Alatoran_header  
Divanə Ozan

Өvvөlki   Sonraki

Jurnal 2006N2





Divanə ozan

rəngləri yemək də mümkündür

1. dərviş çilləsi
bismillahir rəhmanir rəhim
mən
bilirdim ki qatar
20 dəqiqədən sonra
vağzala çatacaq
və 18 ci əsrdə yaşamış
naməlum rəssamın çəkdiyi
bədənumma güzgüdəki qadının
qəflətən sağ əlini
sol çiynimə qoyması ilə
adamların bizə baxıb
pıçıldadığını hiss edəndə yük maşınlarının səsinin
20 dəqiqədən sonra
vağzala çatacaq qatarın səsinə qarışması ilə
səyahətçilərin 180 km
məsafə qət etməsi
və həkimin ünvanını
mənə deyə bilərsinizmi
deyə soruşan xanımın
boylu boylu
nümayəndə heyətinin tərkibində
çinə getməsi
və qədim çin təbabətinin
köməyi ilə orada doğması
və ağ evin buna reaksiyası
partizanların qaranlıqda
yolu itirəcəklərindən qorxduqlqrı
20 yaş cavan bələdçi olsaydı
bu xarici qonaqların
qoca palıd ağacının
altında zarıldadığı
və mənim eynəyim sınıqdır deyən
şimali irlandiyalı
cohn cefferisin
oxford universitetinin
tələbəsi olarkən
qrup yoldaşı
cənubi azərbaycanlı
truth nicknameli
şairə səminəyə vurulması
və səminənin
i’ll never be able to get
marry with you cümləsini
ingiliscə deməsini
və bütün bunları
2005 ci il 6 noyabr
parlament seçkilərini
müşahidə missiyasını
həyata keçirən
atətin beynəlxalq müşahidəçilərinin
tərcüməçisi olarkən
mənə danışması
cəmi 20 dəqiqəyə
qatar ağır ağır
qayalıqdakı əlyazmaların
ərazi bütövlüyünü
sui qəsd və qantökmə
daxiliqalaktik əlaqələr
və kifayət qədər olmayan
neytralitet kompaniya iştirakçısı
əuzi billahi minəş şeytanir rəcim
metaforalı ədalət məhkəməsi və humanist insan
sabaha dikilən baxışların yiyəsi mənim şahım
əhmədi mürsəl eşqiylə
özümü sərbəst hiss etməklə
küləyin birdən dəyişməsi
və bununla da xilasedicinin gəlməsi
cır cındır içində
paltarı sündüs
saç saqqalı bir qarış
əlində dəmir əsa yol gedən
bir məscidin
öz tərkib hissələrini
parçalanmaqdan qoruması
və tamlığın saxlanması
birtərəfli düşünən maşınlar
və kompleks şəbəkə ilə
davamlı sirkulyasiya
ciddi nəticə etibarilə
uyğunlaşdırmaqdaykən təsadüf yoxsa fəxarət
ümummüsəlman ibadət
yoxsa kult
20 dəqiqə çəkən
77 sudan keçib
5 növbət vuran
mən divanə ozan
azman səhrada
bu səbəbdən də
azadam şükür
anama da deyin kia
məndən nigaran qalmasın
mən onsuz da hər an
imtahan qarşısındayam
qəribsədiyim də göy üzüdü

vənnas

2. qul
7 əsr əvvəl
ad günüm ərəfəsi
mən şair deyildim
bir yarışmada
qaydasız söyüşü
mən yazmışdım
şer yazmamışdım
etiraz aksiyam
toqquşmalar qurbanı meydanındakı
şamaxının təklə kəndindən
mən divanə ozan
ləhni hudi oxuya oxuya
pis hava prefektoriyasında
mənə respect edənlərə
çox sonra daha bir söyüş
bitirdiyim fırtına
şair rolunda
qiymətli eksklüziv olaraq
diri kabusun
bu səbəbdən ki
müvafiq şərqə tərəf yavaş axın
və zibil qutusunda yerləşdirilən
partlayıcı maddə və piano çalarkən
hirsindən ağlayan istədiyim qadının
əlindən tutub xaraba arabada
şou əvəzinə alternativ olaraq
nəyinsə zərurəti od söndürəndə
tamamilə mühafizəkar ailə başçısı
özünəməxsus vəhu bir birindən asılı
və insanın yaşadığı
mühitə aid olan narazılığını
bildirmək üsulu
musiqisiz səhərə qədər rəqs etmək
kosmik gəmi yola düşəndə
duaçı zor işlətmək üçün
vaxt fasiləsi zamanı
birdən mənə elə gəldi ki
2005 ci il 6 noyabr
parlament seçkilərində
msk katibliyinin
mənim ismimə yazdığı
501 nömrəli interpreter vəsiqəsi
mənim deyil
heç böyük təbəristan dənizi də
yerli dibli olmayıb heç vaxt
şimali irlandiyalı cohn cefferies
nobel mükafatı laureatı
yeatsın selected poems
kitabını mənə bağışlamayıb da
bir də bu missiyadan
qazandığım dollarların
xumsunun mənə ağırlıq
edəcəyini söyləyən müəllim dostlarımın
sözlərindən çiyinlərimdə
gündən günə ağırlıq hiss eləməyim
xüms məclisi təşkili
dostların atətin sağlığına
badə qaldırmaları
səhəri gün texnikumun 4 cü mərtəbəsinə
rahat və birnəfəsə qalxmağımın
üstündən bir neçə gün keçmiş
7 əsr əvvəl
ad günüm ərəfəsi
mən şair deyildim
indi kahinəm
mənə elə gəlir
ağ ev də kreml də
london da paris də pekin də mənimdi
75 yaşlı xəstə atama da deyin ki
bu imtahandan çıxan kimi
gedib ona deyəcəm
arxayın olsun
bir vaxt mənə verdiyi öyüdləri
2 oğluma
ingilis dilini ingilisdən
komputeri komputer mütəxəssisindən
şeiri şairdən əla bilən
həm də nərmin kamalın
şeirlərindən ötrü ölən
qızım qızcığaza ötürmüşəm
tapşırmışam həm də ona
londona yolu düşəndə
cənubi azərbaycanlı
truth nicknameli şairə səminəni
tapıb görüşsün desin ki
cohn cefferies hələ də onu sevir vvə elə onda da televizorda
su çəkirdilər quyudan zəvvarlar
bəyaz yaylıq əllərində
yüngüllük hiss edirdilər çiyinlərində
hakimiyyətsə allaha məxsusdur
divanə ozan da
varlığıyla quldur

3. nüans
ötən əsrin 60 cı illərində
deyilən kimi olmaq
kompromisə getmək istəməyən təxəyyülü
akin ingiltərə sərgisində
üslubu mənim stilim
mənim gələcəyim deyən
müasir qovuşan son texnoloci
toxunan çin mətbəxi
maraqlı peşəkar
ümumiyyətlə şah əsər
mineral sular
modern qloballaşmaya nifrət
qoruyub saxlamaq
və özüylə apara bilməyəcəyi dəyişikliklər
oturaq həyat tərzi
kalorinin azlığı
bir az yağ
və bu siyahıya yulaf
bir də qızıl balıq məsləhəti
ət məhsullarının az qəbulu
vizual olaraq
şokoladlı desert hazırlanması
heç də asan deyil deyə
təbii komponentlər
qaymaq və ananas doldurmanın
dadından doymayan
sonuncu nüans və son sual
eyni dərəcədə arzulamaq
enerci gətirir
yaxşı da ola bilər pis də
rəngləri isə yemək də mümkündür
müxtəlif rəngli

qadınların timsalında

4. azərbaycan əhlinə xitab
quai d’orsayı
başa düşmək üçün
huşunu itirənə qədər
içmək lazım da deyildi
hökmranlıq edən imperatorun arvadı
qədim əlyazmadan bu yana
gifts are raining on us
cümləsini əldə bayraq tutaraq
bunu etməyə sizi nə vadar edir
deyə soruşulan anda
gənc bir qız
velosipedini divara söykəmişdi
baxmayaraq ki siqaret çəkməyin
təhlükəli olması haqqında
çoxlu sayda təbliğat aparılmışdı
və hesaba gəlməyən kəsəyən tələsi
yəni atasından çox
anasına oxşayanların
qüssəli qüssəli ataları üçün darıxan
heç bir adam bu ağrıya dözə bilməzdi
və bu çin yeməklərinin əksər vaxt
əriştə və düyüdən ibarət olduğu qədər
aydın olduğundan elə həmin vaxt
seçilmiş nümayəndələrindən bir çoxu
nümayişkəranə tərzdə iclasda iştirak etmədilər
və hamı başa düşdü ki hakimin səlahiyyət müddəti
43 il sonra qurtaracaq
hökümət nümayəndələri bütün qapılara
plomb vurub kiril əlifbasında
qrafikə uyğun olaraq danışıqların
hər hansı formada yenidən başlanmasını
ikinci və üçüncü şəxslərdə işlənən yasaq
və hədə bildirən
və o bu məsələni
başqa cəhətdən qiymətləndirir deyib
həyata keçirilməsi mümkün olmayan planları
yaşayarıq görərik ki itmiş adam üçün
ağı demək nə deməkdi
və çayı keçməmiş hop deyən wall streetdə
azerbaican and armenia are at war now
cümləsindən başqa hər şeyi bilənlər
qanun bu cür prosedurlara yol verir
və bu südə su qatılmasına
razı olanlara divarın kövrəkliyi
westminister palacedən hamıya məlum fakt
tabe dönəmində bizim yaşadığımız yer
buradan uzaqda deyil və new worldun
don’t worry him deyən vaxt
uşaqlar həyətdə oynayırdılar
siqaret çəkən adamın üzücü
öskürəyinin olmasını isə
mən yaxşı bilirdim bütün bunlar isə
şamaxının təklə kəndindən

aydın görünür

5. performance
görüşdüyüm qadının
füsunkar və məsələ bundadı ki
azad ilhamla işləmək rahat olsun deyə
bir vaxtlar ona nəsə deyək istəyi
və oradan çıxana kimi
şəxsən özünə demək və ola bilər ki
biz realist olmalıyıq
yəni yeni həyata başlamaq üçün
şərait yaranana qədər hansısa xarabada
birdən birə dəyişən həyatımızda
dəyişiklik tapsaq yeni geyiminlə
qəribə özünü yaxşı hiss edən
bağışla ki burada baş verənləri
tələsmədən zarafat etmək
nə dediyini unutmaq
aramla yaddan çıxarmadan
həddən çox işləmək enercinin çoxluğundan
atdığı addımdan peşiman olmadan
fikrini dəyişmədən yeni minillikdə
çıxış yolu da deyil
daha yaxşı peşəkar bu işi darıxdırıcı olmasa da
bu bizə problem yaratmayacaqdı
qorxaq deyildim və sənin də
kədərlənməyini istəməyəndə
sənə tərbiyəsiz deməyə deməyə
özümü yaxşı hiss etdim sənin yanında
belə daha yaxşıdı kənardan baxanda
bu ləzzət xoşbəxtlik üçün əsas da ola bilər
bu lap ağılsızlıqdı
qapıda gözün olsun ki

heç kim içəri girməsin

6. portağal şirəsi
bir dəlinin
mənim maşınıma güllə atması
və iki həftə əvvəl bir şad xəbər
bizi harasa aparıb çıxara bilərdi
əslində bu şübhə tamamilə başqa cürdü
geriyə yol olmayacaqdı
biz burada zirehli maşında
tərtəmiz kodlaşdırılmış başlanğıcdan
hədəfə plan üzrə cənuba tərəf
siqnalın arxasınca radio mənbəyində
əlavə qüvvə və bir neçə min dolların
üstəlik vaxtında gəlməsilə
işə bax ki ritorik sualların
başqa səbəbdən istənilən halda
hara getdiyini unutmaq
sürpriz olaraq hər şeyin
özündən asılı səbəb axtarmaq
və təcili uçub getmək doğrudan da
yaxşı ola bilərdi maraqlısı da bu idi ki
məqsədə çatmaq paulo kuelyonun
11 dəqiqə üçün darıxmış
özündən xəbərsiz meyl edən tələsmədən
yatdığım qadınların sayı 100 ü keçəndə
müxtəlif rəngli bu qadınlara
siz heç təyyarə ilə
uçmusunuzmu xanım
həyəcanlanmırsınız ki
təyyarə artıq uçuş yolundadır
çatanda portağal şirəsinin

yerini heç nə verməyəcək

7. istək
bir səhər
günəşin doğduğu yerdən
vətənçün
bir qaşıq qanından
keçən adamın
yeri cənnət olurmu

olur
bir səhər
günəşin doğduğu yerdən
vətənçün
bir qaşıq qanından
keçən adamın
anası bacısı
sevdalı qadını
saçlarını yolurmu

yolur
bir səhər
günəşin doğduğu yerdən
vətənçün
bir qaşıq qanından
keçən adamın
adı divanə ozan olurmu

olur
bir dəfə cənnətdən qovulmuşam
bir daha qovulmaq istəməzdim