|
|
Leyla Qadirqızı
Өvvөlki Sonraki
Jurnal
2006N2
Sondur isıqları
Sondur isıqları
Söndür ruhum dünyanın işıqlarını söndür!
Heç nəyi görmək istəmirəm heç nəyi!
Nə səni,nə sevginin istisini
Nə gözlərini,nə əllərini nə dodaqlarını
Nə qoşa gəzən sevgililəri,nə gəlinlik paltarını
Nə də ayrılığı,bu küpəgirən qarını.
Söndür ruhum dünyanın işıqlarını söndür!
Görmək istəmirəm heç nəyi...
Bəlkə zəng elədim
Bəlkə də bu gün, məhz bu gün
Telefondan asılı qalmısan,
Zəngimi gözləmisən eləmi?
Gözlə,
bəlkə barmaqlarım çaşıb sənə zəng elədi,
Ürəyim dözməyib
sənə zəng etməyi əmr elədi.
Gğzlə bəlkə qürurumu sındırdım səbrimi kəsdim
Gğzlə bəlkə sənə zəng elədim.
Son sual
Gecənin səssizliyində ürəyin məni istəmədi heç?!
Gecənin ənsizliyində mənim üçün qorxdunmu heç?!
Məni köksünə sıxmaq,
Ürəyini didən sevginin
yorulmadan anlatmaq
sevirəm demək
istədinmi heç?!
Xəyalım gözün önündən
keçdimi heç?!
Səni oxşadımmı,
səni sevməyimi
arzuladınmı heç?!
Və ən nəhayət son sual:
Məni sevdinmi heç
| |