Alatoran_header  

Aqşin

  Sonrakı

Jurnal 2006/2

Aqşin KÜÇƏ (Roman) I Hissə

İçki və qadın De ki, ey, ata ilə oğulu eyni gündə sünnət olunan ölkə, ey, ana – bajıya yazılan şeirlərlə silahlanmış bığlı paytaxt tamadası, ey, çin aləminin avtoriteti - ağzını marçıldada-marçıldada jənnət həzzindən – baunti şokoladından dəm vuran yastı-yapalaq din xadimi, ey, ət dükanının üstünə ƏT sözünü böyük hərflərlə yazıb həyatda yerdə qalan bütün şeylərin bu şəhərin sakinləri üçün nə qədər kiçik olduğunu sübuta yetirən şanlı qəssab, ey, bakirəliyi güllə keçirməyən otuz beş yaşlı şərqli qız, ey, milçəklərin qanadını yolub üstlərinə tüpürən, onları tüpürjəyində boğan vağzal kafesində gözümlə gördüyüm fahişə», De ki, «səndən soruşuram, heç bilirsənmi Bakı sakini nə üçün bu qədər keçmişdən, tarixdən ötrü ölür, əldən ayaqdan gedir?. De ki, «bilmirsənsə, demək güjlü jənub küləyinin (Bakılılar onu Gilavar çağırır) bu tarixi şəhərin küçələrində tələsən, qaraqabaq adamları sinəsindən basaraq geriyə itələdiyini görməmisən, ya da özünü görməməzliyə vurmusan». De ki, «bu qoja külək heç kimi qabağa, gələjəyə getməyə qoymur, yolunu kəsərək hamını geriyə, keçmişə qaytarmaq istəyir». Məhəmməd peyğəmbərin «Yeni xəbər» qəzetinin baş yazarı Faiq Balabəylinin ümidinə qaldığı gün zəhləmgetmiş bu kinli Bakı küləyi yolumu kəsərək məni də İçərişəhərə, mamır basmış qala divarlarının arxasına dürtmək istəyirdi. Xatırladım ki, Danimarka qəzetləri islam peyğəmbərinin karikaturalarını öz səhifələrində çap edib müsəlmanları küçələrə tökəndən dərhal sonra «Yeni xəbər» qəzetinin suyuşirin baş yazarı öz səhifələrində İsa peyğəmbərin karikaturalarını yayımlamışdı və «Javab atəşi ilə düşmən susuduruldu» başlıqlı bir köşə yazmışdı. Bayaqdan bəri bir neçə qəzet parçasını göydə fırladan hirsli jənub küləyi bəlkə də elə gözəgörünməz əlləri ilə Fiaq Balabəylinin xristianların qabırğasına döşədiyi bu köşəni havadaja tutub oxumaq və sakitləşmək istəyirdi. Jənubdan, müsəlmanların üz tutub namaz qıldığı qiblə tərəfdən əsən bu müsəlman külək özü kimi mısmırıqlı, qaradinməz Bakı sakinlərini güllələnməyə aparılan əsir kimi qabağına qatıb naməlum istiqamətə, gedərgəlməzə qovurdu. Küləyin üzünə qayıdan adamlar gözlərinə küçənin toz-torpağı dolmasın deyə ya əlləri ilə gözlərini yumaraq, ya da küləyə doğru daldalı addımlayaraq yeriyirdilər. Bakının bir sirri göz qabağında idi, burda irəliyə doğru başınla deyil götünlə gedə bilərsən, ya da yum gözlərini, özünü görməməzliyə vur, kor ol, kor, anadangəlmə. Bu eybəjər, gijdıllağ həqiqəti görməmək üçün gözlərimi yumub, bir də qoja qəzəl ustalarının (xəstələrinin) yığışıb çay xoruldatdığı Vahid poeziya evinin ayaqyolunda açdım. Aftafa böyrü üstə aşmışdı, divara məktəbli dəftərinin dama – dama vərəqinə yazılmış «xahiş edirik, suyu çəkin» yalvarışı vurulmuşdu. Görünür, azərbayjanlı ayaqyolunun deşiyini doldurandan sonra düşünür ki, rahatja qalxıb şalvarını dartışdırsın, onun pox-püsürünü növbəti gələn azərbayjanlı təmizləməlidir, onunkunu da bir başqası və bir-birlərinin poxunu təmizləyə-təmizləyə, örtbasdır edə-edə əl-ələ verib şad-xürrəm yaşamalıdırlar. Birdən gözüm kağız yerinə qoyulmuş kitaba sataşdı. Sizjə hansı kitab idi? Kim tapsa ona bir qonaql?ga söz verirəm. Paxmel başıma and içirəm, kim tapsa bu dəqiqə ona bir yağlı əyalət küftəsi qonaqlığı məndən. Paxmal baş dedim, yadıma toy düşdü. Azərbayjan toylarının səhəri günü arağın paxmelindən başqa, adamın başında alayı bir paxmellik də olur; nağaranın paxmeli. Toyda qonum – qonşu o qədər «Qoç Əli» oyun havasına atılıb düşür ki, toyun səhəri bütün günü adamın beyninin tən ortasında elə bil kimsə nağara şapalaqlayır, xırda bir nağara. Dünən sarsaq bir toyda olmuşam. Üzbəüz oturduğum adam tarix elmlər namizədi idi. İçib mənə Azərbayjan müğənnisi Nazpəri Dostəliyeva ilə böyük rus yazıçısı Fyodr Dostoyevski arasındakı qohumluğun tarixi mənbələrindən danışırdı. Sözünün ortasında kimsə məjlisin yuxarı başında əyləşmiş xanəndəyə «Ana» mahnısı sifariş verdi, tarix elmlər namizədi ağladı. Gözü yaşlı, boğazı qəhərli alimə baxanda nədənsə yadıma yaşadığı evdə damarlarını doğrayan və qonşular tərəfindən xəstəxanaya çatdırılan ateist dostum düşdü. Yersiz deyilmiş bir jümlənin badına getdi. Palatada ona qan köçürən həkim əlindəki qan dolu şüşəni dostumun qonşusuna göstərib: «halal müsəlman qanıdır, Aşura günü dindarların Təzəpir məsjiddində verdikləri qandandır» - demiş, xeyli qan itirmiş dostum bu qanı damarları kəsilmiş solğun əlinin arxası ilə rədd etmişdi... Vaxtımız bitdi. Tapa bildinizmi Vahid poeziya evinin ayaqyolusunda mənim əlimə hansı kitab keçib? Kim tapıbsa əlini qaldırsın. Heç kim! Onda qoy özüm deyim. Vahid poeziya evinin ayaqyolunda mənim əlimə Nigar adlı bir yazarın «Jəlilabad şəhidləri» kitabı keçmişdi. Nejədir sizinçün? Şəhidinə göt silən xalq!!! poxunu öz qəhrəmanlarının şəkli ilə təmizləyən kütlə!!! Divarın o biri üzündə peyğəmbərin gül jamalına qəzəl qoşan qoja müsəlman, divarın bu biri üzündə onun javan şəhidlərinə götünü silir. Əslində bu olay kütlənin fərdə bəslədiyi gizli nifrətin göstərijisidir. Kütlənin xilası uğrunda fərdin apardığı mübarizənin ələ salınması, məsxərəyə qoyulmasıdır. Kütlə onun uğrunda şəhid olmuş fərdə üzdə heykəl qoyur, adını küçəyə verib əbədiləşdirir, çünki kütləyə növbəti şəhidlər, qəhrəmanlar lazımdır, anjaq məqsədinə çatandan sonra mütləq heykəlini qoyduğu qəhrəmana götünü silib tullayır, mütləq. *****

De ki, «kişi yazıçıya yaxşı yazmaq üçün ilk növbədə həssas bədən lazımdır». Bəs həssas bədən yiyəsi olmaq üçün nə lazımdır?- soruşsalar, de ki, «içki və qadınlar». Ağıl və ürək çox azdır, yetimpayıdır. Yazıda yazan bədənin həyəjanı gizlənməlidir. Burası da var ki, həssas yazıçı bədəninə sahib olmaq o qədər də asan məsələ deyil. «Həssas bədən» sırf iqtisadi termindir. Çünki, dünyanın heç bir bulağından araq, yaxud rakı axmır ki, həssas bədən yiyəsi olmaq üçün gündə iki-üç vedrə vurasan özünçün, ikinjisi heç bir qadın, sən həssas bədən yiyəsi olub, roman yazıb şöhrət qazanajaqsan deyə donunu başından çıxarıb, altına uzanmayajaq, bu bir. İkinjisi qadınlar həmişə kişini qazanajağı şöhrətə qısqanır. Sən şöhrətə onlar səni axtarıb tapana qədər çatmalısan, yoxsa şöhrətə aparan yolda ayağının altında addımbaşı onların basdırdığı şöhrət əleyhinə minalar partlayajaq. Şöhrətə aparan qadınlardan fərqli olaraq şöhrətin gətirdiyi qadınlar çox sarsaq olurlar. Sən onlara sadəjə «düşmən bağrı çatlatmaq üçün» lazımsan. Söz qadınlardan düşmüşkən, bir kaç kəlmə də qabırğalarına döşəyək, sonra keçək əsərimizin davamına. Qadın gözəl olmağa borjludur, anjaq biz eybəjər qadınları sevməliyik, çünki onlar bəşəriyyətin ümumi rifah halının yaxşılaşmasında əllərindən və ayaqlarından gələn köməyi əsirgəmirlər. Gözəl qadınlar isə bu rifahın uğrunda, dimdiyində daşıdığı su ilə meşə yanğınlarının söndürülməsində iştirak edən xalq nağılındakı sərçə qədər də deyillər. Əksinə onlar özlərinin dayandoldurum gözəllikləri naminə bu rifahı korlamaqla məşğuldurlar. Qayıdaq əvvələ, əgər sən də mənim kimi qadınlara sevgi ilə deyil, pulla, yaxud yağda qızardılmış toyuq - jüjə içalatı ilə bağlanmaqın tərəfdarısansa, pulun da günəş tutulandan-tutulana olursa, eşşəyin öldü işıq sürətiylə. Demək, burdan belə bir nətijəyə gəlirik; kişi yazıçıya yaxşı yazmaq üçün həssas bədən, həssas bədənə sahib olmaq üçünsə pul lazımdır. Burdan da öz payımı götürürəm ki, məndən heç vaxt yaxşı yazıçı olmayajaq. Ola bilsin, bayaqdan mənim dəm vurduğum, basıb bağladığım həssas bədən məsələsi çoxlarının üzünü turşudajaq. Onlar kal alça yemiş adamlar kimi ağızlarını büzüb əsəri bu jür ağsaqqallıqla başlamağımı bəyənməyəjəklər: - «Ağsaqqalları kolbasa sexinə göndərək» - deməyin hara, bizə yazıçı bədəni haqqında müdrik-müdrik danışmağın hara? Məsələn, biri elə adının çəkilməsini istəməyən yazar dostum. Həyatda ən zəhləsi gedən şey çimməkdir. Öldür əl – üzünü yumaz. Yazda bal arıları onun qulağının içində yuva qurur. Yayın bürküsündə şəhəri bürüyən ağjaqanadlar onu sanjmazlar. Mən zarafata salıb, bu adama «ağjaqanad dərmanı» deyirəm. Bu adam görün nejə əylənir. Siz əgər gejə saat 12-dən sonra Bakının küçələrini gəzsəniz tez-tez qabağınıza ağajların dibinə ögüyən, qusan kasıb görkəmli sərxoş adamlar çıxajaq. Ovun ətini mədəsinə doldurub yuvada balalarının qabağına qusan ana janavar kimi bu sərxoş adamlar da hər gejə ağajları yemləyirlər (deyəsən, bənzətməm çox poetik alındı) Mənim dostum, gejələr zirzəmidəki kafelərin birində tuluğunu ujuz araqlarla doldurub evə dönərkən yol boyunja başlayır qusmaqları tədqiq etməyə. Qusmağın tərkibinə baxıb, dəqiqləşdirir ki, bu şair qusmağıdır, yoxsa gözətçi qusmağı. Məsələn, o deyir: «əgər qusmağın tərkibində kolbasa, göyərti və duzlu xiyar qırıqları varsa, qusan heç şübhəsiz şair olub, özü də hejada yazanlardan» Yaxud başqa bir misal; Tutaq ki, siz onu menyusunu ekzotik salat növləri bəzəyən şəhərin mərkəzindəki avropa mənşəli restoranlardan birinə nahara dəvət etmisiniz. Elə bir restoran ki, bir kotleti iyirmi növ çəngəl-bıçaqla yeyirlər. Burda sizə minlərlə ağlagəlməz salat növləri təklif edirlər. Məsələn, «Dinozavr zümzüməsi», «subay kərtənkələ», «Jülyettanın sağ döşü», «tənha qarğa yuvası» «Ömər Xəyyam povidlası»… bu salatların tərkibi də zəngin və heyrətamizdir. Tutaq ki, «Subay kərtənkələ» salatının tərkibinə daxildir; Efiopiya şüyüdü, Konqo-Ziar çayından tutulmuş şit balıq gözləri, Honduras qatığı və Nepal göbələyi. Siz bir neçə salatla yanaşı «Tənha qarğa yuvası» salatı da sifariş verirsininz. Bu salat süfrəyə üstündə diri qarğa oturmuş pırtlaşıq yuva şəklində gətirilir. Müştərilər qarğanın altındakı «yuvanı» yeyirlər və qarson boş sinidəki qarğanı növbəti yuvanı hazırlamaq üçün mətbəxə qaytarır. Qarğa yarım əsrə qədər yaşadığından onu bu işə birjə dəfə öyrətmək yetər ki, qırx-əlli il salatı çanlı eksponatla bəzəyə biləsən. Sifariş verdiyiniz bu salat bədbəxtlikdən mənim adının çəkilməsini istəməyən dostumun qarşısına qoyulur. Bayaqdan dil qəfəsə qoymayan dostumuz bir ujdan «çağdaş şeir nejə olmalıdır», «dünya ədəbiyyatında nəsr böhranı», «sufilər və qadın», «jəmiyyətdə insan, təbiətdə heyvan haqqlarının pozulmasından» və bu jür başqa bəşəri mövzulardan üyüdüb-tökür. Salatın üstündə lal-dinməz oturmuş qarğa bu müdrik və uzaqgörən insana heyranlıqla qulaq asır. Birdən o, «bəşəriyyəti humanizm xilas edəjək» deyib, əlindəki üç dişli çənjəli qədim Roma qladiatorları kimi salatın üstündəki qarğanın düz boynunun kökünə saplayıb, qarğanı yemək üçün nimçəsinə qoyur. Hadisə elə gözlənilməz baş verir ki, siz qışqırıb: «nə edirsiniz, bu qarğa yemək üçün deyil» deyə bilmirsiniz. Bir yerdə başımıza gələn hadisələrdən birini danışmaq yetər ki, həssas bədən məsələsinin onun üçün «parfum de Franje» dükanı qədər mənasız olduğunu üzə çıxarım.

Qırxillik qəhbə-

Heydər Əliyevin «Əsrin müqaviləsi» neft sazişi ilə başladığı uzaqgörən və məqsədyönlü siyasəti Biləsuvarlı xanəndə Əlikram Bayramovun «Əsrin gözəli» mahnısı ilə bitirdiyi, tamamladığı, Azərbayjan xalqının halallığı kolbasa, sosiska sexlərinə qol çəkib təhvil verdiyi gün onunla içdiyimiz ikinji arağın birinji yarısından sonra halal süd əmmiş bir qəhbənin yanına getmişdik. İkimiz növbə ilə bir qadınla yatajaqdıq. İlk dəfə görüşməyimizə baxmayaraq qadın bizi evinə çağırdı, biz də eləmə tənbəllik, bir at yükü araq, pivə, «halal» kolbasası alıb getdik. Halal qəhbə, halal kolbasa, əsl müsəlman həyatı. Daşdan yumşaq əlinə nə keçdisə qabağına bir halal sözü yapışdır, gəvələ getsin. Xala qırxillik olardı. Bir az içəndən sonra birinji məni qabağa verdi, sağ olsun, yaşımın azlığına hörmət elədi. Boynuma alım ki, mən çox içəndə qurtara bilmirəm, qadınla bir az əlləşəndən sonra kor-peşman geri döndüm. Növbə suyu üzünə həsrət qoyan yazar dostuma çatdı. O, qadının yanından qayıdanda Marafon düzündən qələbə xəbərini Afinaya çatdıran qaranəfəs yunan əsgərinə oxşayırdı. Palçığın, toz-torpağın içidə idi. Qadının üzündə onun bədəni özünəməxsus kirli xatirələr buraxmışdı. Üçümüz xeyli içdik və gejəni qadının evində qalası olduq. Gejənin bir aləmi qadının ürəyi bulandı, rəngi ağardı, bədəni əsməyə başladı. Qusub batırdı. Mən tez həyətə qatıq dalınja getdim. Qayıdanda gördüm ki, qadın hamamda qusa-qusa yazar dostumu söyür ki: « hamısı sənin pox- püsüründür, dedim get yuyun də, jəmdəyin jəhənnəm, heç olmasa o mirətini sabunlayardın» Qudurasan qurbağa, demə axşam «su quşu» dostum qadından minet götürməsini xahiş edib, qadın da birtəhər minet götürüb və zəhərlənib. Səhərə qədər qadın qatıqdan içib, qusdu, dostum onun başının üstündə dayanıb siqaret çəkdi, mən isə yastığı ağzıma təpib uğundum. İndi də bu hadisə yadıma düşəndə gülməkdən jırılıram. Hər dəfə onu görəndə zarafatla deyirəm: - minet etdirən zibil deyildin, az qalmışdı xalxın qırxillik qəhbəsini zəhərləyib, öldürəsən… Sevgi əmək növüdür Adını dövlət sirri kimi qoruduğum əli zənbilli, səməni bığlı qonağın mənim «8-ji kilometr» qəsəbəsində yerləşən və Bakı şəhərində yeyib-içdiyim ən ujuz kafe adlandırdığım evimə gəlişi, ABŞ-ın Dövlət Təhlükəsizlik Xidmətinin katibi Madlen Olbraytın Azərbayjana gəlişi ilə üst-üstə düşdü. Mən bu siyasətçi xanıma telekanallarda baxanda anjaq bir məsələni fikirləşirdim, görəsən bu siyasi xanımın alt paltarlarının rəngi nejədir?. O, da adi qadınların tezbazar əyninə dürtüşdürdüyü tumanlardanmı geyinib, adi qadınların taxdığı lifçiklərdənmi taxıb?. Bu qadındamı sevişdiyi kişiləri yataqda tez, yaxud gej qurtardığı üçün mühakimə edir, onlardan içinə qurtarmamağı xahiş edir. (Yaxud, dövlət təhlükəsizlik xidmətində işlədiyi üçün əmr edir) Görəsən bu siyasətçi xanımın da arzuolunmaz uşağa qalmaq problemi var? Görəsən o, da adi qadınlar kimi abort etdiribmi, etdiribsə kimdən? Mən bilmirəm bizim prezident ona baxanda bunları düşünürdümü? Hər halda alt paltarı, abort, anal və oral seks terminləri siyasi terminlər deyil və prezidentin belə şeylər düşünməsi ən azı siyasi əxlaqa ziddir.

Prezident üçün o siyasətçidir, hansı jinsə mənsub olmasının, sevişdiyi kişilərdən tez, yaxud gej qurtardığının, abort etdirib, etdirmədiyinin heç bir fərqi yoxdur. Hər halda o, özünü belə aparır, protokol qaydalarına uyğun. Anjaq mən yazıçıyam və mənim yazıçı maraqlarım var. Mənim üçün bu xanım ilk növbədə qadındır, sonra siyasətçi, ijtimai xadim, yaxud qonaq. Anjaq deyə bilərsiniz ki, əxlaq prezident üçün də, yazıçı üçün də eynidir. Mənə məxsus olmayan bir qadın haqqında bu jür intim düşünmək əxlaqsızlıq deyilmi? Nədir əxlaq? De ki: «bəlkə doğurdan da insan əxlaqsız olmalıydı, bəlkə doğurdan da qadınlar bizi, biz də onları sevməməliydik, qısqanmamalıydıq, bəlkə doğurdan da ən böyük əxlaq fahişə əxlaqıdır, bəlkə sevgi də əmək növləri kimi ödənişli olmalıydı, axı insan sevəndə də tər tökür, barmaqlarını sevgi dəzgahının mişarı aparır, bəlkə onları da dinləyək, kitablarını oxuyaq?» Gəlin şalvarımızın balağını azja yuxarı çımayıb fəlsəfə dənizinin qumlu sahillərində bir az gəzişək. Əxlaq zənjiri hər iki ujunda əxlaqsızlıq həlqələri ilə qurtarır. Ən hüdudsuz hakimiyyət sahibi olan hökmdar da əxlaqsızdır, ən alçaldılmış nökər də. Əxlaq hökmdar və nökər ujları arasında vurnuxanlar üçündür. Ortada çabalayanların üzü hökmdara, arxası nökərə doğrudur. Ortadakılar hökmdar əxlaqsızlığına qovuşmaq üçün jan atırlar. Onlar ona görə əxlaqlıdırlar ki, hökmdar olmaq şansları var. Əxlaq onlara hökmdar, yəni əxlaqsız olmaq üçün lazımdır. Əxlaq nətijə yox, vasitədir. Anjaq onlar hökmdar olmaq şansını kayb etdikdə, yəni nökərə çevrildikdə, əxlaq ona bəslənən ümidləri doğrultmadıqda, ona tüpürürlər, yenə əxlaqsızlıq, anjaq bu dəfə nökər əxlaqsızlığı. Əxlaq onları kəjavəyə qaldırmalı ikən, kəjavənin altına saldı. İnsan kəjavəpərvərdir, ya onun içindədir, ya da onu çiynində gəzdirir. Kəjavənin içindəki də əxlaqsızdır, altındakılar da.

De ki: «əxlaq insan adlı köhnə şalvara kobud iynə-sapla tikilmiş yeni yamaqdır. Əxlaq insana əzab verir, onu jinayətə sürükləyir, əxlaq qatilinə çevirir»

De ki: «əxlaq yoxdur, uydurmadır. İnsan əxlaqsız varlıqdır. Əxlaq insanın şəxsi mənafeyidir. Şəxsi mənafe zərbə altında qaldıqda insan birinji əxlaqını itirir, sonra yerdə qalan başqa şeylərini, məsələn, vəzifəsini, sürüjüsünü, katibəsini…» Şərəf və ləyaqət məsələsi Bu adam haqqında bildiklərim aşağıdakılardan ibarətdir: on ilə yaxın əyalət məhkəməsində hakim işləyib. arvadı ilə qan qohumu olduğu üçün uşaqaları olmayıb və boşanıblar. üç il türmədə oturub. biz bu günə qədər heç vaxt və heç harda görüşməmişik, vəssəlam. Dediyinə görə mənim evimin telefon nömrəsini kiçik qardaşımdan alıb. İnsan tənhalığının qənimi olan belə arzuolunmaz qonaqlar bizdə tez-tez olur. Məsələn, birdən mənə səhər tezdən – qanjıq tayadan düşməmiş - zəng gəlir: - alo, kimdir danışan? - Mənəm, sizə kim lazımdır? - biz sənin atanın xalası oğlunun əmisi nəvələrinin kirvəsinin dayılarıyıq, şəhərə toyuq-jüjə gətirmişik. Metronun qabağındayıq, evi tanımırıq, gəl bizi apar… - mən axı sizi görməmişəm nejə tanıyajağam? - gəl, düz metronun qabağında əlində ayaq-ayağa bağlanmaş toyuq, qaz, ördək tutmuş iki nəfər görəjəksən, onlar bizik, sənin əzizlərin. Əlvida tənhalıq, mən getdim əlli-ayaqlı. Söhbətin ilk abzasları sözsüz ki, kənddə təzəjə ölmüş adamdan, onun yas çadırında mollının «aşura günü paltar yumaq, ev süpürmək olar, ya yox» sualına qəti «yox» javabı verməsindən, itin qabağına ot, atın qabağına ət qoyan ağsaqqalların mərhumun üçünün, yeddisinin və qırxının ayın neçəsinə düşməsi üstündə əsəbləşib, bir-birlərinə qız-gəlin söyüşü söyməsindən və bu kimi mənə dəxli olmayan olaylardan düşəjək. Axırda da qonaqlardan biri mərhumun yekəpər olduğuna işarə vuraraq zarafatla təqribən belə deyəjək: « kəl kimi kişiydi, rəhmətlik kol dibinə sıçanda, indi sıçmasın, kəndin bütün jamışları utanardı» Nejədi sizinçün? Sonra da üzünü mənə tutub: «yekə kişisən, sən də şerlərini krossvordlu qəzetlərdə çap etdir də, heç olmasa doyunja krossvord dolduraq» Kənd yerlərində kişinin əjəl söz-söhbətlərinin mərkəzində adətən rəhmətliyin arvadı dayanır. Bütün kənd kişinin nejə və nədən keçindiyini bir-birinə bu arvadın dilindən danışır. Soruşa bilərsiniz, niyə axı arvadın dilindən? Tələsməyin, qabaqja gəlin görək arvad ərinin ölümünü nejə nağıl edir. Sözsüz ki, vay-şivən səsinə birinji qonşular şığıyır. Mərhumun arvadı bir az üzün jırıb, saçın yolandan, f?l?yin ünvanına xoşagəlməz tənqidi fikirlər səsləndirəndən sonra toxdayır və qonşular onun başına yığışıb, əlləri qoynunda duraraq «dağ boyda kişinin birdən-birə, durduğu yerdə hədər olması» barədə suallar verirlər. Arvad yaylığının uju ilə burnunu silə-silə gözünü ərini son dəfə sağ gördüyü künjə dikərək başlayır: - rəhmətliyin ürəyinə dammışdı, elə bil. Neçə gün idi üstümə düşmüşdü ki, indi düşməsin, məsjidin xeyir-şər qazanını çıxarın bu xarabanın həyətindən. (kənd məsjidlərində xeyirlə şəri özündə birləşdirən, ər-arvad edən beş-altı dənə belə yekə qara qazan olur, kənddə yalnız bu qara qazanların üzü toyla yasın, həyatla, ölümün yanında həmişə ağ olur, yalnız bu qara qazanların, başqa heç kimin…) Bu qara qazanı da keçən il gədələri kəsdirəndə (sünnət etdirəndə- müəllif) gəlinlər məsjiddən gətrmişdilər. Əhd etmişdi ki, sünnətdən sonra böyük gədəni nağaraya qoysun.

Son illər çox əsəbi olmuşdu. Kiçik bajısını uşağı olmadığına görə boşadılar. Gəlin də gəlib dədəsi evində üstünə benzin töküb özünü yandırmışdı. Hay- həşirə birinji çatan rəhmətlik, indi çatmasın, hirsindən dul bajısını yandığı yerdə dəli inək balasını ayaqlayan təki ayaqlamışdı. O gejənin səhəri dedi, yuxuda rəhmətlik atamı görmüşəm, gərək gedib qəbrinin üstündə Quran oxutduraq. Qəbristanlıqda gördük ki, kişinin qəbrindən içəriyə tərəf yekə bir deşik açılıb, dedi gərək uşaqları göndərim qəbri səliqə - səhmana salsınlar. Qəbir üstündən qayıdandan sonra rəhmətlik, gejələr yerin içində arı vurmuş uşaq təki qıvrılırdı. Bir gejə mənə dedi ki, ay Gilas, elə bil o deşikdən kişi bizə baxırdı. Gördüm kişini köhnə qəbrin xofu basıb, xəlvət gedib molla Barata ağıl duası yazdırdım, qaynadıb suyunu gizlinjə rəhmətliyə içirdim, indi içirtməyim. Duadan sonra kişi lap dəli oldu. Molla Baratdan kim xeyir görüb ki, ona-buna ağıl duası yazdı, axırda öz oğlu dəli oldu. O il bizim kiçik gədə gejələr yerə işəyirdi, qırmızı kərpiji qızdırıb altına qoymaqdan bezmişdim. Axırda rəhmətlik gedib dua yazdırdı, indi yazdırmasın. Duanı yastığına tikdiyim gejə uşaq yerə işəməyi jəhənnəm, sıçıb batırmışdı. Rəhmətlik duanı aparıb qaytardı ki, «molla, sən dədənin goru, bunu geri oxu, uşaq yerə işəsə bəsdir». Rəhmətlik gejələr ayaqlarını tabaqda isti suya qoymağı sevirdi… Bir sözlə it gəldi, örkən apardı… Arvad nə üçün ərinin ölümündən danışarkən ujun tutub ujuzluğa gedir, söhbəti dartıb Bakı-Jeyhan neft boru kəmərinə döndərir? Hər bir adamın içində ömründə heç olmasa birjə gün, birjə saat də olsa gündəmdə qalmaq, ətrafdakıların diqqət mərkəzində olmaq amajı var. Bu gündəm ehtirası insanı intihardan tutmuş, jinayətkarlığa qədər hara desən sürüyür. Kənd arvadı yaxud, kral ailəsinin üzvü olmasından asılı olmayaraq, adı gündəmə gəlsin, tarixə düşsün deyə hər kəsin içində əlinə məşəl alıb müqəddəs Artemida məbədinə od vuran sarsaq bir Herostrat xoruldayır. Ərinin ölümü bir kənddən o birinə gəlin köçmüş və ömrünün yerdə qalan hissəsini iki dağın arasındakı bir çətən külfətə, həyət-bajaya, alaq otlarına bağışlamış arvada ömründə ilk dəfə gündəmə gəlmək şansı verir. Gündəm quşu uçub qonur onun qara yaylıqlı ağ başına. Budur, bütün kənd, erkəkli – dişili, itli – pişikli onun ətrafında sıx birləşib, hamı gözünü ona dikib. Arvad şüuraltı olaraq ərinin ölüm söhbətini bajardıqja uzaqdan başlayır ki, populyarlığının ömrünü uzatsın. Kim bilir, bir də bu qədər göz ona dikiləjəkmi, bu qədər qulaq ona şəklənəjəkmi? Kim bilir? Kim? Söz ki, yas çadırından düşdü gəlsənə bir-iki jümlə də ondan yazaq.

Onsuzda avara adamlarıq, iş yox, güj yox. «Şəhidlər xiyabanı» və onun qapı qonşusu olan «Gülüstan» sarayı Bakı şəhərini yoxsulların yaşadığı Bayıl və varlıların yaşadığı İçərişəhərə ayırdığı kimi, yas çadırı da kənd həyatını səs-küydən qulaq tutulan bayır və səssizlikdən, çəkilən siqaretlərin çırtıltısı eşidilən içəri tərəfə ayırır. Çadırın çölü samavar qaynadıb, çay dəmləyən və adını Sibeljan qoyduqları kənddəki dişi eşşəklə yaşadıqları «min bir gejə» nağıllarından danışıb pıqqıldaşan yeniyetmələrlə, şalvarına işəmiş, palçığa batıb qalan, anasının arxasınja ağlayan yekə arvad qaloşu geyinmiş uşaqlarla, «bu yetimçələrin səsini kəsin!»-deyib, mısmırığını sallayan arvadların üstünə qışqıran kişilərlə zəngindir. Çadırın içi əsl kişi məjlisidir. Çünki arvadların kişilərlə bir yerdə üz jırması, saç yolması qadağandır. Çadırda üç-dörd buxara papaqlı yastı molla oturub. İranın Qum şəhərində mədrəsə təhsili almış baş molla, mollalar arasında «uzaqvuran top» rolunu oynayır. Ən qəliz dini suallara o, javab verir. Ərəb dilində «ğı» səsi gen-bol, itətök olduğundan baş mollanın tez-tez boğazı quruyub, tüstülənir. Ona görə də tez-tez əlini çay istikanına aparır, hər dəfə də danışdığı uzundərə hədisi yarımçıq kəsib, əlini çaya uzadanda «peyğəmbər jamalına bir salavat» - deyir.

Böyüklü-kiçikli bütün çadır əhli sağ əlini yuxarıdan aşağa üzünə çəkib gözlərini zilləyir mollanın ağzına. Molla söhbət boyunja «peyğəmbər jamalına salavatdan» özü üçün «reklam fasiləsi» kimi istifadə edir. Adətən bizim mollalar həyat və yaradıjılığa başqa sənətlərdən başlayırlar. Məsələn, mənim atamı basdıran molla vaxtilə məşhur kənd xanəndəsi idi. Javan adamlar rus bazarlarına çörək pulu arxasınja axışandan sonra toylar azaldı və yasların sayı artdı. Kənddə xanəndəlik sənəti iflasa uğradı. Xanəndələr dönüb oldular molla, muğamatdan hoppanıb keçdilər mərsiyyəyə. Doğrusu bizim ölkədə xanəndəliklə mollalıq arasında elə böyük fərq yoxdur. Biri dirinin arxasınja ağlamaqdır, o biri ölünün. Eyni zibili xanəndə öz dilimizdə oxuyur, molla ərəb dilində. **** Gülümsünən diş - Uşaqlığım sizin bu kitabda yazdığınız kimi varlı kəndli ailəsində keçməyib. Mən adi kənd uşaqları kimi dama dən səpib tutduğum sərçələrin əti ilə böyümüşəm, atam da həmişə anamı bizim gözümüzün qabağında təpikləyib. Mənim uşaqlıq xatirələrim o qədər iyrənj idi ki, onların nənəmlə bağlı olanlarından başqa hamısını qəlbimin dərinliklərində yandırdım. Nənəm çox qəribə arvad idi. Ərinin və taleyinin yumruq zərbələrindən ağzında jəmi- jümlətanı birjə diş qoruyub, saxlamış bu doqquztuman qarı əsl jadugər idi. Məsələn o, hələ dil açıb dərdini deyə bilməyən körpələrin qulaq ağrısını sərçə götü ilə sağaldırdı. Sərçənin arxasını uşağın ağrıyan qulağına söykəyib, beş-altı dəqiqə saxlayır, sonra quşu buraxırdı. Uşağın qulaq ağrısını bədəninə çəkən sərçə azja uçub ölürdü. Bu qoja arvad anjaq güləndə və yatmağa hazırlaşərkən bərkdən əsnəyəndə mağaraya oxşayan ağzının dibində həmin diş görünürdü. Mənə elə gəlirdi ki, bu diş babamın nənəmə vurduğu şillə- təpiyin qorxusundan qaçıb qarının ağzının ən əlçatmaz, daha doğrusu qapazçatmaz künjündə gizlənmişdi və nənəm güləndə bu qorxaq diş də onun ağzının qaranlaq künjündə gülürdü. İçi mən qarışıq bu arvadın bütün nəvələri onun ağzından iyrənirdi. Həyətimizə qujağında çağa tutmuş bir qadın girjək, biz işimizi bilirdik. Ya yaba götürüb peyin qurdu yığmaq üçün peyinliyi qazajaqdıq, ya da əl damına dən səpib sərçə tutajaqdıq. Bəzən də elə olurdu ki, nənəm bizi-üç- dörd tumançaq uşağı - çöl tısbağası, yaxud kirpi tutmaq üçün Mollalı dərəsi deyilən və adı gələndə kənd uşaqlarının qorxudan sıçıb şalvarlarını batırdığı dərəyə göndərirdi. Kənd mifologiyasına görə bu dərədə hal arvadları, jinlər, ifritələr kef məjlisləri qururlar və bu zaman ordan keçən adamı da dövrəyə alıb ovsunlayırlar, özlərinə çevirirlər. Bəzən də nənəmin üstünə gətirilmiş yetimçənin xəstəliyi yüngül olurdu. Mollalı dərəsinin tısbağalarına, kirpilərinə ehtiyaj qalmırdı. Onda nənəm bizə həyətdəki toyuq- jüjənin içindən ən qoja xoruzu qovub tutmağı əmr edirdi. Ölənlərin rəhmət, bax bu olurdu iş, yoxsa get jinlərin, hal arvadlarının ağzının içində tısbağa axtar ki, nə var, nə var hansısa itin qarnından çıxan, lavaş dürməyinə oxşayan düdəmənin biri qızılja keçirir. Həyətdə bir qəhbəşivənlik qopurdu ki, gəl görəsən. Dörd- beş lüt- ətjə uşaq tökülüşürdük bir xoruzun arxasınja. Ot tayasının, təndir küllüyünün, qaratikan çəpərinin, taxta ayaqyolunun, təzək qalağının, buğda kisələrinin, bir sözlə xoruzun janını gizləmək üçün jumduğu hər şeyin altından girib, üstündən çıxırdıq. Həmişə də bu qürurlu ev quşunu çəpərə qısnayıb tuturduq. Mən fikir vermişdim ki, uşaq vaxtı qovub tutduğumuz bütün xoruzlar bizə həmişə eyni yerdə- çəpər dibində təslim olurdular. Yəqin xoruzlar üçün həyat da, onun uğrunda aparılan ölüm- dirim mübarizəsi də, xoruzluq qüruru da burda, çəpər dibində başa çatırdı

Elə bil onlar lüt- ətjə uşaqların qabağında qaçaraq özlərini dır- deşiyə dürtə-dürtə olan- qalan xoruzluqlarını da xərjləyib qurtarırdılar və biz onları qamarlayıb tutanda onlar artıq xoruz olmurdular. Biz bişqa bir məxluqu, məsələn yumru bir tikan kolunu qoltuğumuza vurub nənəmizin hüzuruna yollanırdıq. Qovub tutduğumuz xoruzlar çəpər dibində intihar edirdilər… Mən elə o vaxtdan heç kimə xoruz qüruru və xoruz intiharı arzu etməməyə başladım. Deyəsən araq şüşəsi boynuna götürdüyü işi yerinə yetirməyə başlamışdı, artıq yavaş - yavaş yazıçı ilə obraz arasındakı sərhəd aradan götürülürdü. Kənardan baxan olsaydı onlardan hansının yazıçı, hansının obraz olduğunu bəlkə də ayırd edə bilməzdi. Bir fərq var idi, yazıçının yeyib qabağına yığdığı sümüklərin üstundə ət qalsa da, obraz sümükləri də gəmirib, içindəki iliyi sümürmüşdü. Ədəbiyyatdan uzaq adam olsam da, bu evdə ilk ədəbi kəşfimi etdim; yazıçı ilə obrazın yeganə fərqi onların gəmirdiyi sümüklərdədir. Obraz əlindəki növbəti sümüyü ənginə salıb, sındırdı və uşaqlıq xatirələrinə qayıtdı: « çəpər dibində yaxalayıb qoltuğumuza vurduğumuz keçmiş xoruzu nənəmizin göstərişi ilə qonşu həyətdə dəryaz ağzı döyən qoja kişiyə kəsdirirdik. Çünki biz tərəfdə qadının baş kəsməsi yasaq idi, istər xoruz başı olsun, istərsə adam. Başı kəsilmiş xoruzun dərisini nənəm üzüm çubuğuna oxşayan əyri barmaqları ilə göz qırpımında soyurdu. Sonra anasının qujağında zarıyan uşağı soyduğu xoruz dərisinə büküb, yatırırdı. Bu həngaməyə biz tərəfdə «uşağı dəriyə çəkmək» deyirlər. Qoja xoruz dərisi uşağın bədənindəki, sümüklərindəki bütün ağrıları özünə çəkirdi. Qədim türklər düşmənlərini də bu jür manqurta çevirirmiş. Təzə soyulmuş isti dəvə dərisini düşmənin başına keçirib, bərk-bərk sarıyırmışlar. Dəvə dərisi quruduqja əsirin bütün yaddaşını özünə çəkirmiş və onu yararsız bir məxluqa çevirirmiş. Əslində türklər edamın qansız növünü tapmışdılar. Onlar dəvə dərisinə çəkməklə başı bədəndən ayırırdılar. Sonralar türk şamanları dərinin bu halını insanların edamına deyil, qorunmasına, sağaldılmasına yönəltdilər. Nənəm bu şaman adətini öz tayfasından yaxşı mənimsəmişdi. O, güləndə ağzının qaranlıq künjündə gizlənmiş tənha diş də gülürdü. Nənəmin bütün sirləri o dişdə idi, gülümsünən dişdə… Qəhbə tənhalığı Əsərin qəhrəmanı susdu və yazıçının evinə zəng gəldi: - alo - salam - bu evdə qadın yaşamır - onlar çoxdan köçüblər - bilmirəm Yazıçı dəstəyi asıb masaya qayıtdı, siqaret yandırıb: - yenə qəhbələri soruşurdular, bu evdə məndən qabaq onlar yaşayıblar- dedi. - mən bu evə köçəndən sonra bir ara hər gün zəng vurub onları soruşurdular. Gələn zənglərdən bildim ki, burda üç qəhbə yaşayıb, hətta zənglərin sayından onların ən gözəlinin, ən qəhbəsinin hansı olduğunu da öyrəndim. Öyrəndim ki, onlar bütün günü yatırmışlar, şəhərdə iş saatı qurtarandan, hava qaralandan sonra oyanırmışlar. Çünki gündüz onları soruşan olmurdu. Onların həyatı gejə başlayırdı. Anaların gejələr yuxusuz qalması haqqında şairlərin yazdığı jiyər pöcdəyən şerləri qəhbələrə də həsr etmək olar, onlar da analar kimi gejələr yuxusuz qalır.

Telefon zəngləri əsl qəhbə həyatını gözümün önündə janlandırmışdı. Elə gün olurdu ki, onların iksinə zəng vurub harasa çağırırdılar, üçünjüsü isə zəng gözləyə-gözləyə evdə gəzişirdi və həmin gün yer üzündə onu itirib - axtaran olmurdu. Mənim düşünjəmə görə qəhbəliyin gətirdiyi tənhalıq daha dəhşətlidir. Çünki bu tənhalıq tutuquşu kimi yalnız bir jümlə təkrarlayır « sən artıq heç kimə gərək deyilsən» Gözünüzün qabağına gətirin, evdə ora-bura vurnuxan, siqaret çəkən, tez-tez pənjərədən çölə baxan, dodaqlarını boyayıb zəng gözləyən tənha qəhbə. Maraqlıdır ki, xalq bu günəjən bu üç qəhbəni unutmayıb, hələ də zəng vurub soruşur. Mən bu barədə «qəhbə tənhalığı» adlı bir esse də yazmışam, orda sübut etməyə çalışmışam ki, xalq doğurdan da anjaq qəhbəni sevə bilər. - çünki qəhbələr də bayatılar, tapmajalar, atalar sözləri kimi xalq yaradıjılığıdır. Xalqın öz yaratdığını sevmək haqqı var, bu haqqı onun əlindən almaq olmaz - mənə elə gəldi ki, qoja köpək kimi bir ağız hürdüm. - içək, sizə bir söhbət danışajağam - yazıçı əlindəki istikanı başına çəkdi, sonra dişlənmiş duzlu xiyarı burnuna tutub iylədi: - o gün bir kafedə «Yeni xəbər» qəzetinin baş yazarı bir hadisə danışdı. Düzünü deyim ki, mənim bu adama inamım yoxdur, gopçunun yekəsidir, ola bilsin özündən uydurub. Deyir, guya Bakının Mərdəkan kəndində dəniz qırağındakı daçaların birində yaşayan milyoner azərbayjanlılardan biri - adı yadımda qalmayıb-bardan apardığı yeniyetmə qəhbəni üç min dollar pulun əvəzində öz iti ilə jinsi əlaqəyə girməyə razı salır. Üç min dollara görə yekəpər köpək bu südəmər fahişənin içini, içalatını dağıdır… - tanrı da göydən baxır - obraz kibrit çöpünü hirslə qutusunun üstündəki kükürdə çəkdi. - Baş yazarın danışdığı bu hadisə yadıma başqa bir söhbəti saldı. Qarabağ müharibəsində əlil olan, qəzetlərdən birinin parlament müxbiri işləyən, ijlasların birində yekəqarın deputatların çərənləmələrinə hirslənərək zalda damarlarını doğrayan curnalist dostum Rey, danışırdı ki, döyüş vaxtı bir topçu qorxu hissini unutmaq üçün döyüşə-döyüşə topun yanında araq içirmiş. Arağın ajısını öldürməyə heç nə tapmadığından əsgərlərin səngərdə saxladığı iti tutub pənjəsini kəsir. İt zingildəyib, axsaya –axsaya döyüş meydanını tərk edir, üz tutur arxa jəbhəyə… - topçuda günah yoxdur, müharibədəsənsə itirməlisən, istəyir adam ol, istəyir it - bu mən idim. Öz müdrikliyimdən ləzzət aldım. - Mən bu iki hadisəni kəsib Siam əkizləri kimi bir-birinə yapışdırandan sonra düşünürdüm ki, o, topçu, ayağını kəsib araq içdiyi itin qisasını jəmi-jümlətanı səkkiz ildən sonra Mərdəkan kəndində, dəniz qırağında başqa bir itin başqa bir insandan alajağını, özü də daha təhqiramiz şəkildə alajağını heç vaxt bilməyəjək, heç vaxt. Budur həyatın sirri. Çünki sevgi hissindən fərqli olaraq, nifrət, intiqam hissi irsən keçə bilir, unudulmur. Sizin sözünüz olmasın, istər adam ol, istər it. - Demək istəyirsiniz ki, həyat topçunun törətdiyi günaha görə qəhbəni jəzalandırdı? - Həm də demək istəyirəm ki, çəkdiyimiz əzabların və aldığımız mükafatların çoxu başqalarının günahına və xeyirxahlığına görədir. O, qəhbə hardan bilsin ki, matkas?n? dağıdan köpək ondan hansısa ölüm qorxusunun vəhşiləşdirdiyi bir topçunun şikəst qoyduğu itin qisasını alıb. Şəhərdə bəzən eybəjər bir kişinin yanında elə gözəl qadın addımlayır ki, adamın heyrətdən əli üzündə qalır. Sizi inandırıram ki, o qadın başqasınındır, sadəjə tanrı bizə məlum olmayan başqasının yaxşı əməlinə görə bu adamaoxşamaz peysəri mükafatlandırıb. Biz insanın bədbəxtliyinin, yaxud xoşbəxtliyinin səbəbini onun tək özündə axtaranda yanılırıq, insan həmişə nəyinsə, kiminsə davamıdır. Bizi təkjə atalarımızın dərisinin rəngini davam etdirmək üçün doğmurlar, həm də onların xeyirxahlıqlarına görə mükafatlandırmaq, şər əməllərinə görə jəzalandırmaq üçün doğurlar - belə çıxır ki, başımıza gələnlərin ən azı yarısına görə atalarımızı söyməli, yaxud ruhlarına rəhmət oxumalıyıq? - hə, bizim alın yazımız gözəgörünməz tale kitabının növbəti səhifəsidir, yəni bizi atalarımıza, övladlarımızı bizə görə qarşılayajaqlar. Bu həm də o deməkdir ki, bir-birinizin pis və yaxşı əməllərinnə görə jəzalandırıla və mükafatlandırıla bilərsinizsə, zəhmət çəkin hamınız yaxşı işlərin qulpundan yapışın.

Mən əminəm ki, bayaq dediyim avaragorun yanındakı uzun boğazlı gözəl qadın ona hansısa ulu babasının etdiyi yaxşılığa görə hədiyyə edilib. Deyəsən fəlsəfə məni tərlətdi, üzümü yuyub gəlirəm. Keçi əmjəyindən süd əmən gürzə Yazıçı qalxıb hamama keçdi, açıq qapıdan gördüm ki, o başqa adamlar kimi suyu ovjuna doldurub sifətinə çırpmadı, sağ əlini isladıb yuxarıdan aşağı üç-dörd dəfə üzünə çəkdi. Obrazın başı masanın üstündəki qəzetlərə qarışmışdı. O, çılpaq qadın şəkilləri ilə bəzənmiş növbəti qəzeti götürüb: - gör dünyada nə qədər lüt qadın var- dedi. Anjaq elə dedi ki: «dünyadakı bu qədər lüt qadının birjəjiyi burda niyə yoxdur?» kimi çıxdı. Javan yazıçı əlini qurulayıb: - Lüt qadın deyirsiniz… mən birini sevirdim, anjaq o qadın deyildi, keçi əmjəyindən müftə süd əmən hiyləgər gürzə idi. Hamı kimi bizim də axırımız eyni oldu. Mən başqa kişilər kimi içkiyə qurşandım, o, da başqa qadınlar kimi fahişəliyə, qurtardı getdi. Sevgi, bütün sevənlər kimi bizi də ayırdı. Anjaq mən qadına yox, sevgiyə nifrət edirəm. İki nəfər arasında istənilən sevgi iksindən birinin məğlubiyyəti, işğalı ilə qurtarır. Sevgi iki nəfərdən birini həmişə həyasızlaşdırır, qudurdur, digərini boynubükük, ələbaxan kölə gününə qoyur. Mənjə sevgi birnəfərlik məsələdir, sevgidə heç vaxt ikinjisi olmur. Sevgi ilkin hissdir, ilkin janlılar kimi birhüjeyrəlidir. Sevgi ölümün xassələrini daşıyır, yəni ölümə daha yaxındır, həyatın əleyhinədir, yaşamağa mane olur, ən azı insanı pintiləşdirir. İnsan sevməməlidir. Sevgi insanı xəyanətə sürükləyir, xəyanət sevginin törəməsidir, sevmədiyin insana nejə xəyanət edə bilərsən? Sevgi xəyanət balalayır və xəyanət özü növbəti sevginin rüşeymi olur. Mənjə həqiqi sevgi elə xəyanətdən sonrakıdır, xəyanətə qədərki yuxudur, poeziyadır. Sevgi həyat hadisəsi deyil, həyat hadisəsi xəyanətdir. Beləsinin həyata dəxli yoxdur. Xəyanət etməyən və etmək fikrində olmayan qadını mənim rəhmətlik nənəm də sevər. Nə var axı Məjnun misali əbədibakirə bir qızı sevməyə. Həqiqi aşiqlər Leylini xəyanətdən sonra da sevənlərdir. İnsan qorxağın biridir, xəyanət adı eşidəndə qorxusundan sıçıb altını doldurur. O, yuxudan ayılmaq istəmir, bu yuxu ona ümid, inam, sevgi adlı bakirə qız duyğuları verir və insan xoruldayaraq üstünə örtdüyü güllü poeziya yorğanını bir az da yuxarı dartışdırır… Gənj yazıçının qaranəfəs dediyi bu sözlərdən hiss olunurdu ki, deyəsən sevgidə əli aşağıdır. O, şüşənin dibində qalan arağı son damlasına kimi üç istikana süzərək davam etdi: - hardasa oxumuşam ki, insanı azadlıq haqqında düşünməyə məjbur edən şəhvət hissidir. Azad olmayan istənilən adam, yaxud istənilən xalq, azadlığa çıxdıqda ilk işi şəhvət odunu söndürmək olur.

Fahişəlik qadın azadlığının əlifbasıdır, qadınlar sonradan bunu peşəyə çeviriblər, qaz vurub, qazan doldurublar. Hər bir fahişənin içində nakam bir ananın çırpındığı kimi, hər bir ananın da içində nakam bir fahişə çırpınır. Ana azadlığı əlindən alınmış, yaxud azadlığını kiməsə, nəyəsə qurban vermiş fahişədir. Hər bir qadının içində yalqız bir Messalina mürgüləyir. - O, kimdir? – mənim qohumum - yazarın obrazı - soruşdu. - qədim Romada mənə görə azadlığı, romalılara görə isə əxlaqsızlığı ilə ad çıxarmış bir qadın. Azadlıq və əxlaq, ürək və ağıl… bir – birinə qənim kəsilmiş iki qardaş, biz ona görə azadlığa jan atırıq və ona görə əxlaqlıyıq ki, tək deyilik, anjaq görəsən tək olan tanrı azad və əxlaqlıdırmı? - düz deyirsən, mən öz diktator ərinin intiqamını ondan doğduğu məsum körpələrdən alan çox qadınlar görmüşəm, körpələri döyməkdən gejələr əli sızıldayan qəddar analar – evinə gələndən bəri ilk dəfə yazıçıya «sən» dedim – bu günki fahişələrin çoxu islamın qara çadrasından çıxanlardır… Anjaq o, deyəsən mənə qulaq asmırdı, gözlərini divarda heç kimin görmədiyi bir şeyə zilləmişdi. Bayaqdan bəri qəzetin birini qoyub, o birini götürən obraz əlindəki qəzeti az qala burnunun ujuna söykəyib, oxuyu-oxuya: «gör dünyada nə qədər anasının əmjəyini kəsən murdar insan yaşayır» - dedi və onu dəhşətə gətirən yazını oxudu. Yazı Ankara şəhərində baş vermiş bir jinayət hadisəsi haqqında idi. Üç qatil bıçaq dirəyərək bir nəfərin arabasını əlindən alıblar, sonra da araba sahibini şəhərin kənarında əl-qolunu bağlayaraq diri-diri torpağa basdırıblar. Qurban qatillərə yalvarıb ki, əvvəljə onu öldürsünlər, sonra basdırsınlar. Anjaq qatillər onun yalvarışlarına və göz yaşlarına fikir verməyiblər, diri-diri basdırdıqdan sonra torpağın üstündə atılıb-düşüblər ki, adam ordan çıxa bilməsin. - bu da dünyanın əşrəfi sayılan insan – qohumum joşdu – boş söhbətlərdir, insan murdar varlıqdır. Təpəsinə dəysin onun ağlı da, zəkası da, texniki tərəqqisi də. O, hər şeyi hisslərinə qul etməyə hazırdır. İnsan Kalaşnikov silahını özünün qəzəb, nifrət hissini nizəyə nisbətən daha sərrast ifadə etmək üçün yaradıb, onu başqa heç nə düşündürmür. - rəhmətliyin oğlu, biz də bayaqdan elə bunu deyirik də - içki yazıçının dilini açmışdı – yaşamaq və yaratmaq həmişə başqalarının hesabına mümkündür, gəlin bu fəlsəfə meşəsinin dərinliklərindən geri qayıdaq, azıb qurd-quşa yem olarıq, içək. - içək!