Alatoran_header  
Xəbərlər > Yazıçılar Birliyi parçalanır
1934-cü ildə,- rus istilasının 14-cü ilində - ilk qurultayını keçirmiş Azərbaycan Yazıçılar İttifaqı, tam 70 il sonra, 2004-cü ildə özünün 11-ci qurultayını keçirməyə hazırlaşır.
DTK tərəfindən ədəbiyyatı dövlət nəzarətində saxlamaq vasitəsi kimi nəzərdə tutulmuş bu təşkilat baş verən ijtimai formasiya dəyişikliyinə baxmayaraq hələ də dövlətdən maliyyələşərək həmin əski funksiyasını yerinə yetirməkdədir. Qurultay ərəfəsində baş verən hadisələr Yazıçılar Birliyinin demokratik prinsiplərlə yenidənqurulmaya hazır olmadığını göstərməkdədir. Əksinə, bu gün ən istedadlı gənj qüvvələr AYB-ni tərk etməkdədir. Təqribən bir ay əvvəl AYB sıralarını tərk edən Şərif Ağayar, Zahir Əzəmət, Rövşən Naziroğludan sonra bir neçə gn əvvəl tanınmış tənqidçi, «Ədəbiyyat Qəzeti»nin məsul işçisi Tehran Əlişanoğlu da mətbuatda açıqlama verərək AYB sıralarını tərk etdiyini bildirmişdir.
AYB-nin 11-ci qurultayının sovet ədəbiyyatı tör-töküntülərinin son dirəniş qurultayı olacağı göz qabağındadır.