Alatoran_header  

Nadir Ezheri

evvelki

Jurnal 2006N2
Nadir Ezheri I Hissə
CİZMA-QARALAR! NADİR ƏZƏRİ (Bu sıra məqalələr ardıcıl olaraq hər birisi özgürdüdə) DİL, POSTMODƏRNİSM VƏ AZƏRBAYCAN Keçmiş məqalələrdə dedik DERİDAnın nəzərinə görə dil sahəsində dəlalət edən və dəlalət edilmiş kəsin dəyillər və onlar dayima birbirinə dəyişirlər və bu dəyişilməklərin dayrəsi dili yaradır (qurur)buna ayid DİRİDA sözlüklərdə bir kəlmənin anlamının aramağını örnək verir hər kəlmənin anlamı başqa bir kəlmədir və həman kəlmənin anlamı yenə başqa kəlmədir və... İndi düşünmək olur əgər heç bir sözün və heç bir mətnin (kitabın nişancıların və...) kəsin anlamı olmasa toplumsal sahədə heç bir mubarizə haqlı ya haqsız olmağı (bütün ya bir sıra sahələrdə) aydın olmayacaqdır. Əyər postmodernist dilçilərin nəzərlərini tam qəbul etsək insan dilinin əsarətində olmuş sanılacaqdır və bütün hərəkətlər; azadlıq, mübarizə, irtica və hər şey dil sahəsində bir oyun (postmodernistlər dəmişkən) sanılacaq. Bu qısa amma lazımlı ızahdan sonra zənnımcə bu gün azərbaycanımızda dünya düzəm pozucuların (poststrukturalistlərin) və postmodernistlərin nəzərlərinə ayıq və ayırdedici düşüncəylə yanaşmaq gərəklidir, bu sözə iki dəlilim vardır: 1-DERİDAnın dəlalət edən və dəlalət edilmişin bir birinə dəyişmələri və olnların kəsin anlamının olmamağı bizə bütün ideologiyalar və inamların və nəzərlərin kəsin olmamağını anladır və günümüzdə və çağdaç ədəbiyatımızda bu nəzər şiddətlə Totalitərizmə qarşı çalışır və Totalirəzmin kökünü elmi dəlillərlə qaza bilir, 2-başqa yöndən əgər Postmodərnist dilçilər demişkən, bütün anlamlar, nəzərlər və mətnləri bir çeşid dilin OYUNU fərz etsək toplumsal açısından nəhayətdə bir çeşid Nihilizmə çatacağıq və ədəbi baxımından da nəhayətdə başqa, amma intizai mətnlər yaradacağıq. Bir Avrupalı ya Amerikalının Avrupada yada Amerikada Nihilizmə düşməsi bir Azərbaycanlının Nihilizmə düşməsi ilə əlbət çox fərqlidir onlar bir çeşid var olmuş Demokrasilərina qənaət edə bilərlər amma biz nəyə qənaət edə bilərik? Mən intizai mətnlərə qarşı deyiləm, amma sözüm budur, bu gün Azərbaycan ədəbiyatçıları və ziyalıları üçün Postmodernizm İKİ UCLU QILINC ola bilər, çünkü bir yöndən düşüncələrdəki Totalitarlığı aradan apara bilər, amma başqa yöndən bütün çağdaş yazıçıları və düşüncə əhlini pasif duruma sala bilər, zənnimcə həm Farsların, həm də bizim Azərbaycanın (və çoxlu geri qalmış başqa xalqların) bu günkü Sübyektiv və toplumsal quruluşçu batı Postmodernistlərinin düşüncələrinin bir hissəsini bizim Totalitarların xeyrinə bir silaha dəyişir (o hissə ki onda hər şeyi dilin oyunu ya dil oyunu bilir) amma dediyim kimi həmin nəzər bir hissədə də hər şeyin kəsinliyini aradan aparır və Totalitarizmin kökünü qazır amma bu arada, nəhayətdə ziyalıları bütün hərəkətlərdən ayırır və öz dörd duvarlarında seyr etməyə məşğul edir, unutmayın Avrupa və Amerikada Düzəmçilik (Structuralism) oradakı Kapitalizmin və İmperyalizmin durumuna ayid yarandı və çalışdı batı toplumlarının Mexanikləşməsinə bağlı bütün fəlsəfi ədəbi və politikal mətnləri də elmi şəkildə oxusun, yenə buna bağlı Düzəm pozmaq artıq imperyalizmdən sonrakı duruma ayiddir orada üç yüz illik əqli fəlsəfələr sorğulanıbdır demək biz və çoxlu xalqlar bu nəzərlərin toplumsal gərəklilərini hələ dənəməmişik, odurki, əyər öz durumumuzdan ğafil bu nəzərləri qəbul etsək həqiqətdə və sonucda nə Modernizm və nə Postmodərnizmə, bəlkə Pratikdə Totalitarizmə xidmət edəcəyik. Doğrudur ki, məsələn, azadlıq və istibdad kəlimələrinin kəsin anlamı yoxdur (butun kələmələr kimi) amma bu sözdən bu sonuca yetmək ki pəs azadlıq üçün çalışmaq aydın və faydalı degil, bəlkə azmaqdır, çünkü burada bu sonuca yetmək Totalitar güclərin davamını zəmanət edir, biz hələ Dəmokrasiyanın izinə də çatmamışıq, deməli baxmalıyıq ki, bir söz harada və hası durumda deyilir zənnimcə postmodərnist dilçilər və Düzəmpozucular istər-istəməz insanı dilinin zindanında sanırlar, ancaq təhlükəli burasıdır ki onların sözlərinə dilin toplumsal ilgisini unudarkən əməl ədək, xüsusən o toplumlarda ki, onlarda istibdad hökm sürür bu söz bu gün hatta Fars ədəbiyatçılar və politikaçılaının arasında qəribdir. Mən bu məqaləni yazmağla istədim Azərbaycanda TÜRK dilində ha belə Farsca yazan çağdaş şair və ədəbiyatçılarımıza və düşünürlərimizə bu sözü yetirəm imkanı vardır modərn və çağdaş ədəbiyat tarix və fəlsəfə sahəsində yazarkən bilməyə-bilməyə Totalitərizmə xidmət ədəsiz bu hər şair və yazıçı üçün ən böyuk faciədir, nə olur fikirləşək...!