Alatoran_header  
Haydar Bayat

Өvvөlki   Sonraki

Jurnal 2006N2




Haydar Bayat
heydarbayat@yahoo.com
Torpaq üste
yeriyirəm/
Bu torpaq bizim/
Bu torpaq bizim deyil/

Bu torpağı/ yenidən almaqdayıq

Şəsəvən Qadını

İki Şəsəvən şairi Vali Gözətən ilə Fərrux bəylərinə
Dan yeli yırlayır
Şəsəvan qadını qoyun sağır
Muzikal bir yagış kimi yağır
Sud baydaya
Öylə ki, bəstəçilər sazların çalarlar
Sağır
Şəsəvə qadını
Çiçək geyim

Çaxır bəniz
Xızanı isə
Qara çadır qabağında
Pozulası bu anları

Büsbütün əzbərləyir

***

nə tez ötdü o günlər»

sanki Dədə Qorqu boylarıymış
xızanlıq

köç – qon

hayat

«xanım hey

Kətibə
Əski bir kətibə
düşünülməz bir dildə
inamlara sığınmayan bir qavram
falçıların bağrını yaran
rəmmalları vəhşətə salan
devləri qaçıran
bir kələmə
əski bir kətibədə
düşünülməz bir dildə
yaz 1380

Diskinirəm
Düşüncədən diskinirəm
diskinirlər
ölkəmizdə xəzançılar
xəzanın yarpaqlarıtək
ayaqlanır

ayaq-altda düşüncələr
Duyğlardan diskinirəm
duyğuların qanadından diskinirəm
bu ölkənin mavısında heç göyərçin
qanadların alçaqçılar yay-oxundan qorumağı

bacarmayıb
Mən qələmdən diskinirəm
bu ölkədə özgür qələm tanımıram
son covhəri

yazarının damarında gəzən qana qarışmasın
Mən hər nədən diskinirəm
unudulmaz ilk öpüşdən
son görüşdən
nağılların sonundakı göydən düşən üç almadan
gecə-gündüz
yorulmadan
hər çağ
hər an

diskinirəm

Düz yalan
HƏqiqƏtin günəşi də olmasa
ancaq kölgəsində
daldalanmışıq
kimsə gəlib onu
yalan saysa da
dansa da
tarix boyu aşıq insanlar bilər,
doğrulardan doğru
düzlərdən düzgün olan bir
yalana


biz aldanmışıq

Gecə-Gündüz
Gecə idi
sən idin
mən idim
göydə ay
yerdə gün
ay sənə baxırdı
mən sənə baxırdım

***
Gündüz idi
sən idin
mən idim
göydə gün
yerdə gün
mən qalmışdım heyran
ama günəbaxan

sənə baxırdı