8 romandan ibarət “Antibakı” epopeyasına daxil olacaq. Eyni zamanda Qafqazda ilk dəfə “Doqma-95” manifesti əsasında öz ekperimental filmini çəkir və həm də “Urban...ist(OR)y/Lost H” konseptual sərgisini yaradır. Azərbaycan ədəbiyyatında fantasmaqoriya, hermetik şeir və sos-artın yaradıcısıdır.


Klaustrofob və psixopat kimliyə malikdir.
Çıxılmazlıq nəzəriyyəsi


roman

Y.-a ithaf olunur.
Öləndən sonra bədənimlə nəyin baş verəcəyi vecimə belə deyil.

Alen Ginsberg
Çünki əgər məktubumla sizi kədərləndirmişəmsə də, peşiman deyiləm.

Müqəddəs Həvari Pavelin korinflilərə ikinci məktubundan 7:8
Future in the Past. Bu zaman formaları gələcək zaman formalarından fərqli
olaraq indiki zamana nisbətən gələcəkdə icra olunacaq hərəkətləri deyil,
haqqında keçmişdə danışılan gələcək hərəkəti göstərmək üçün işlədilir.


Ingilis dilinin qrammatika dərsliyindən 1.

Terminator sindromu Gecə yarısı çalınan telefon zəngi doktor Azər Pohoronini yuxudan ayıldır. Magistrala açılan pəncərədən otağa düşən yaxınlıqdakı bağlı mağazanın neon işıqları onun yuxuyla gerçəkliyin arasında qərar tuta bilməyən şüurunu çıxılmazlıq hissinin heç cür izah edilə bilməyən həzzi altında divar saatına yönəldir. Saniyə göstərən əqrəbin yoxluğunda hər şey doktora donaraq yerində qalmış təsiri baışlayır. Insan yalnızlıının sözlüyündə bu “zaman axmır” kimi çevrilir. Kim idi həmin lüğəti tərtib
edən? Gecə üçü iyirmi dəqiqə keçməkdəydi. Bu an Azər Pohoroninin fikirlərini bircə məsələ məşğul edir: Zülmətin içinə qədər işləmiş sükutu pozmağa nə çatışmır? Bəlkə də saniyə göstərən əqrəbin tıqqıltıları. Həmin monoton səslərin yoxluğunda bütün gücünü toplayaraq içindəki çıxılmazlıq hissini bir kənara tullamağa uğursuz cəhd etdi. Olmayan tıqqıltıların yoxluğunu nəyləsə doldurmağa məcbur Azər Pohoroni könülsüz də olsa telefon aparatına doğru addım atır. Bu an onunçün bircə səmt mövcuddur: Telefon aparatına tərəf. Ona elə gəlir ki, mənzilə dolmuş

çıxılmazlıq hissini məhz bu yolla yox edə biləcək. Azər Pohoroni düşünür: Səhv yıılmış telefon nömrəsi heç vaxt
məşğul olmur. Belə çıxır ki, bütün məşğul amma doğru yıılmamış nömrələr elə doğru yıılmışlar kimi həmin an da unudulur. Üstündən xeyli vaxt ötsə də xəttin o biri ucundakı şəxs dəstəyi asmağa tələsmir. Doktor telefon aparatının yerləşdiyi otağa keçir. Dəstəyi
qaldırır: - Allo, - asta səslə dilləndi, - buyurun, eşidirəm. Pohoroninin dilindən çıxan üçcə kəlmə özləriylə gətirdikləri səssizliyin fonunda həmin an da qeyb oldular. Ona məlum olmayan güc bu qısa taktı elə qoşmuşdu ki, doktorun ürək döyüntülərinin qəfil sıçrayışla artması, zəng edən şəxs necə həyacanlandıını hiss etməsin deyə doktorun nəfəsini saxlama cəhdi, hər gecə adəti üzrə üstünə sıxdıı odekolonun tünd qoxusunu içinə çəkməsi qaranlıın dəqiqələr əvvəlki halını alt-üst etməyə bəs oldu. Çıxılmazlıq hissinin özü belə bir qədər sonra məzmununu
dəyişərək anlaşılmaz olmuşdu. Azər Pohoroniyə elə gəlir ki, telefon xətlərindən, gecənin ümidsiz qaranlıı və saatın səssiz qaçışından başqa daha heç nə qalmayıb. Telefon zəngi – həm də “sən” deyə müraciət etmək fürsətidir. Bu gecəysə, “sən” kəlməsinin özü belə çıxılmazlıq hissindən doğulmuş neçəncisə bic uşaq idi,
vəssalam. Payız Bakısı bəlkə bu gecə özünü yox, yüz il əvvəli, təxminən bu günlərdə - oktyabrın əvvəllərində Şəhərə təşrif buyurmuş imperatorun – Üçüncü Aleksandrın Tiflisdən ailəsiylə birgə gəlişi ərəfəsini yaşayırdı. Xəzri küləyinə saymazyana yol verən ağaclar, səki üstünə səpələnmiş yarpaqların hər vəchlə yerlərindən tərpənmək istəməmələri, adamlar arasında bu qışın da qarsız ötüşəcəyi haqda gəzən şaiyələr təzə deyil, elə əvvəlki – üstünə yüz ilin saralmışlıının da əlavə olunduğu haldaydı. Həmin vaxt hökmdarın önündə bircə məşhur neftxuda Hacı

Zeynalabdin başından papaı götürməmişdi. Odekolonun tünd qoxusu içində boğulduğu çıxılmazlıq hissindən xilas axtarmağa başladı. Ardınca daha bir ümidini də itirdi: Bayaqdan elə düşünürdü ki, əşyaların başqa cür yox, məhz bu cür düzümündə o - Azər Pohoroni və o – xəttin digər ucundakı şəxsdən başqa daha heç kim qalmayıb. Bütün şəhər çoxdandır ki, yoxdur, məhv olmayıb, sadəcə birdən-birə itib. Xəzər sahili də artıq mövcud deyil. Yaşanmış hər şey olsa-olsa şam yeməyində içilmiş kəmşirin qırmızı çaxırın damaımızda qalmış,
getdikcə öləziyən tamı kimi gözlənilmədən itəcək.

* * * “Mən də caz musiqisi kimi kədərli və başdan-sona improvizəyəm”, - keçmiş teatr rejissoru Oktay düşünür. Gecənin elə vaxtıydı ki, qaranlığa çökmüş səssizliyi arabir ötən avtomobillərin mühərrik səslərindən, yenicə çisələməyə başlamış yaışdan, onun ahəstə nəfəsalmalarından və bu sətirləri oxuyan şəxsin beynində yaranan fikirlərdən başqa daha heç nə poza
bilməzdi. Pəncərədən otağa daxil olan gecə fənərlərinin sarımtıl işıına gözlərini zilləyən Oktay eyni bir cümləni dəfələrlə təkrar etməkdəydi: Mən də caz
musiqisi kimi kədərli və başdan-sona improvizəyəm. Hər gecə təxminən bu radələrdə magistral boyu arabir ötən avtomobillərin mühərrik səslərinın araya girib fikirlərini daıtmasına rəğmən, bu dəfə hər şey tam tərsinə olacaqdı. Işin ən qəribə tərəfiysə ondaydı ki, Oktay – artıq gecə yuxusuzluğunun üçüncü ayına doğru addımlayan şəxs, bu cür əlamətdar hadisəni – ötən avtomobillərin belə ona yenik düşdüyü anın fəlsəfəsinə sonadək varmayıb, gün doğan kimi

çarpayısına girməyi arzulamaqdaydı. Çarəsizlik mənzili adlandırdıı evinin yataq otaında, yaşıl rəngli kreslosuna əyləşib artıq özüylə caz musiqisi arasındakı eynilikləri aşkara çıxarmaqdan yorulub ayağa qalxdı, düşdüyü dumanı daıtmaq üçün əynini
dəyişib bayıra fırladı. Internat binası yanındakı xiyabanla addımlarkən üzünü Əzizbəyovun dənizə boylanan, yaış sularının yuyaraq asfaltın bozumtul-qara rənginə boyadıı, beləliklə də göylərə burulan yol görkəmi qazanmış heykəlinə tərəf çevirib, beynindən addımlarını saymaq keçdi və düşündü ki, onların sayı tək rəqəmlə bitərsə, xiyabandan bir qədər aralıdakı skamyaya əyləşib Nuru Paşa qoşununun Bakıya daxil olduğu günləri şüurunda canlandırmağa çalışacaq, yox cüt rəqəmlə bitərsə, heykəlin göylərə aparan bozumtul-qara rəng çaları içində səyahətə çıxacaq. Bu hadisənin baş verəcəyi təqdirdə Bakı amfiteatrı növbəti mərtəbəsini əldə edəcəkdi. Daha iyirmi, ya da otuz il sonra şəhərin tamam başqa hissəsində (ola bilər ki, oralara aparan yollar hələ salınmayıb) insanlar addımlarkən,

məhz onun göylərə etdiyi həmin səyahəti yada salacaqdılar. 1980-cı ildən 1985-ci ilə qədər Bakı teatrlarından birində rejissor işləmiş Oktay ilk dəfə olaraq mətnlərdən bütün dialoqları çıxarmış, monoloqlarıysa səhnədə quraşdırılmış böyük ekrandan yayımlanan görüntülərlə əvəzləmişdi. Həmin dövrdə Sovet teatrının maddi təminatı elə də yüsək olmadıından bütün monoloqları cəmi üç görüntüylə əvəzləyirdi: Birində, balaca qızcığaz ləkdən dərdiyi çiyələyi dodaqlarına yaxınlaşdırarkən, ikincidəysə uzun saçlı gənc əlində pivə qədəhiylə təsvir olunub. Nəhayət, sonuncu təsvirdə böyük meydana toplaşmış adamlar
payız fəslində dayanıblar. Ünsiyyətin insan həyatındakı mənasızlıını dərk etmiş Oktay getdikcə tamaşaçılardan da imtina edərək, onları səhnəylə üzbəüz quraşdırılmış stendlərlə əvəzləmişdi. Reproduktorlardansa alqış səsləri eşidilərdi. Həmin dövr bütün yerli qəzətlər onun eksperimentlərini kəskin tənqid etmiş, hətta Moskvadan təşrif buyurmuş Kozlov soyadlı sənətşünas Oktayın antisovet casusu olduğu haqda televiziya ekranından çıxış belə etmişdi. Çıxışdan bir

neçə gün sonra “Bakı fəhləsi” qəzeti onun nitqini bütövlüklə çap etmişdi. “Heç kimin kitabı” adlı antisovet pyesini səhnələşdirən Oktay, mürtəce dram əsərinin müəllifindən də uzağa gedərək tamaşa boyunca Qərb həyat tərzini, alkoqolizmi, burjua əxlaqsızlıını təbliğ edərək geniş xalq kütlələrini Sovet dövlətinə qarşı çıxmağa gizli vasitələrlə çaırmaqdadır. O, sosialist realizminin təməli qoyulan ilk gündən insana göstərdiyi maraın, onun həyat fəaliyyətinin kommunizm quruculuğunda rolundan bəhs etmək əvəzinə, antisovet ruhlu obrazları tamaşaçılara nümayiş etdirməkdən çəkinmir. Bu saxta sənət adamı Sovet insanının heysiyyatını təhqir edərək açılışlarda tamaşaçıların iştirakına yol belə vermir. Bütün yuxarıda sadaladıımız faktlardan da məlum olur ki, Oktay adlı üzdəniraq rejissor antisovet casusudur və onun tək məqsədi Sovet ölkəmizi də mənəvi böhran keçirən Qərbin kökünə salmaqdır. Lakin yarandıı ilk gündən zərərli fikirlərə qarşı mübarizə aparan təhlükəsizlik orqanlarımızın istənilən pozucu fəaliyyətin qarşısını alacaına inanırıq və səbrsizliklə teatr səhnəsi kimi müqəddəs yerin saxta sənət

bilicilərindən təmizlənəcəyini gözləyirik. Həmin çıxışın ardınca dəfələrlə Dövlət Təhlükəsizlik Komitəsinə çağrılan, sorğu-suallardan, daim izlənilməkdən yorulmuş Oktay istefa ərizəsini yazaraq teatrı könüllü tərk edir. Bir müddət incəsənətdən uzaq yaşasa da, Qara şəhəri dolaşarkən gördüyü səhnə və bunun ardınca ağlına gələn fikirlər həyatının gedişini təzədən dəyişməyə yetərli olur. Qara şəhərdə, eləcə də bütün Bakıda yaşayış binaları təkcə hamıya məlum, sənədlə, rəsmən təstiq olunmuş mərtəbələrdən yox, eləcə də qeyri-rəsmi, gizli qatlardan ibarətlər. Birinci mərtəbələrin əksəriyyətində giriş qapısının üzərindən qarşıdan keçən qaz borusuna doğru tənək salxımları uzanır. Çox vaxt onları üst mərtəbələrdəki eyvanlar arasından çəkilmiş paltar iplərdən yerin cazibə qüvvəsinə tab gətirməyərək aşaı axan damcılar
bəsləyir. Qara şəhərin yetmiş yaşlı mollası, çəlimsiz bədənə, seyrək və bəyaz saqqala malik Hüseynağa danışır: Evlərin aşaısında – qapı üstündən tənəklik salmaq dövrün ən böyük neftxudası Hacı Zeynalabdin Taıyevin şərəfinə edilir. Şəhərın su təminatı pis vəziyyətdə olanda, Hacı öz cibindən pul qoyub Bakı boyda şəhərə su kəməri çəkdirmişdi. Tənəkləri əkirik ki, paltarlardan damcılayan sular hədər yerə asfaltın üstünə daılmasın. Tənəkliklər buna mane olur. Bakıda ilk dəfə fəhlə tətilləri güclənəndə hamı düşünürmüş ki, daha camaatın həvəsi qalmaz Hacını yad etməyə, amma belə olmadı. Sonra denikinçi əsgərlər gəmiylə Bakını tərk edəndə bütün bu hadisələrdən bəhs edən kitabı Xəzərə tullamışdılar. Yəqin hələ də yatır mavi sularda. Onu yazan da Hacıydı. Məşədi Mürsəlin oğlu. Adı yadımdan çıxıb rəhmətliyin. Yox, ola bilməz ki, o cür adamın yazdıı kitab puça çıxsın. Bu cür tənəkliyin kölgəsi altında, taxta kətilə oturub yaxınlıqdakı mağazanın satıcısıyla nərd atan qara şəhərli hər gün qardaşının bəslədiyi göyərçinlərin onun damını batırmasından yorulub, quşların başını üzür, sonra da qayıdır əvvəlki vəziyyətinə, başını qaldırıb altında oturduqları tut ağacına baxaraq “Sifətindən zəhirmar yaır, elə bil bütün şəhəri bunun üstündə tikiblər” deyir. Nərd taxtasını kefsiz halda bir qırağa itələdikdən sonra, uzun müddət hərəkətsiz oturur və anidən başlayır masa örtüyünün dama-dama səthində barmaqlarını gah bir, gah da digər xanalara qoymağa. Yalnız üstündən bir neçə saniyə keçdikdən sonra barmaqlarını dirədiyi nöqtədən çəkir və başını qaldırmadan örtüyün səthində yeni xanalar axtarır. Kənardan baxana elə gələ bilər ki, onun barmaqla gedişləri hansısa məntiqi qanunauyğunluqlara tabedir, o üzdən də gediş etməmişdən öncə, bu qədər düşünür. Göyərçinlərin yiyəsi hadisədən xəbər tutur, əlindəki armudu stəkanı heç nə olmamış kimi qaytarır stolun üstünə, yollanır mətbəxə - yekə mətbəx baltasının dalınca. Göyərçinlərinin heyfini qardaşını doğrayaraq alan qardaş sonda milisə öz xoşuyla təslim olur. Bundan qabaqsa, baltanı aparıb yerinə qoyur və arvad uşaıyla xudahafizləşir. Üç yaşlı oğlunu qucaına almaq istəsə də bu addımı atmır və əllərini yellədə-yellədə evdən çıxan vaxt astaca deyir:

- Bircə yumruqlarımız qaldı. Bir çoxlarının məişətin ürək bulandıran eyniyyətindən qaçış kimi izah etdikləri quşbazlıın əslində daha dərin, gizli və fəlsəfi qatları mövcudmuş. Vaxtilə universitetdə ədəbiyyat tarixindən mühazirə oxuyan professor Cəfərlinin mühazirələrdən birində, tələbələrin yorğunluğunu almaq üçün söylədiyi özünə belə məlum olmayan həqiqət illər sonra, Qara şəhərdə Oktayın yadına düşür və quşbazlıq haqda fikirləri dəyişir. Çoxlarının adi uşaq nəğməsi hesab etdiyi “Əkil bəkil quş idi, ağaca qonmuş idi” misrasıyla başlayan mətndə Əkil qədim bir tanrıymış. Qədim adamların quş cildində təsəvvür etdikləri tanrıydı o. Beləcə də, yalnız onlar – Bakı quşbazları artıq çoxdan unudulmuş dinin son qoruyucuları – mərasim kahinləridirlər. Quş bəsləməklərində isə tanrıya xidmətləri gizlənib. Məhz bu kəşf Oktayı səyyar fəaliyyət göstərməyə təhrik edir. Teatrın mövcudluğunu biryolluq inkar edir. Qəzet yapışdırılmış stendlər və eyvandan boylanan sakinlər qarşısında qırx doqquz dəqiqə davam edən tamaşasız seansdan sonra, teatral fəaliyyətinə biryolluq nöqtə qoyur. Pul qazanmaq üçün kiçik yeməkxanaların tərtibatıyla məşğul olmağa başlayır. Birinci iş yerindən qovulur. Buna səbəbsə, hər masanı ondan daha böyük masanın altında yerləşdirməsi olur. Oktayın izahı müdürü qane etmir: “Belə olduqda yemək yeyən müştəri uşaqlıını xatırlayacaq. Axı hər birimiz balaca olanda stolun altında gizlənərdik. Hərdən qorxudan, gah da şıltaqlıımıza salıb. Amma hamı gizlənib. Uşaqlar əslində qorxu nədir

bilmirlər. Onlar sadəcə qorxunu oynayırlar”. Sonrakı iş yerindən qovulmur. Sifarişçi hər şeyi bəyənir: Divarların rəngi, işıqlandırma, zalın tərtibatı. Hər şey qaydasındadır. Ona pulunu verirlər, çıxıb gedir. Amma incik halda. Əsl kəşfinə - pəncərəyə çəkdiyi dairəyə heç kim fikir vermir. Onun məqsədiysə çox sadəydi: Kafenin müxtəlif masalarında oturmuş müştərilər həmin dairənin içindən tamam fərqli şəhər mənzərəsini izləyəcəklər. Bu vaxt onlar görünən səhnələr haqda mübahisə edə, hətta söz-söhbəti qarın yortmağacan da uzada

bilərdilər. Xiyabanın sonuna çatdıqda ayaq saxlayaraq addımlarının tək, yoxsa cüt rəqəmlə qurtardıını fikirləşməyə başlarkən, bir nəticəyə gələ bilməyəcəyinə elə əvvəldən əmin idi. Sonra başa düşdü ki, saymağa heç başlamayıb. Skamyaya oturdu. Yaışın həyatda nələri yuya bilməyəcəyi haqda düşünməyə başladı: Yaış həyatda hər şeyi yuya bilər, sadəcə bunun üçün xeyli vaxt lazımdır. Bir az kənardakı kinoteart binasına boylandı. Nə vaxtsa əvvəl valideynləri, sonra məktəb yoldaşları, bir qədər keçmiş görüşdüyü qızlarla film izlədiyi kinoteatr indi ona tamaşa edirdi. Özünə söz verdi ki, evə qayıdan kimi televizoru açacaq, səsi artırıb baxacaq nəyə gəldi. Bu yolla öz aləmində nə vaxtsa izlədiyi filmlərin indi ona mənasız gəlməsi hissindən duyuq düşmüş Şəhərin lağlaısını eşidilməz edə biləcəyini ehtimal edirdi. Yaış daha da güclənirdi. Indi qaranlığa çökmüş səssizliyi pozmağa quş civiltiləri də qoşulmuşdu. Üzünü Əzizbəyovun heykəlinə tərəf çevirdi. Bakının təkcə bu hissəsində yağan yaış suları asfalt boyu iki istiqamətdə - bir dənizə doğru, bir də heykəllə üzü yuxarı axır. Başqa heç bir küçədə belə qəribəliyə rast gəlinməz. Sonra göy üzünə boylandı, səmanın həmişəkindən daha parlaq göründüyünü düşünərək yaxınlıqda projektor axtarmağa başladı. Bir şey tapmayınca, fikrini elektrik tellərində cəmləşdirdi. Səmanın görüntüsünü təhrif etdiklərindən əvvəlcə onları ən pis söyüşlərlə adlandırmaq istədi, sonraysa dayanıb fikrə getdi. Düşündü ki, əgər həmin tellərə qoşulub axıracan getsə səyahəti harada qurtaracaq. Oktaya elə gəlir ki, o telllər elə Bakının bitdiyi yerəcən uzanırlar. - Mən elektrik tellərin dalınca bütün Bakını səyahət edirəm və gəlib çatıram onların bitdiyi yerə. Bu yerdən o biri tərəfdə daha heç nə yoxdur və mən onunla üzbəüz dayanmışam, ona boylanıram. Yəqin ki, o da mənə baxır. Həm də anlayıram ki, boylanmağa heç nə yoxdur. Məhz o vaxt başa düşəcəyəm ki, indi gördüklərimə qədər, neçə min dəfə “heç nə” sözünü boş-boşuna, yeri gəldi-gəlmədi işlətmişəm. Qəfildən yolun o biri üzündəki şüşəli bazarın divarına yapışdırılmış, xeyli hissəsi qopsa belə, içində yazılmış elanı qoruya bilmiş kaız parçasında öz adını oxuyub hürkdü. Fikrini daıtmaq üçün təzədən başını qaldırıb elektrik tellərinə boylandı. Oktay adlı biri itmiş pişiyini axtarırdı. Ayağa qalxıb yenidən addımlamağa başladı. Bir dəstə əcnəbi küylü və ona naməlum dildə davam edən söhbətləriylə onunla üz-üzə gəlirlər. Sonra uzaqlaşırlar. Ürəyində onları da Bakı səmasını təhrif edən elektrik tellərini kimi söyür, sonra da arxaya dönür ki, baxsın hansı tərəfə gedirlər. Naməlumlar gözünə görünmür. Oktay düşünür ki, yolu keçərək heykəlin də ortasında ucaldıı parka giriblər, ağaclar onunla aralarına girib deyə

görünmürlər. Daha fikirləşmək istəmirdi. Istəmirdi ki, gecənin bu səssizliyini fikirlərilə pozsun. Yorulmuşdu. Başını qaldırıb yenidən səmaya boylandı. Heç nə dəyişməmişdi. Sonra elektrik tellərinin Bakı üzərindəki yarızülmət, eyni anda da yarıişıqlı göyü təhrif etməsinə daha bir dəfə təəssüfləndi. “Çarəsizlik mənzili”nə geri dönən kimi tələm-tələsik sevimli kreslosuna uzanacaını, maqnitofonu qoşub musiqi dinləyəcəyi anı təsəvvür etməyə başladı. Ona toxunub “Ceyran” kafesiylə üzbəüz, yolun o bir tərəfinə - politexnik instituna aparan yeraltı keçidin ikicə addımlıında yaış suyu gölməçəsinə salan qadın “asta ol”, - qışqıranda Oktay diksindi. Gecənin bir vaxtında küçəylə addımlayan yalnız qadın. Ayaı yaş olsa belə, heç nə demədi, ona elə gəldi ki, bu toxunma zəruridir. Xeyli şey qazanıb bu təmasdan; hələlik ona naməlumdur, amma vaxtı gələndə hiss edəcək. Küçədə bir-birinə toxunaraq heç nə olmamış kimi yoluna davam edən kişi və qadın məşğul, amma səhv yıılmış telefon nömrələri kimi həmin an da unudulur. Heç vaxt qabardılmır, bu hadisəni nəinki başqaları, heç özləri də yada salmır sonradan. Kim deyə bilər ki, həmin təmasadək Oktayın qarşısına çıxmış başqa qadın - eynən bu gecəki kimi toxunub

keçən - onun taleyi yazılmayıbmış? Qadın da gecənin bütün gözlənilməzləri kimi yox oldu. Bir o qaldı, bir də ictimai qiraət üçün divara vurulmuş qəzet səhifələrinin izi-soraı belə qalmamış yerləri. Nə vaxtsa atasıyla burada ayaq saxlayardılar. Ata divardan qəzeti oxuyardı, kiçik Oktaysa ona qısılıb düşünərdi ki, dərisi bir azca gündən qızarmış əlləri onu dünyadakı bütün qorxuncluqlardan qorumağa qadirdir. Kiçik Oktay özlüyündə həmişə bu haqda düşünər, amma nədənsə heç vaxt atasına bu barədə sual verməz, fikrini bildirməzdi. Oktay düşünər, atasıysa qəzetdə oxuyardı – müharibələr, həbslər, küçə döyüşləri və təyyara qəzaları barədə. Üstündən illər keçmişdi, zaman həmin qiraətlərin rəngini soldurub gecənin zülmətinə qatmışdı. “Sən demə, illər təkcə adamları soldurmur, yaddaşımızdakı rəngləri də əskidir”, - Oktay düşündü. Sonra da bu sadə həqiqət məcbur etdi ki, o gülümsəsin. Küçəni aydınlatmaqda çətinlik çəkən gecə fənərlərinin öləziyən, sarımtıl işıında təxminən qəzet səhifləri yapışdırılan yerləri əllədi. Ona elə gəldi ki, kaız qırıntıları ovxalanıb yerə tökülürlər. Gecəydi və yaış hələ dayanmamışdı. Hava işıqlı olsaydı asfaltın çökmüş sahələrinə yıılıb udulmağa macal tapmamış yaış sularına əyilərək səthində özünə tamaşa edərdi. Şəhərin Əzizbəyovun heykəlindən “Bakı soveti” metrostansiyasınadək davam edən hissəsində neçə belə gölməçə boylanacaq adam gözləməkdəydi. Bəlkə şəhərin ayrı tərəflərində də vəziyyət eyniydi. Hələ uşaqkən, Qız qalası yaxınlııyla keçərkən “ata, qala balacalaşıb elə bil” dediyi vaxt, atası qalaya boylanmadan cavab vermişdi:

- Sən böyüdükcə, qala lap kiçiləcək. 1986-cı il. Gecə Bakısının sükuta və arabir baş qaldıran küyə laqeyd görkəmi Oktayın ağlını başından çıxarmağa davam edir. Bunca yol çeynədiyi asfaltın sahibi – Şəhər zamansız idi. Mövcud olduğu müddəti də lap çoxdan yaddan çıxarmışdı. Elə bil bütün saatlar sadəcə ənənəni davam etdirmək üçün vururdular. Kafe önündəki skamyalardan birinə yaxınlaşıb əyləşmək üçün icazə istərcəsinə xeyli gözlədi, sonra oturdu və həm də hərəkətləriylə “sağ ol” nidasını bayıra fırlatmaı yaddan çıxarmadı. Bir neçə saat əvvəl gəlsəydi, oturmağa boş skamya tapılmayacaqdı. Daim küydən qaçan qocalar səs yoxmuş kimi kafenin qarşısındakı kiçik bağçaya doluşar, avtomobillərin və insanların gur çığlıqlarına fikir belə verməzdilər. Eyni həvəslə, eyni laqeydliklə şəhəri sinəyə çəkib dincəlməklərini davam etdirərdi onlar. Əzizbəyovun arxada qalmış nəhəng heykəliydi həmin qocalara güc verən, “bu da gələr, bu da keçər” fəlsəfəsiylə başlarını qatıb özü kimi onların da ayaqlarını yerdən üzən, Həyatla öz həyatları arasına postament soxuşduran, həqiqətə kələk gələn. Oktaya elə gəlir ki, qocalmamaın, əbədi gənc qalmaın yolunu tapıb həmin qocalar. Frans Kafka isə belə düşünür ki, əbədi gənclik heç bir halda mövcud ola bilməz, özünümüşahidə imkanları buna imkan verməz. Sonra təzədən yadına atasıyla yan-yana dayanıb, divara yapışdırılmış qəzet səhifələrinə tamaşa etməsi gəldi. Arabir ötən avtomobillər kimi gecənin qaranlıında yaranan fikirlər də bir-birini təkrar edərcəsinəydilər. Adətən, görüntü imkanının verilmədiyi şərtlər daxilində yalnız səs effektləriylə hadisələr arasında müqayisə aparanda yaranan bənzərliklərin sayı çox olur. Qəfildən peyda olan fikirlərin də görüntü imkanı yox idi. Daha doğrusu, var idi, amma təkcə onun beynində. Atasının uzun-uzadı qəzet oxumasına tamaşa etməkdən yorulub bir qırağa çəkilər, sağa-sola boylanıb Şəhərin ağla gəlməyəcək dərəcədə nəhəng olması fikrindən qorxuya düşərdi. Daha da böyüyəcək, qorxuların əhatə dairəsi də, miqyası da artacaqdı. Görünür fikirləşəndə ki, uşaqlar əslində qorxu nədir bilmirlər, onlar sadəcə qorxunu oynayırlar, Oktay hamının yaşamış olduğu uşaqlıı özününkü cildində təsəvvür etmişdi. Masanın altına girən də elə o özüydü. Bircə etirafı çatışmırdı: Əslində, deyəndə ki, ya qorxudan, ya da şıltaqlıqdan, mən utanırdım birbaşa “qorxudan” deməyə. Qorxurdum ki, uşaqkən qorxaq olduğumu düşünərlər. Ona görə şıltaqlıı da misal çəkmişdim. Bu gecə Oktaya elə gəlir ki, həmin vaxt qorxduğu təkcə Şəhərin nəhəng ölçüləri deyil, onunla müqaisədə insanların necə cılız olmasıydı. O vaxtlar kiril qrafikalı əlifbanın bütün hərfləri nəqarətvari təkrarlanaraq heç vaxt bitməzdi. Gecənin ən qara zülmətində ətrafı onsuz da işıqlandırmağa gücü çatmayan fənərlərin yardımına gələn yox idi. Bu boyda Şəhərdə hamı sözləşibmiş kimi mənzillərinin işıını keçirib, üstəlik pəncərələri də acığa örtmüşdü. Günəşin təzədən peyda olacaına az da olsa işartı yox idi. Musabəyov prospekti niyə, hansı səbəbə görə belə zalım davranırdı “Ceyran” kafesinə? Hansı aır günahın altına girmişdi kafenin giriş qapısıyla üzbəüz fəvvarənin içindəki islaq ceyran heykəlləri? Bəlkə Əzizbəyovun heykəli tərəfindən dəstəklənməsiydi Musabəyov prospektinin acıına gələn? Olmaya heç bir günahı yox idi kafenin də, ceyranların da, sadəcə iki köhnə inqilabçının özlərindən də köhnə haqq-hesabının zibilinə düşmüşdülər. Hələ Kirovun heykəli də qoşulsaydı bu məişət mübahisəsinə, Bakının yarısını qaranlıq basacaqdı. Oktay getdikcə yaxşı tanıdıı bu yerlərin əvvəllər ona naməlum sehrinə daxil olur, qaranlığa özünü təslim etmiş qocaların fikirlərinə daxil olurdu. Eyni sürətlə də avtostrada yox olur, ali məktəb binası itir, “Ceyran” kafesi qarışırdı yanında əkilmiş ağaclara. Başını qaldırıb növbəti dəfə səmaya baxanda elektrik tellərinin yox olduğunu gördü. Ağlı başından çıxdı. Daha Bakı üstündəki səmanı təhrif etmirdilər. Vaxt ilişib qalırmış “Ceyran” kafesi tərəflərdə. Bəlkə də bu mərəkənin göbəkkəsdisi lap çoxdan – hələ Musabəyovdan da, Əzizbəyovdan da əvvəl kəsilmişdi. O qocalardan heç biri kafenin yanında oturmayıbmış. Onların aləmində bu gün heç vaxt olmayıb. Pəncərələri ən qara zülmətin üzünə bağlayanlar, cığallıq edərək işıı səhərəcan yandırmayanlar əslində əbədi gənc qalmaqdan iyrənənlər idi. Görən Oktay dərk edirdimi ki, indi onun özü də həmin qocalar kimi zamandan kənarda, hansısa nöqtədə ilıişib qalmış, özünü arsız müddətlərin ümidinə buraxmışdı. Xəbəri olsaydı, gecə fənərlərinə etiraz edərdi, söyərdi onları o ki, var, axırda da asfaltdan dişləriylə qoparıb bir-bir çırpardı həmin fənərlərin öləziyən işıına. Onsuz da gələcəyi gizlətməkdən savayı bir işə

yaramırdılar. Vaxtsa keçirdi “Ceyran” kafesindən kənarda. Oktay ayağa qalxıb yola qoyuldu. Hara qədər gedəcəkdi? Sonra geri qayıtmalıydı.
Geri qayıtmalıydı? Hara? Evə?
Bütün geri dönüşlər ki, məkanda yox, zamanda baş verir.
Bir neçə saat əvvələ dönəcəkdi?
Onda mənzilindən niyə çıxmışdı?
Ola bilər ki, qayıdaraq tamam ayrı vaxta düşəcəyinə inanırdı?
Üç ayı yuxusuzluqda keçirmiş adamdan daha yaxşı bilən olacdı keşmişin həmişəyaşarlıını?
Eləysə, nəydi can atdıı?
Sadəcə var olmaq. Bunu üçün də dala qayıtmalıydı.
Səbəb?
Bilmirdi.

Ola bilər ki, bilmək istəmirdi. Düşünməkdən qorxurdu. Onda niyə mümkün olduğu qədər uzağa getmirdi? Onun ki, niyyəti keçmişini inkar etmək deyildi. Sadəcə geri dönüb arxada qoyduğu hər şeyi dəyişmək istəyirdi. Dəyişmək ki, gələcəyini də çevirə bilsin istədiyi kimi. Yoxsa ötsə də, inkar olunsa da keçmiş təzədən gələcəyinin işlərinə barmaq soxacaqdı. Buna görə qayıtmalıydı, buna görə: Geri dönərək arxada qoyduğu hər şeyi dəyişmək üçün. Metropolitenin “Elmlər Akademiyası” stansiyasına bir neçə metr qalmışdı. Qapalı stansiyanın işıldayan “M” nişanı onu diksindirdi. Yoxsa o da “Ceyran” kafesiylə əlbir idi? Əbədi gənc qalmaq - həm də gələcəkdən qaçmaq idi. Gecənin ortasında bütün işıqların susduğu bir vaxtda küçə fənərləriylə həmrəy olan metronun niyyəti nəydi? Asfalta tüpürüb üzünü çevirdi. Səbəb? Bilmirdi. Hiss etməyə başladı ki, onun “Çarəsizlik mənzili”ndən bayıra fırladan səbəb artıq bir müddətdir ki, öz mövcudluğunu başa vurub. Indi tək qorxusu kafenin yanından keçərkən – yolun o biri tərəfiylə olsa belə - yenidən gələcəksizliyə düşə biləcəyiydi. Müdafiə vasitəsi axtarmağa başladı. Həmin an da anladı ki, mənası yoxdur. Nə olacaqsa olacaq. Addımlarını yavaşlatdı. “Ceyran” kafesi tərəfdə insanları indiki zamandan qoparıb gələcəksizliyin girdabına tullayan gözə görünməz qüvvənin diqqətini çəkməmək üçün ağacların arasıyla geri qayıtmaq qərarına gəldi. Addımlaya-addımlaya yolun o biri tərəfini nəzərdən keçirirdi. Ona elə gəlir ki, bütün diqqətini cəmləyə bilsə, insanı gerçək həyatdan sovuran xüsusi dəlikləri tapa biləcək. Uşaq poliklinikasının ağa boyanmış iri pəncərələri gəldi gözlərinin qabaına. Bir neçə il əvvəl hər dəfə geniş magistralı məhz poliklinika civarından keçərkən fikirləşərdi ki, boyanmış pəncərələrin arxasında kimlərsə dayanıb gecə-gündüz bakılılara nəzarət edirlər. Baxırlar ki, kim yolu qırmızı işıqda keçib, kim piyadaya yol verməyib, kim avtomobili sürə-sürə təhlükəsizlik qayışını bərkitməyi unudub, kim azyaşlı uşaının əlindən tutmur. Hər gördüklərini də dəftərlərdəki xüsusi hissələrə qeyd edirlər. Sonra o dəftərlərin hamısı xüsusi arxivə yıılır və içəriyə də hər adamı buraxmırlar. Bir dəfə yiyəsiz küçə itinə toxunaraq heyvanı öldürmüş yük maşınının heç nə olmamış kimi necə hadisə yerindən uzaqlaşdıını görmüşdü. Həmin vaxt saat elə də gec deyildi, səki adamlarla doluydu. Yolun o biri tərəfindəysə mağaza vitrini qabaında bir neçə qadın ayaq saxlayıb yenicə gətirilmiş xəz paltolara tamaşa edirdilər. Sürücü qəfil əyləcə basdıından maşının təkərləriylə asfaltın təmasından yaranmış küt səs qadınları diksindirir. Səkidəki adamlar da yerlərində donub qalmışdılar. Itin asfalta daılmış beyni onda öyümə yaradır. Oktay ayaq saxlayıb ətrafa boylanır. Gecə fənərləri artıq işə düşmüşdü. Hava da qaralmışdı. Səki yenə də adamla doluydu, mağaza vitrini önündən qadınlar çəkilmişdi, onlar Oktayın dayandıı yerdən gözlə görünməyəcək qədər uzaqdaydılar. Bu görünməz olmuşluğun səbəbi qadınların qət etdiyi məsafədən daha çox, məkanın quruluşundan asılıydı; çox güman, onlar döngənlərdən birini keçdiklərindən görünməz olmuşdular. Yük maşını gözünə dəymədi. Magistrala çəkilmiş yol xəttinin içinə daılmış beyin üstünə daman qanla qarışaraq bozumtul-məxməri rəngə çalırdı. Buna səbəb həm də içalatın üstünə düşən gecə fənərlərinin

işııydı. Cəsədin konturları asfaltın üstündə aydın seçilirdi.

* * * Yaşanmış hər şey olsa-olsa şam yeməyində içilmiş kəmşirin qırmızı çaxırın damaımızda qalmış, getdikcə öləziyən tamı kimi gözlənilmədən itəcək, - düşünüb, Azər Pohoroni sükutu növbəti dəfə pozdu:
- Eşidirəm. Onu qorxu bürüdü. Bir an içində elə düşündü ki, hansısa gizli, adı və qaydaları naməlum oyunun şərtlərini pozub. Elə indi zəng edən şəxs sadəcə dəstəyi asaraq gedəcək. Üstündə oturduğu stuldan qalxıb, döşəməyə sərildi, dəstəyi sol əlindən sağ əlinə keçirdi, gözlərini yumub pıçıltıyla saymağa başladı: “Bir,

iki, üç, dörd, beş, altı, yeddi, səkkiz...” - Doqquz, on, - ürəyində saydıı rəqəmlər gözlənilmədən dodaqları arasından qopub telefon dəstəyilə soruldu, bir anda xəttlərdə yoxa çıxdı, aradakı elektrik uğultusunu da üstünə hopdurub susan şəxsə yetişdi. Bəlkə də onun ahəstə nəfəsalmalarını qəfil, qıcolmaya bənzər hıçqırıq əvəzləməsəydi, doktor bunu heç vaxt anlamayacaq, saymağa davam

edəcəkdi. Sayacaqdı, sayacaqdı, sayacaqdı. Bu gecə istisnasız Azər Pohoroniyə məxsusdu. Öz qəribəlikləriylə. Sanki onun haqqında çəkilmiş filmdi. Baş qəhrəman da özüydü. Iki izləyəndən biri də. Həmin filmin ondan başqa yeganə izləyicisi belə yaxınkən, nə qədər soruşsa da film haqda təəssüratlarını eşidə bilmir. Əslində onu heç film də maraqlandırmırdı. Necə də olmasa film elə onun həyatı haqqındaydı. Onu maraqlandıran təkcə bu filmin izləyicisi – o susan şəxs yox, elə özü, daha doğrusu həmin naməlumun ona zəng etmə səbəbiydi. - Bilmirəm söhbətə necə başlayım, - gözlənilmədən xəttin o biri ucundakı şəxs dilə gəldi, - bircə onu bilirəm ki, əsəbləri sakitləşdirməyin ən yaxşı yolu saymaq deyil. Sözümə inanın, bu işdə çox təcrübəliyəm. Milyon doxsan üçə qədər saymışam. Bir mənası olmadı. Bilsəm, heç başlamazdım. Üç yüz otuz üçədək rahat gedirdi, sonra hiss etdim ki, saymaq çətinləşir. “Neçəyə qədər saya bilərəm?” – bu sual məni məcbur etdi ki, davam edim. Başa düşmürdüm ki, gec-tez dayanmalı olacam. O vaxt, düzünü desəm, hədd bilmək hissini unutmuşdum.
- Siz kimsiniz?
- ...
- Adınız nədir? - Doktor, siz ki, bilirsiz: Bizi üz-üzə gətirən bu şəraitdə mənim adımın heç bir əhəmiyyəti yoxdur, - qadın cavab verdi. - Hə, - Azər Pohoroni ovsunlanmış kimi onunla razılaşdı, daha heç nə əlavə etmədi. - Adım Leyladır, amma heç bir mənası yoxdur. Elə buna görə də gizlətmirəm. Məncə, bu an var olduğumu bilməniz, daha vacibdir. Hər halda, elə hesab etmirsiniz ki, mən robotam. Doktor, nəfəs aldıımı hiss
edirsiz? - Bəli. - Bu an çoxları elə hesab edir ki, mən ölüyəm. Bircə qatilimdən başqa. Ancaq o mənim ölmədiyimi anlayıb. Buna əmin olmaq üçün çox çalışdı. Canını qoydu və indi mən hər tərəfdə onun narahat baxışlarını hiss edirəm. Etiraf edim ki, bu çox xoşuma gəlir. Sizə elə gəlmir ki, Buddanın ən böyük uğuru bütün insanları vahid iztirabın birləşdirməsi fikridir? Bu an tək təsəllim həyatımı məhv etmiş adamın da mənim qədər əzab
çəkməsidir. Dəstəyin o biri ucundakı şəxsin danışdıqları nə qədər qəribə səslənsə də, Azər Pohoroni nəinki dəstəyi asacaq, heç onların doğru olub-olmadıı haqda düünmədən, elektrikin sarımtıl, xışıltılı səsinə tab gətirib, özünü Leyla kimi təqdim edən qadına qulaq asacaqdı. Əgər hər şey onun dediyi kimiydisə, əgər doğrudan da bütün insanları vahid iztirab birləşdirirdisə, demək Azər Pohoroninin bu an yaşadıqları Leylaya yad deyil, onun da içindən keçirdi. Doktora sonadək naməlum qalacaqdı ki, elə bu an o özünü itirərək xəttin o biri ucundakı şəxsdə təzahür etməkdədir. Sonadək Azər Pohoroni bilməyəcəkdi ki, Leyla indicə güzgü önünə keçsəydi, öz əksini yox, onun – bakılı professorun qorxudan rəngi qaçmış sifətini, qızarmış gözlərini və yeyilmiş dırnaqlarını görəcək, yad birinə tamaşa etdiyindən xəbərsiz, adi həyatdakı zil qara əvəzinə, bəzi hissələri ağarmış qəhvəyi saçlarını

sığallayaraq zamanın necə ötdüyünə növbəti dəfə əmin olacaqdı. Bəs o - Azər Pohoroni indi kim idi? Azər Pohoroni, yoxsa Azər Pohoroniyə çevrilmiş Leyla - xəttin o biri ucundakı şəxs? Bu fərqli gecədə bir kişi üstəgəl bir qadın nə edirdi? KIŞI + QADIN = QADIN + KIŞI

Bəlkə də adicə əvəzetməydi onların mövcudluq qanunu. - Doktor, dəqiq bilmirəm, amma düşünürəm ki, həmişə günorta vaxtları daxil olduğum kafenin müştəriləri üç-dörd gün məni axtardıqdan sonra, elə bil heç olmamışam kimi axırda unutdular. Alışmadılar yoxluğuma, eləcə götürüb unutdular. Əvvəllər – birinci gün, bəlkə ikinci gün də, hər qapı açılanda girəni mən bilərdilər. Üçüncü gün ümidləri azaldı, sonraysa daha boylanmadılar qapıya ki, bəlkə gələn mənəm. Fikirləşirdilər ki, gəlsəm bir gün gələcəm, gəlməsəm də heç vaxt gəlməyəcəm; boylanmaın, axtarmaın bir mənası yoxdur. Axırda da tamam unutdular. Bu səhnəni – məni gözləmələrini, qapıya boylanmalarını, haqqımda narahatçılıqlarını hər dəfə canlandıranda, pis oluram. - Bunları mənə nə üçün danışırsınız? Azər Pohoroni sükutunun sonrasında sözləri ard-arda düzüb səsləndirərkən, əslində sualın cavabından daha çox, Leylanını gələcək əhvalatına özlüyündə ortabab giriş hazırlayırdı. Qapalı mağazanın neonları uzaqda qalmışdı, ayın işııysa, eyvanın tutqun pəncərələrinı aşıb otağa soxula, çaşqınlıq içində oturmuş bakılıya aydınlıq bəxş edə bilmirdi. Bu an elə bir qüvvə mövcud deyildi ki, onu yenidən yataq otaına, bəlkə istisini azacıq da olsa qorumuş çarpayıya geri qaytarmağa, neon işıqlarını danışdırtmağa qadir ola. - Mən sizin kitabınızı oxumuşam. Bakıya qayıdan gün. Həmişə cavabını bildiyimi fikirləşdiyim bir sualın mənə nə qədər naməlum qaldıını göstərdiniz. Indi deyə bilmərəm nəydi o sual. - Mənə maraqlı deyil. - Amma onu deyim ki, insanın sinir sisteminin at-timsah-insan triadası şəklində izah etməniz məni dəli etdi. Doktor, əminsiz ki, bu fikir düzdü? Azər Leyla yanındaymış kimi başıyla təstiq etdi və dərindən nəfəs alıb arxaya söykəndi. Leyla üçün görüntüsüz də məlum idi cavab. Dəstəyin o biri ucundakı şəxs ovcunu hansısa sərt səthə bir neçə dəfə döydükdən sonra güldü, tez də səsindəki ciddiliyi bərpa edib sözünə davam etdi: - Doktor, soruşmursuz ki, mən hardaydım. Özüm deyəcəm: Elə bir yerdəydim ki, onun yanında türmə də, əsirlik də, dəlixana da uşaq baxçasıdır. Mən ağrı, tənhalıq və iztirab nədir bilən adamam. Özü də qoxularına görə hər üçünü bir-birindən ayıra bilərəm. Ağrının iyi – çiyələk mürəbbəsiylə naqil yanıı iyinin qarışııdır. Tənhalıq turşumuz sidik, təzə qar və polietilen iylərinin qarışıı kimi qoxur. Iztirabınsa iki növ iyi var: Bir tər qoxusu və saralmış qəzet vərəqlərinin qarışmış iyidir, ikincisiysə dəmir pasıyla ayaqqabı boyasının qarışıı. Mən onları rənglərinə görə də ayıra bilirəm. - Rənglərinə? - Əzabın rəngi ağ, tənhalıın rəngi mavi, iztirabsa asfaltın rəngində olur. Bilmirəm, niyə belədir. Mənə inanmalısız. - Mən sizə inanıram. - Təsəvvür edin ki, neçə metr uzaqdan tənhalıın və ya iztirabın iyini aydın seçə bilərəm, onların hər üçünü rənglərinə görə tanıyıram, amma həyatla əlaqəmi kəsdiyimdən unutmuşam ki, kişi ayaqları necə qoxur. Leylanın etirafı Azərin şəhvət hissini elə oyatdı ki, əliylə tumanının üstündən qasıını sığallamağa başladı. Sonra gözlərini yumaraq naməlum qadının onun bədənini qoxlamasını, ayrı-ayrı nöqtələrdən əvvəlcə öpüb, sonra da diliylə yaladıını beynində canlandırdı. Əlini tumanının içinə soxub tənasül alətini götürdü. Istimna etməyə başladı. Leyladansa etiraflar axırdı. Azər yalaya-yalaya qadının çiyindən yuxarı hissəsinə gəlib çatanda, üz cizgiləri ona məlum olmadıından, pop idolların sifətlərini bir-bir qadının xəyalı bədəninə yapışdırıb cinsi əlaqəni davam etdirirdi. - Illər sonra Bakıya ayaq basanda şəhərə qıraqdan gəlmiş adam olduğumu başa düşdüm. Halbuki bunca zaman uzunu mən elə onun içərisindəydim. Küçələrin çoxunun adı dəyişmişdi, köhnə binaları söküb yerində təzələrini tikmişdilər. Adamların geyimi də, saç düzümləri də başqa cür idi. Dənizə gələndə yerimdəcə donub qaldım. Xəzərin maviliyi itmişdi. Indi onun suları bombozdu. Dənizdə üzən gəmilər də paslamışdı. Adamlar baxışlarımdan hiss edirdilər ki, mən yadam. Bir sözlə, bardürə oturub ölmək istəyirdim. Bircə ay dəyişməmişdi - əvvəlki cındırlıındaydı. Təsəvvür edin ki, qüruba qədər mən öz doğma şəhərimdə tanış heç nəyə rast gəlmədim. Axşam düşdü, ay göründü və onun üstündəki ləkələr mənə nə vaxtsa Bakıda itidiyim hər şeyi xatırlatdı. Ayrılıqda keçmiş illərdən sonra Bakı məni bağrına basmaq əvəzinə, heç sayışdırmadı da. Bütün əzablardan sonra unutmamaq üçün hər gecə əzbərdən təkrarladıım park adları, küçə, meydan adları daha yox idi, heykəllər də itmişdi. Tamam yad bir şəhərdəydim. Qəzet köşkünə yaxınlaşanda donub qaldım, əlifbanı da dəyişiblərmiş. Nə vaxtsa söykənib şəkil çəkdirdiyimiz divarlar belə uçurulmuşdu. Əvvəllər şəhəri hər səhər maşınlarla yuyardılar, bunu da görmədim. Mən yaddaşsızlığa düçar olmuş kimi addımlayırdım. - Sizi anlayıram, - Azər Pohoroni qadına təsəlli verərcəsinə dedi. Istimnanı çoxdan dayandırdıının fərqinə vardı. - Sonra məhəlləmizə getdim. Girəndə, gözlərimə inanmadım. Bircə asfalt futbol meydançası qalmışdı. Qarajları sökmüşdülər, qaz boruları əvvəlki paslı vəziyyətdə deyildi, onlar sarıya boyanmışdı. Eyvanımızı da mavi rəngə boyamışdılar. Sarmaşıqlar sökülmüşdü. Yaxınlıqdakı qastronomun divarlarına yazılmış sevgi cümlələrinin də üstündən ağ

boyayla getmişdilər. Heç nə oxunmurdu.

* * * Birinci romanımda belə bir hissə var: “Dağlı məhəlləsində tində dayanıb nəşə sümürən cayıllar Bakı payızını da içlərinə çəkməyə başlayanda aləm qarışardı bir-birinə...” Oktay 1986-cı ilin çoxdan unudulmuş gecəsində yavaş addımlarla evə qayıdır. Hələ Ittifaqın daılmasına xeyli var. “Çarəsizlik mənzili”nə aparan kəsmə yolda beş-üç cayıl divara söykənib meyxana deyir. Ahəstə avazları ucuz siqaret tüstüsündə həzm olunur. Muğamat qoxulu gecələrdə meyxana heç pivəylə də getmir. Onlar bu həqiqətin fövqündə durub, oxuyurlar, çırtma çalıb göstərməyə çalışırlar ki, dünyanın gərdişini veclərinə almırlar. Dağlı məhəlləsinə hələ bir neçə kvartal var. Gözlənilmədən Oktay səmtini dəyişib üz tutur həmin tərəfə. Yarıuçuq komalardan Bakı mətbəxlərinə xas soğan, ərimiş yağ və qaynamış ətin iç-içə qoxusu hələ burnuna vurmur, gecədir, bəlkə heç vurmayacaq da. Daha nə qalıb itirilməmiş? Bircə hərəkət boyu onu müşaiət edən addım səsləri. Onlar da gecənin içində itdimi, Dağüstü parkdan Bayıla tərəf enəndə dəniz görünməyəcək. Kommunist küçəsiylə Ali Sovetin binasına doğru addımladıqca, yolun solundakı DTK binası heç kimin canına üşütmə salmayacaq. Bakı funiklyoru birdəfəlik dayanacaq. Üzərində Bəhram Gürun əjdahaya güc gəldiyi abidənin rəngli fotosu əks olunmuş açıqcaları doğmalarına göndərən turistlər axır-əvvəl peşman olub, söyəcəklər düşdükləri şəhəri. “Naxçıvan” mehmanxanasının yaxınlıındakı qəlyanaltıya yıışan kasıb kişilər bazlıq etmək haqda söhbət açmayacaq, yanlarıyla cazibədar xanım ötəndə, “yekə göt, iri döşlər allah vergisidi” pıçıldamayacaqdılar ürəklərində və paxıllıqları tutmayacaqdı o qadınlara

sahib erkəklərə. Oktay səmtini təzədən dəyişib dağlı məhəlləsinə lap azca qalmış geri döndü. Qorxurdu ki, yaış gölməçəsinə ayaı girsə, hansısa gözəgörünməz qüvvənin təsirindən addım səslərini gecəyə qarışmaqdan qoruya bilməz. “Məğlub şəhərin portreti”ndə deyildiyi kimi aləm qarışar bir-birinə. Sonra gəl tap Şəhəri qaranlıın içində. Onun addım səsləri gecənin muğamat qoxusuna qarışanda, əslində yaxınlaşdıqca artmalı olan meyxana səsi get-gedə öləziyir, yaış sonrası Bakı sükutunu daha da qabardırdı. Oktayın dünyasında o cayıllar divara söykənib nəşə çəkə, qulaq asa, çırtma çala, züy tuta, lap elə onu ələ sala və ya üstünə bıçaq da çəkə bilərdilər, bircə meyxananın avazını onun qulaqlarına eşidilən etməyə gücləri çatmayacaqdı. Addımlayan vaxt bir neçə gün əvvəl yaxınlıqdakı mağazada çörək növbəsi gözlərkən eşitdiyi lətifəni xatırlayır: Qarğa yolla gedir və fikirləşir ki, elə indicə kolun içindən tülkü çıxıb əvvəlcə onun səsini tərifləyəcək, sonra da bir mahnı oxumasını xahiş edəcək. Qarğa da oxuyan kimi pendir ağzından düşəcək, tülkü cəld götürüb aradan çıxacaq. Qarğa kola yaxınlaşır, sürətini getdikcə azaldır. Kolun içindən tülkü çıxır, qarğanın ənginə bir yumruq ilişdirib qaçır. Üstündən xeyli vaxt keçəndən sonra quş ayılıb “təmsili qısaldıblar ki...” deyir.

- Səfeh, - Oktay düşünür, - qarğanın ki, ağzında heç pendir yox idi. Bakı fotolardan daha cəlbedici görünür, nəinki əsl həyatda. Yüzlərlə abidə, məscid, qəzet köşkü, xarici turistlər, Içərişəhər, Kirovun heykəli, quşbaz Mehmanın göyərçin damı. Bu şəhəri ifadə edən cəmi üç mahnı var: Flora Kərimovanın “Bir axşam taksidə”si, Rafik Babayevin “Əlvida” kompozisiyası və naməlum müğənninin “Payız gəldi uçdu getdi quşlar”ı. Oktay bu şəhəri sevmir. Sevgi üçün qarşılıqlı inam olmalıdır. Bəlkə də Şəhər ona inanır. Bəs o necə, Bakıya inanırmı? Əmin deyil ki, günün

birində Şəhər onun sirrini açmayacaq. Cayılların meyxanası da ovulub yerə tökülən qəzetlərdən son xatirə kimi səssiz-soraqsız yerə tökülürdü. Gecənin qarası elə həminkiydi, artıb eləməmişdi. Uzaqdan Oktayı görüb qırıldamağa başladılar, bir-ikisi bic gülüşlərini içinə basıb gözləriylə onu müşaiət etdi, divara daha inamla söykənib nəşəmi, tütünmü olduğu özlərinə belə naməlum şeyi öldürüb daılışdılar. Cayıllardan ikisi sağa dönüb qaranlıqdaca itdi. Biri də Oktayın səmtinə yan aldı, əgər vardısa qalanların hara tərpəndiyi ona gecənin özü qədər qaranlıq qaldı. Bircəsi bəs edərdi qorxudan ürəyini partlatmağa. Qorxudan titrəyirdi. Indicə böyürdən bıçaı soxub aradan çıxacaq. Onu - Bakı teatrının eksperimentə meylli (keçmiş olsa belə) rejissorunu heç nədən, nə var-nə var beyni çəkdiyi şeydən dumanlanıb deyə, asfaltın üstünə sərəcək. Qaranlığa axan qanı bir də günəşin doğmasını gözləyəcək ki, əvvəlki rəngini alsın. Sonra işə çıxan süpürgəçilər onun deşilmiş bədənini tapanda “gecə qara, cücə qara” deyimini yada salıb təəssüf edəcəkdilər ki, naməlum kişinin qatili heç vaxt tapılmayacaq. Bununla da o boyda rejissor Oktyabr rayonundakı hansısa idarədə üstünə toz basmış neçəsə nömrəli cinayət işinə çevriləcək. Ölümüylə belə antisovet ünsürlərə xidmət edəcək. Oktay öz-özünə gülümsündü: “Nə pox yemişəm ki, meyitimi tapan süpürgəçilər də mənim üzümdən bu boyda Sovet hüquq

sisteminə şübhə edəcəklər?” Məşq etdiyim trenajor zalından çıxanlar, həmişə qalanlarla sağolaşarkən, bir söz var ki, onu təkrarlamaı heç vaxt unutmurlar:

Yorulmayasız.

* * * Telefon xəttinin o biri ucundakı özünü Leyla kimi təqdim edən qadın etiraflarını davam etdirir: - Məhəllə uşaqlarının, dostlarımın çoxu artıq yox idi – köçəni də vardı, rəhmətə gedəni də. Eşitdim ki, bir neçə il əvvəl müharibə olub ölkədə. Əslində bunu şəhərə ilk dəfə ayaq basanda anlamalıydım. Amma həmin an nəyisə dərk etmək mənimçün arzulanması belə mümkünsüz bir şeydi. Surətin əkdiyi tut ağacına baxdım, hələ kəsməmişdilər. Ora-bura qaçan uşaqlardan özünü soruşdum, tanıyan çıxmadı. Onlardan biri Nazımın oğluydu. Şəhərdə erməni dilində danışan heç kimi görməyəndə başa düşməliydim ki, təkcə evlər və saç düzümləri dəyişməyib. Azər Pohoroninin əsnədiyini hiss edən qadın “yorulmamısınız ki?” –
soruşdu.
- Davam edin, davam edin. - Tut ağacı nə vaxtsa ağ rəngli, indisə maviyə çalan eyvanımızla üzbəüz əkilmişdi. Həmişəkindən daha qüssəliydi, gözlərim yaşaran kimi oldu, amma ağlaya bilmədim. Gözlərimi ovuclarımla örtdüm. Məni heç kimin tanımadıı məhəllədə, Surətin əkdiyi tut ağacından utandım. Elə bilirdim ki, onun hər şeydən xəbəri var və görsə ki, ağlayıram gülməyi tutar. “Necə oldu ki, o qədər ağrıdan keçdin, dözə bildin, indi keçmiş səni kədərləndirir?” – deyərdi. Sonra yadıma ən yaxın rəfiqəm düşdü, o indi Xırdalan qəbiristanlıında uyuyur. Hər şeyə tüpürüb getmək istədim bu şəhərdən. Ruhuna fatihə oxutdurandan sonra gedəcəkdim bu şəhərdən. Hər şeyə tüpürmək istəyirdim – şəhərə də, adamlarına da. Tüpürmək və

getmək istəyirdim. Gecənin qadın səsli qaranlıını pozmağa üç “tüpürmək” kəlməsi yetərli oldu. Azər Pohoroni üçün Leylanın dodaqlarından qopan bu kəlmələr bir anda hər şeyi dəyişdi. Bilərəkdən əsnədi ki, qadın eşidib, onunla vidalaşsın. Nədənsə ürəyi gəlmirdi içində yaranmış ikrah hissini etiraf etməyə. Xəttin o biri ucundakı şəxssə bunun fərqində deyilmiş kimi
sözlərinə ara vermirdi: - Bacımla sağollaşıb bu şəhəri tərk edəcəkdim, yox olacaqdım. Doktor, Bakı bitən yerdə boşluq başlayır. Hər şeyi öz içinə alan boşluq. Yada salmağa bir şey tapmırsan. Hər şey elə bu an bitəcək kimi gəlir, amma tərs kimi bu baş vermir. O qədər yaşanmış xatirədən bircəsi belə gəlib dayanmır gözlərinin qabaında. Ümidlərlə görünən mənzərə arasında elə dözülməz fərqlər yaranır ki. Adam ancaq belə vaxtlarda başa düşür ki, Şəhər səni nə qədər idarə edir, istəsən də, istəməsən də sən onun bir parçasısan – işıqlandırılmamış hansısa məhəllənin uçuq-sökük futbol meydançası, ya da gövdəsinə mismarla ad cızılmış ağacdan, göyərçin damından heç bir fərqin yoxdur şəhərin gözlərində. Həmin vaxt getməyə heç yerin olmadıını başa düşüb qalırsan və bitmiş bir şəhər xatirəsi gəlib dolur içinə. Ağlaya-ağlaya onu bitirirsən. Bacımın qəbir üstünə gedə bilmədim. Mən bu dörd binayla əhatələnmiş məhəllədə yalnızam. Başımı qaldırıb yuxarı baxıram. Unutduğum hər kəsin adı düşür yadıma – Solmaz xala, Rüfət, Ağa, Maxa, Soltan, Nazlı, Fəridə, Ramiz dayı. Bilirəm, vaxt çatsaydı hamını bir-bir xatırlayacaqdım, amma hər şey elə qəfildən qırıldı ki. Gözlənilmədən bizim köhnə eyvana bir qadın çıxdı. O an içimdən bircə hiss keçdi: Dünyaya həmin eyvandan boylanmaq. - Niyə, - təəccübünü gizlədə bilməyən doktor soruşur, - o qədər ağrıdan sonra yenidən keçmişə qayıtmaq nəyinizə gərək idi? - Bilmirəm necə oldu, birdən özümü keçmiş mənzilimizin qabaında gördüm. Sanki mən deyildim duran, başqa birisiydi və mən onu gizlicə izləyirdim. Qapı açılacaq və eyvandakı qadın soruşacaqdı: “Kim lazımdır?”. Sonra hər şey tor görünür, qadına nə dedimsə, susdu, bir az düşündükdən sonra, məni içəri buraxdı.

- Eyvana girdiniz? – Azər Pohoroni səbirsiz bir tərzdə soruşdu. Bakının Azadlıq prospektində, olduqca enli yolu Azər Pohoroninin adaşı, dostum Azər Mustafayevlə keçərkən sağa-sola yüksək sürətlə hərəkət edən avtomobillərə əhəmiyyət vermədən hər ikimiz başımızı qaldırıb səmaya baxırıq. Sanki “nə olacaqsa olsun” deyirik bu vecsiz gedişimizlə. - Orxan, bilirsən, bizlərdən hər biri bu dünyaya qalib kimi gəlir. Təsəvür et ki, hər bir dünyaya gəlmiş insan neçə spermatozoidin arasında qalib gəlib ki, mayalanmaq imkanı qazanıb. Bu o deməkdir ki, insanın dünyaya əzab çəkmək üçün gəlməsi fikri və ya dinlərin öyrətdiyi kimi yerdəki həyatın illüziya olması fikri boş söhbətdir. Bax, bu səbəb görə də hər bir insan yerdə qalib gəlmək üçün əlindən gələn bütün imkanlardan istifadə etməlidir. Əgər kimsə öz həyatını sonra peşman olacaı kimi yaşayırsa, bununla milyonlarla doğula biləcək insanı təhqir etmiş olur. Biz öz bədbəxt həyatımızla həm də tanrının yaratma iradəsinə şübhə salırıq. Kimsə deyə bilər ki, sən yox, başqa toxumdan mayalanacaq insan daha adam kimi yaşayacaqdısa, niyə ona yox, bu bədbəxtə doğulmaq imkanı tanımısan. Sən nə fikirləşirsən? - Azər, super fikirdir. Mən bunu təzə yazmağa başladıım romana salacam.
- Adı nə olacaq?
- “Çıxılmazlıq nəəzriyyəsi”. Bu roman qətl, çevrilmələr və zaman

haqqında olacaq. Azər Pohoroni daha bir dəfə əsnəyib soruşdu:
- Eyvana girmədiniz? - Bir anda girdiyim ev başladı içimə dolmağa və məni sıxmağa. Illər əvvəl, hansı havanın hakim olduğunu unutduğum bir gündə tərk etdiyim mənzil, sən demə, artıq yox idi. Nə vaxtdan? Bu sualın cavabını qadının özü verdi. “Biz bu evə yeddi ildir ki, köçmüşük. Evi aldıımız ailə dedi ki, bura onlar gələndən təmir aparmayıblar, heç nəyə əl vurmayıblar. Əvvəlki sahiblərindən qalma hər şey yerində dururdu. Bax o küncdə bir televizor var idi sovetdən qalma, bilirsən nə boydaydı. Adam o televizorla uşaqları qorxuda bilərdi. Tulladıq getdi. Görünür bizdən qabaqkı sahiblərin imkanı çox aşaı olub. Yoxsa saxlamazdılar köhnədən qalma zir-zibili. Mebelləri də köhnəydi, içinisə kitabla doldurmuşdular. Açıına qalsa, nə ərim, nə də mən oxumaı sevmirik, ona görə də kitabları aparıb yaxınlıqdakı ictimai ayaqyoluna verdik ki, bizdən daha çox lazımları olar”. Qadın danışır və hərdən də gülümsünürdü. Onu başa düşdüm ki, danışdıqlarından məndə gülmək hissinin yaranmadıını anlayaraq, hərdən sözlərinə diqqət etməyə çalışırdı. Bu onda heç alınmırdı. Evin özlərindən qabaqkı yiyələrini dolaya-dolaya, həm də mənə toxunurdu – onun güldüyü televizorun yiyəsi biz idik. O mənim keçmişimə gülürdü. Sonra mən yad qadından adını soruşdum və utanan kimi oldu, elə bil mən kişiydim və ona girişirdim. Astadan “Nurca”, - dedi. Mən eyvana girmək istəyəndə etiraz etmədi. Dünyaya, futbol meydançasına həmin pəncərədən boylanmaq istəyirdim. Boylandım. Bəzi hissələri çatlamış pəncərədən küçənin kədərli görkəmi doldu içimə. Onsuz da içim doluydu bu evin kədərli xatirələriylə. Mənə elə gəlirdi ki, göydən həyətə toz yaır. Indicə toz dumanı içində hər şey görünməz olacaq. Boylandıım futbol meydançasının indiki halı deyildi, mənim uşaqlıımın həmin meydançasıydı. Axşamüstü, yay vaxtı havalar səriləşəndə futbol oynamağa çıxan oğlanlara bu pəncərədən baxardıq rəfiqəmlə ikimiz. Sonra anam çıxardı eyvana və bizi içəri qovardı. O vaxt gizlicə binokl da tapmışdıq. Indi də gördüyüm meydança onunla boylandıım daha yaxın, daha böyük meydançaydı. Doktor, mənə elə gəlirdi ki, şəhərə öz gözlərimlə yox, başqa birisinin gözləriylə baxıram. Çünki öz baxışlarımı hər yanda hiss edirdim. Bu cür dəniz qıraında da olmuşdu, evə təzə yaxınlaşanda da. Hər şey mənə tərk edilməmiş kimi gəlirdi, elə bil nəyisə geri qaytara biləcəkdim. Qastronomun binasına baxanda, ala qapıların girişlərində tərk edilmiş zibil torbalarını gördüm, qıraq-bucaqları da pişiklərlə doluydu. Miyoltuları eşidilmirdi. Amma eyvanlar və qastronomun üstündəki evlərdə yaşayan sakinlərin ən böyük istəyi o dəqiqə mənə məlum oldu. Onlar susuzluqdan əziyyət çəkirdilər. Çöldəki su kranının yanında azı yeddi-səkkiz nəfər əllərində qablarla növbə gözləyirdilər doldurmağa. Qəfildən məhəlləyə qara rəngli “jiquli” girdi və mənə elə gəldi ki, gəlişiylə də hər şeyi darmadaın etdi. Indicə futbol meydançasından onun təkərləri altına fırlamış topun ardınca qaçan uşağa çırpılaraq onu şikəst qoyacaqdı. Belə olmadı, avtomobil sakitcə yoluna davam etdi və bir az aralıda dayandı. Içindən iki orta yaşlarında kişi düşdü. Qastronomun yorğun görünən qıraq tərəfi, sarıya boyanmış qaz boruları yenidən öz əvvəlki vəziyyətlərinə qayıtdılar. Sonra yadıma bir az aralıdakı küknarlıqlar düşdü. Uşaq vaxtı elə fikirləşirdim ki, Bakı oralarda bitir. Mən o ağaclığa girib düz axıracan getsəm, bunun şahidi olacağam. Bakı dalda qalacaq. Amma qabaqda daha bir Bakı məni gözləyəcək. Qarajları gördüm. Yan-yana üç qaraj. Sakit görkəmləriylə yerlərində sayırdılar. Elə bil onlar futbol meydançasında bir azdan başlayacaq oyuna baxa bilmək üçün tezdən gəlmişdilər ki, qabaqda yer tuta bilsinlər. Futfol meydançasına doyunca baxdıqdan sonra üzümü sağa çevirdim. Sağdakı binada mən ilk dəfə biriylə sevişmişdim. Düzdür, onların mənzilləri görünmürdü, ağaclar qabaını kəsmişdilər. O vaxt elə bilirdik ki, bu ağaclar bizi hər şeydən – atalarımızın qulaqburmalarından, analarımızın töhmətlərindən, ötənlərin ittiham edərcəsinə bizə yönəlmiş və içimizi yararaq uzaqlara yan alan baxışlarından, məhəllə uşaqlarının söyüşlərindən, ötüb-keçən maşınların təkərləri altında əzilməkdən – qoruya biləcək. Bu belə olmadı. Qabaqdakı kərpici rəngli binanın görkəmi əvvəlkindən daha tünd idi. Mən üzümü pəncərəyə yapışdırıb yarıaçıq və kədərli gözlərlə çoxdandır daha mənim olmayan həyətə boylana-boylana zümzümə edəcəkdim: “Görüşdük nə çətin ayrıldıq nə asan hardasan həyatım varmısan yoxmusan mən səni izlədim günah tək gizlədim hər səhər hər axşam hər gündüz hər gecə gözlədim əlvida o günlər ulduzlu gecələr əlvida ömrümdən nə qaldı vəfasız dünyada”. Oxuyacaqdım və həmin an həyatla arama çox böyük səssizlik dolacaqdı. Amma bıçaq itiləyən kişinin həyətə girərək bərkdən, az qala baıraraq öz xidmətlərini təklif etməsi məni ayıltdı. Elə həmin vaxt da mənzildə telefon zəngi çalındı. Nurca tələm-tələsik dəstəyi qaldırdı. Zəng edən, deyəsən, əriydi, soruşurdu ki, gələndə nə alsın. Çünki qadın “turp alarsan iki dəstə”, - dedi. Başa düşdüm ki, mən getməliyəm. Sağollaşıb, evdən çıxdım. Yalnız küçədə yadıma düşdü ki, tut ağacına baxmaq yadımdan çıxıb, halbuki o lap eyvanını qabaında əkilmişdi. - Siz nə dediniz ki, qadın evə buraxdı? - Dedim ki, bu mənzilin köhnə sahibəsiyəm, icazə verin bir-iki dəqiqə

eyvandan həyətə baxım. O da icazə verdi. Qəfildən telefon əlaqəsi qırıldı: Düd... Düd... Düd... Azər Pohoroni nə olduğunu anlamadı. Əliylə telefon aparatına bir-iki dəfə ilişdirdikdən sonra da səsin gəlmədiyini görüb, naqilləri yoxladı. Hər şey öz qaydasındaydı. Anlayanda ki, xəttin o biri ucundakı şəxs dəstəyi asaraq gecənin qoynundakı iki milyon yarımdan birinə çevrilib, gözləri qaraldı. Dəstək əlindən sürüşüb döşəməyə düşdü, doktor başını divara çırpa-çırpa, yumraqlarını elə bərk sıxırdı ki, ovcuna işləyən barmaqlarının təsirindən əlləri keyiyirdi. Başa düşürdü ki, naməlum qadının özündən və ilımlı tarixçəsindən qalan tək xatirə beyninə işləyən qırılmış telefon əlaqəsi – həmin siqnallardır. Cansız, heç bir suala cavab vermək gücündə olmayan

siqnallar. Düd... Düd... Düd... “Bu an Leyla adlı o başdanxarab əlində telefon dəstəyi divara söykənib siqnalların monoton səsində məni axtarır. Oxşar detallar tapmağa çalışır. Hərdənsə cəhd edir ki, intervallar arasındakı fərqi aşkara çıxara bilsin. Bəzən alınır. Belə anlarda o xoşbəxtdir. Bakıdakı bütün dərdlərini həll edib: Özünə yatmağa kişi tapıb, bacısının Xırdalan qəbiristanlıındakı qəbrinə baş çəkib, tut ağacına baxmaq üçün daha bir imkan qazanıb. Indi sadəcə yaşamaq istəyir. Addımlamaq, Xəzərdə çimmək. Bəlkə də hər şey tamam fərqli baş verməkdədir: Indi içi iztirabla doludur, divara söykənib ağlayır. Göz yaşlarını monoton siqnallara bənzədir. Özünüysə məcbur edir ki, zarımaı dayandırıb heç nə etmirmiş kimi hərəkətsiz dayanıb fikir etsin. Ayılanda da başa düşsün ki, Azər Pohoroni həmişəlik ondan uzaqlaşıb. Xatirə hesab edərək sarıldıı telefon dəstəyiysə heç xatirə belə deyil. Siqnallar arasındakı intervalların nə müxtəlifliyini, nə də eyniliyini tuta bilməyəndə o – Azər Pohoroniyə, yəni mənə çevrilmiş adam başa düşəcək ki, məni təkcə iki milyon yarımlıq şəhərdə yox, bütöv bir göy qübbəsinin altında itirib”, - fikirləşib axırda təngə gəldi Azər və qəfildən çıırdı: “Yooox!”. Öz səsindən diksinib, Leylanı həmişəlik itirdiyini düşündü. Azər Pohoroni olanlarla barışıb dəstəyi yerinə asdı, yataq otaına keçib, nəfəsliyi örtdü. Sonra çarpayısına girib, hər gecə oxuduğu Müqəddəs Fransiskin duası əvəzinə, başqa sözlər pıçıldadı: “Əgər indi içimdəki bu ağrıya qalib gələ bilsəm deməli sabah yenidən yatağa girəndə ümid edə bilərəm ki, onun zəngi təzədən məni ayıldacaq. Razıyam, qoy əlaqə elə bu cür – anidən qırılsın, mən hər şeyə hazır olacam. Bircə içimdəki bu ağrıya qalib gəlməliyəm”.

Qırx beş dəqiqə sonra o yuxuya getdi. Bir vaxtlar “Terminator” filmi hələ çox məşhurkən, Arnold Şvartsneggerin qəhrəmanının “I`ll be back” (“Mən geri qayıdacam”) replikasını Bakıda çox adam təkrarlamaı sevirdi. Onlardan daha çox insan – bu filmi heç izləməmişlər də, bu ifadəni zarafatla yox, tam ciddi mənada, özü də kədərli anlarında işlədib. Həmin insanlar sevdikləri yerləri tərk etməyə məcbur olanda, işdən, ailədən, dostların dairəsindən qovulanda, lap amerikalı dəmir adam kimi “Mən geri qayıdacam”, - deyib çəkilirdilər qaranlığa. “Terminator sindromu” adlanan bu azara tutulanları sağaltmaqla məşğul Azər Pohoroni həmin gecə yuxusunda gördü ki, Leyla onun klinikasına gələrək, müailəcə kursu keçmək istədiyini utana-utana bildirir. Röyasında Azərin gözünə görünən Leyla sifətdən elə Azər

Pohoroninin özüdür.

* * * “Çarəsizlik mənzili”nə hər girişində Oktay bir ad çaırardı. Hər dəfə də o naməlum, yepyeni ismin sahibəsi səssiz-səmirsiz, onun nidasına vecsiz qalardı. Ən böyük ədalətsizlik, Oktaya görə, boşluğun özünə bir adın verilməməsiydi. O da özlüyündə bu nizamı pozurdu. Hər dəfə ağlından keçən bir adı çaıran vaxt bunu həyata keçirirdi. Uzaq 1986-cı ilin gəzintiylə bitən həmin gecəsində son nöqtə “Xatirə” adıyla qoyuldu.