Alatoran_header  
Məhəmməd Səfəri

Өvvөlki   Sonraki

Jurnal 2006N2




Günlər geçmiş
illərcə anlamadığım yaşayışda
çocuqluğum ağlayırdı
gözümün önündəki
gələcəyin yalqızlığına.
Duyurdum sankı
72 nəfərlik yalqızlığı
gerçəyi aradığımdan
Kərbəlanın Təbrizində.
İndi isə anlayıram
qapalı qapılarımın səssizliyində
çocuqluğumun gələcəyiyəm
bu məzarın
xəzan vurmuş dar küçələrində.
Gələcəyim
səni öz əllərimlə yoğurdum.
Son görüşün
soyuq dadı
damağımda yerin salıb.
və minlərcə ölüm diləyi
sənsizliyə düyünlənib
yaşamıma ölüm saçır.
Bu an,
öylə bir dərdli an ki,
dostum bir siqaraya tapışırardı özün,
qardaşım Təbrizsizlərdi,
və qonşunu demə ki,
saqqalına sürgün edilərdi. Bu an sənsizlik anı!
Sayılı göründüyündə
yarqıclığına geyinib
sevməyimə yarqılama.
Gözlərinin sevdirdiyində
savunma əlimdən gəlməyir. Gəl vaz keç sevilməkdən!
Ürəyimdə
sənə olan
bəslədiyim yanar sevgim
beş paraya boyun əydi.
Axı mənim cib xərcliyim
yetməz idi sənliliyə.



sən bahalı nəsnə idin.
Yolum,
son duraq
başlanqıcdı deyə,
ölümə çatırdı.
Sən



son duraqda idin



ay azadlıq!
Sənə əsirgənilmiş
saymamazlığım
Tanrını bilə qısqandırırdı.
Gizli duyğularıma
təpki göstərmədiyinə
qınamanmalıydın.
Sən
qızırqanılmış sevgini
mənsizlərə payladığında
dərdlərimə sığınıb
inanılmazcasına


anılarımda toz basırdın...
Saxla zaman
dur gecənin bir bucağında.
yarınsız Təbrizin kimsəsizliyində.
saatım köklənmir yarınlara.
saxla zaman
bu günkü sevgilim
yarın ilayına sürgün.
anılarımda sevgilimi yaşayamam.
saxla zaman




saxla.
Bilmədim
necə azıb
ürəyimə yol tapdın.
Amma
necə gəldin,
eləcə də gedib
siqaramın tüstüsündə
yox ol.
Sən də yoxluqlarımın üstünə.
sən də çatmamaqlarımın üstünə.
olmasan nə olar ki?
Bəlkə sadəcə bir dəli
gecələrdə itər,
bəlkə sadəcə bir gənc
bir gecədə
allahına körpü salar.
yoxluğuna dönər.
Sən olmasan



nə olar ki?
Sevməyimə
susub getdiyində
siqaramı ürəyimlə yandırdım.
getdiyin yollar boyunda ürəyimi
ayaqlayıb,
Təbriz qədər qururumu



Sındırıb da gedirdin.
Inandığım tək gerçəyi
yalanlığına düyünləyib
yaşayış nədənimi
yoxluğuna satıb da gedirdin.
Mənsə düşünürdüm
siqaramı alışdırınca
alışaram sənsizliyə.
Siqaram çoxdan bitmişdi-
tüstüsü bilə məhv olmuşdu.
Sənin kimi


Izlərin kimi!
Utancdan
divar tikib
sənliliyə sınır etdim.
Varlığını yuxularıma sürgün edib
sadəcə düşlərimdə yaşadım səni.
Anlayınca yalanlığını
sən bu şəhərdən çoxdan köçüb getmişdin,
sən gəlməmişdən getmişdin.
Bari
köçmə düşlərimdən
getmə yuxularımdan


səni elə yalancasına yaşayacağam.
Sənə 7 illik sevda bəslədiyimdə,
hər gələnin


getməyini anlamadan,
ürəyimə gedər gəlməz yol çəkdim
ora gedən qayıtmasın deyə.
Sən isə gəlib
bunca sevdanı görmədən
sayğısızlığınla
yoxluğuna döndün.
Səni bir günəş sandığımda
gözlərimi yumunca söndün
Indi isə
utanıram bu 7 illik sevdamdan
Amma


iItil məni sevmədiyin andan!
Səni son sevdam sandığımda
mənimsən deyə
Əlimdə boş tutdum
oğurlandın məndən
çalındın ürəyimdən.
Axı bizim nağılda
biri var idi
biri yox idi
Tanrıdan sonar



hər kəs var idi!
Romanlığını oxuyub


sonuna çatdığımda
qapatıldı sənlilik dəftərim.
Səni sevməyimə
nədənsiz qaldığımda,
sevgini
ürəyimin 4 bucağın
axtarıb da tapmadım


köçüb getmişdin deyəsən.
Sevgim
dünya istandardlarına uyğun olmayib
Saatım isə
dəqiqə-dəqiqə
sevgilimin yoxluğuna addımladığında ,
duymadığım duyğulara daldığıma ,
sevgilimin sağlığına,
qollarını sal boynuma
dans edəlim


dar ağacı!
Burax əlimi,
getdiyim yerə
pasportun olsa da gələməzsən.
Zatən sən də
Təbrizin Tehranlığından yorulmusan


bunca özünsüzlüyündən doymusan.
Bilirəm
bu qədər acılarla yaşamaqdan, anlamısan
ölümlü aşura
sadəcə TƏBRIZin özətidir.
Burax əlimi
getdiyim yerin pasaportu,
nəfəs çəkməmək!
Vizası isə
bir can qiyməti!
Mən gedirəm kəfənimə
gülə-gülə