Alatoran_header  

Elmin Həsənli

Өvvөlki   Sonraki

Jurnal 2006N2



Elmin Həsənli sayıqlı və çən sətirlər
a.

yoxluğun məni üzdü
(aman tanrım)
göz yaçlarım pəncərədə iliçib qalıb
yoxluğun məni üzdü köpəyin qızı
Siqaretdən həzz ala bilmirəm eee
cəhənnəm olsun hər çey
yemək də yeyəmmirəm eee
ifrazat sistemim məhv olub,lənət sənə
ayaqyoluna gedəmmirəm
rahat oturub-qalxammıram
lənət sənə köpəyin qızı sənə görə
özümü hardasa buralarda itirmişəm
özümü tapa bilmirəm
sən də(özündən şıxıb) getmisen
qayıt tez ol,cəhənnəm olsun hər şey
b.
gözlərimdən
beton daşlar asılıb elə bil
əllərin əllərimə yerləşmir elə bil
qaçır mənnən ağaclar küçələr yollar
lənətə gəlsin hər şey
tüpürdüm eee hər şeyə
amma sən...heç vaxt bilməyəssən ki
ən gözəl şerlərim sənə əsəbi olduğum anlarda yazılır
amma sən bilirsən...sənə əsəbi olsam da
siqaret çəkmirəm daha
gözlərimnən beton daşlar asılib elə bil
amma mən burnumdan pox çıxara-çıxara keçirmirəm ömrümü
bunun əvəzinə məsələn başımı qaşıyıram
dırnaqlarımı çeynəyirəm