Alatoran_header  
Murad Köhnəqala

Өvvөlki   Sonraki

Jurnal 2006N2



QUŞ QRİPİNDƏN ÖLƏN XALQ ŞAİRİ
Cavanları denşik və lümpen
adlandıran nəğməkar xalq yazıçılarının

əziz xatirəsinə

Gördünmü, sən də öldün
Asqıraqlı, osturaqlı bir ölümlə
Səninki ölüm deyil
Bəlkə də poxa düşməkdir
Mıxa keçməkdir


Gül kimi infarktdan ölsəydin
Oğlun fəxr edəydi ağzı köpükləyərdi
Qara ciyər serrozundan ölsəydin
Arvadın qürur duyardı
İntervyü verərdi jurnalistlərə
Hər gün yalvarırdım ay kişi, az iç
Az çək bu xalqın dərdini
Qəlyanını az çək
Yırtılmış, sürtülmüş yerlərinə maya
qoyub
Çox işlədəcəklər səni"

Ancaq sən maşallah
Sağlığına söyləyim
Pazı kimi idin
Qıpqırmızı
Yalan danışanda
Oğraşlığını inkişaf etdirəndə
Adam tutduranda
Utanıb-qızarmağa ehtiyac qalmazdı
Sən anadangəlmə pazı
Gorun nurla dolsun,
Yalnız yaltaqlananda
Quyruğunu tərpərdərdin
Olurdun tazı
Ən azı
Gah pazı olurdun, gah tazı

Nə isə keçmiş olsun deyirəm
Allah yanındakılara rəhmət eləsin
Sən o boyda cəmdək
Balaca bir quş qripiylə
Asqıra-ostura cezib gedəndən
Tibb eskpertizaları əl-ayağa düşüb
Cəmdəyindən nümunələri
göndərirlər
Amerika baş baytarlıq idarəsinə
Analizin cavabarı gəlməyincə vQoymurlar aparıb basdıraq səni



Xəstəliyin haqda
Bir çox versiyalar irəli sürülüb
Kimi deyir əsər yazan zaman
Quş lələyinin ucundan dişləyibmiş
Kimi deyir qəlyanın tütününə quş
poxu soxublar
Kimi deyir mayonezin içində virus
veriblər sənə
Babalı danışanların boynuna
Bəziləri də deyir
Təbiəti seyr edərkən
Quş sıçıb papağına
Ancaq
Analizlərin cavabı gəlməyincə
Dəqiq bir məlumat deyə bilmərik
Yersiz kəklikləri, göyərçinləri
Hacıleyləkləri, bilibitdanları
Şanapipikləri, qırqovullarə
Çobamaldadanları həp bülbülləri

Söyə bilmərik

Ancaq günah özündədi
Nə qədər deyirdik
əl çək hinduşka kababından
əl çək qəhbə hamamından
sən toyuq budun işləyəndə
sağlığına deyim
sanki qamışlıqda tülküydün
ləvəngili ördəkləri dişləyəndə
çox tüklüydün
bənzəyirdin qabana
bilməliydin
belə şeylər zidddir daban-daban

Anan dedi, yemə onu

Qanan dedi yemə onu
Qonşuluqda Sənəm dedi yemə onu
Haş beş, en bir virusudu bu....
Haş beş, en bir bizə gəl
Xoş beş, on beş təzə gəl
Bir əlində şiş kabab

O bir əlində isə məzə gəl

Gör səni nə yerdə öldün
Başımızın qarışan vaxtı
Replərin, popların
Götlərini oynadan vaxtı
Bakı-Ceyhan neft kəmərindən
Gəlir əldə etdiyimiz vaxtı
İranın uranı zənginləşdirdiyi vaxtı
İlhamın Amerikaya uçduğu vaxtı
Amerikanın İrana girmək istədiyi
vaxtı
Nəşənin korobkasının
On iki şirvana qalxdığı vaxtı
Miloşeviçin öz əcəliylə
Türmədə öldüyü vaxtı
Sən çezib getdin

Nədənsə, bu dünyanı vaxtsız tərk etdin...

Sənə xalq çox dedi
Hər əlivə keçəni ağzıva alma
Hər gəlişi gözəl deşiyə
Burnuvu soxma
Sən qulaq asmadın xalqın səsinə
Onun qana ağlayan kəmənçəsinə
Əsərdən əsərə həp dırmanırdın
Könüldən-könülə çox tullanırdın
Yaltaq uşaqları başına yığıb
O rəhmətlik, o zəhmətlik, o töhmətlik

Zor tullanırdın

Gah atovun beşcildliyini
Yenidən xəlqə soxuşdururdun
Gah da dədvin dıydıx əsərlərini
Teatrda səhnələşdirirdin

Bütün işlərini qəhbələşdirirdin...

Oğlunu bir qıllı yerə qoyubsan
Qızını bir tüklü yerə veribsən
Cavan yazarlara
Gah lümpen deyirsən, gah denşik
Ay vicdanı darşik, dəməyi genşik
Üzünə demək olmasın
Çox qorxulu xəstəlikdir sənin
virusun
Mürdəşir əlini vurammaz

Uzaqdan şlanqla yuyacaq haman

Yasına gələnlər
Tənzif bağlayacaq ağızlarına
Adam çox görünsün deyə
Tələbələri zorla gətirəcəklər
Xüsusən Bdu-nin
Filologiya fakultəsindən
Goruva söyəcək
O cavan, o kövrək qəlbində hamı
Pambıq tıxanmış qulaqların
cingildəyəcək
Sanki gorunda bir it zingildəyəcək
Qəbrinin üstündə
Təxminən belə yazılacaq
Çox oğraş adam idi
hakimiyyətdən aldığı
qanlı quyruqları göydə qapardı
Qoca vaxtlarında yatıb hürərdi
Hürüb yatardı
Əlinə qələm götürəndən
Quyruğuna mütləq bulayardı
Gecələt ulduzlar
Gündüzlər cavanlara ulayardı
Qorxaq idi, paxıl idi, yaltaq idi
Vicdanı yamaq-yamaq idi.
Molla sinə gərib söz kürsüsünə
Qışqıracaq: ay camaat
Plovun üstündən dovğa da işin
Nuş!
Quş qripindən öldü böyük bir şair
Buna da bir quş!