Alatoran_header  
Ədəbi tənqid > Erotik iqtidarsızlıq ya erotikasız iqtidar
Yəqin ki gələcək nəsillər 2002-ci ilin ədəbiyyat hadisəsi haqqında danışarkən ilk növbədə Tehran Əlişanoğlunun rus şairəsi Vera Pavlovadan tərcümə edərək «Bizim Əsr» qəzetində dərc etdirdiyi «Erotik şerlər»i anacaqlar. Əlbətdə ki, şerlərin, nə də ki onların tərcümələrinin super erotikliyi cəlb etməyəcək həmin o gələcək araşdırmaçıların diqətini. Hadisə sayılacaq şey odur ki, Tehran Əlişanoğlunu erotika dərc etdiyinə görə işdən çıxarıblar. Çünki, bu hadisə XXI əsrin ən unikal hadisəsi sayılmağa layiqdir. Özü də, təsadüfən qəzetin adı da «Bizim Əsr» ola, üstəlik iqtidar qəzeti ola.
Tehranın bu işə bulaşması nə qədər qəribə görünsə də (çünki, hər zaman başı aşağı, əfəndi, o məsələlərdə bir elə iqtidarlı tablosu cızmayan brisi olmuşdur) ədəbi-tənqidi məqallərinin üslubunda, yazı manerasında erotik çalarların mövcud olduğu indi artıq hər ksə məlumdur. Məsələn, Tehrana məxsus aşağıdakı cümləyə diqqət yetirin: «AYO, deyən, elə əsl keçid təzahürüdür, «yeniliy»ə, «konkret həqiqət»lərə, Ədəbiyyatın mövcud olduğu təzə funksional sferalara, təşkil prinsiplərinə, qrantlara, için hər növ azadlığına can atır – formada: əməliyyədə isə köhnə məzmundan irəli gedə bilmir, yəni son halda məlum olur ki, demə, bütün istədiklərinə AYO AYB, AYB-yə təsir vasitəsilə, YB-nin tarixində dəfələrlə olduğu kimi, onu içdən qruplaşaraq idarəçiliyi ələ keçirərəkdən nail olmaq istəyir, bəs «YB mənəvi cəhətdən xeyli dərəcədə köhnəlib», «növbədənkənar qurltay çağırmaq» gərəkmiş» - Xalis erotikadır. Tehran bəyin taxma adı ilə həmin «Bizim Əsr»də dərc olunub. Və Tehran bəy erotikanın insan ağlına gəlməyn daha çox incə məcazlarını sətiraltı mənalarda kifayət qədər yazıb, məzkur «Bizim Əsr»də nə qədər erotik difiramblar töküb. YB (yebe)-yə xoş gəlməkdn ötrü oral təzahüratlarını sətirlərin altına sızdırıb.(məs: «…AYO guya bunun ətrafında hərəkat yaradacaqmış, gəncliyin enercisini Bastilyanın, Qış sarayının alınmasına, Reyxə bayraq sancılmasına yönəldəcəkmiş-absurdur, mümkünsüzdür, hətta azdırır, və ziyanlıdır: axı total ideyalar dövrü arxada qalmışdır: və məhz buna görə AYO öyürür-çöyürür də AYB-nin üstünə qayıdır ki, hərəkat tipli belə bir qurum (AYB) artıq var, formaca köhnə görünsə də, məzmunca demokratiya şəraitinə hər gün uyğunlaşır (əsl erotika nümunəsi-İ.D.): məhz onunla «totallğını» qoruyqb saxlaya bilir ki, ən primitiv əsaslarda birləşdirir (!-İ.D.): sadəcə qələm fırlatmağı bacarmaq və «qardaşlar ittifaqı»na qoşulmaq arzusunda olmaq (burada artıq pornoqrafiya başlanır – İ.D.) kifayətdir ki, (manifestsiz-filansız) AYB sıralarında olasan».)
Tehranın biri-birinin içinə, altına, ortasına girmiş cümlələri, dombaldılmış məntiqi müəllifin freydist komplekslərindən xəbər verir, lakin əsas məsələ bu deyil, məqsədimiz Tehranın xəstəlik tarixçəsini araşdırmaqdan uzaqdır. Məsələ burasındadır ki, «Medya Holdinq» rəhbərliyi guya «erotik şerləri» qadağan etməklə təşkilatın bəkarətini qoruyub. Ay-hay. Neçə vaxtdan bəri Tehran bəyin bulaşıq üslubu ilə «Bizim Əsr»in səhifələrindəki ədbi striptizindən heç xəbəriniz olmadı. Qısacası, indi onu işdən çıxarmaqla özünüzü qəhrəman saymayın. Bu durumda əsl qəhrəman-spermen Tehran Əlişanoğludur.

6 sentyabr 2002, Alatoran 4
İradə Dəstərxanlı