Alatoran_header  
Ədəbi tənqid
Bizim ədəbiyyatbazlar hələ də bu əbləhcə sualın qaramatından çıxa bilməyiblər, «ədəbi tənqid» anlayışını özlərinəməxsus biçimdə budayaraq, «dünyanın heç yerində tənqid yoxdur» deyirlər, ya da «yaxşı bədii əsər olmadığına görə tənqid yoxdur» da israr edirlər...


Bir il ərzində "Gənclik" jurnalında çap olunmuş şerlər haqqında ümumi bir rəy söyləmək lazım gəlsə, ilk növbədə həmin şerlərin Azərbaycan ədəbi prosesində gəncliyə məxsus olan aparıcı, avanqard rol oynamadığı deyilməlidir. Aydın bir həqiəqtdir ki, hər bir şair ədəbi prosesdə öz yerini bilməlidir...


«Siz qocalmadınız,
sadəcə köhnəldiniz»
                    R.Qaraca

Tənqidçi Kamil Vəli Nərimanoğlu «Yeni Azərbaycan» qəzetinə verdiyi bir müsahibədə (23.08.2002) yazır: «Gənclərə demək istəyirəm ki, böyük ədəbiyyatın mübarizəsi Anarla müharibə ilə ölçülmür (görünür həm də Kamil Vəli Nərimanoğlu kimilərlə müharibə ilə ölçülür – İ.D.). Sən gərək «Ağ liman»dan, «Qətl günü»ndən, «Tənha narın nağılı»ndan, «İlan balası» şerindən yaxşısını yazasan ki, bu təbii seçimdə səninki ya seçilsin, ya da bunların içindən boy verib görsənəsən…»


Yəqin ki gələcək nəsillər 2002-ci ilin ədəbiyyat hadisəsi haqqında danışarkən ilk növbədə Tehran Əlişanoğlunun rus şairəsi Vera Pavlovadan tərcümə edərək «Bizim Əsr» qəzetində dərc etdirdiyi «Erotik şerlər»i anacaqlar. Əlbətdə ki, şerlərin, nə də ki onların tərcümələrinin super erotikliyi cəlb etməyəcək həmin o gələcək araşdırmaçıların diqətini. Hadisə sayılacaq şey odur ki, Tehran Əlişanoğlunu erotika dərc etdiyinə görə işdən çıxarıblar. Çünki, bu hadisə XXI əsrin ən unikal hadisəsi sayılmağa layiqdir. Özü də, təsadüfən qəzetin adı da «Bizim Əsr» ola, üstəlik iqtidar qəzeti ola...


Elçin Əfəndiyevin «Ədəbi proses: olum ya ölüm» məqaləsi haqqında
Sizə təqdim etdiyim bu məqalə 11 il əvvəl, 1991-ci ildə yazılıb.
Həmin ilin 4 oktyabrında yazıçı Elçin «Ədəbiyyat qəzeti»ndə «Ədəbi proses: olum ya ölüm» adlı bir məqalə ilə çıxış etmişdi. İndi «525-ci qəzet»də dərc elətdirdiyi silsilə məqalələrdə olduğu sayaq guya ədəbi prosesi canlandırmaq məqsədilə problemi müxtəlif rakurslardan ələ alır, «cözüm yolları»nı axtarırdı. Qeyd edim ki, ondan əvvəl Elçin yazıçıların IX qurultayında ədbi prosesin durğunluğu haqqında özünün kəskin narahatlığını ifadə etmişdi...


«Yeni Azərbaycan» qəzetinin 2 fevral sayında fizika-riyaziyyat elmləri namizədi, şair Əhməd Qəşəmoğlu ilə geniş müsahibə dərc olunub. Müsahibənin təkcə adı sual işarəti qığılcımları doğurur : «Qərb mədəniyyətinin mahiyyətində bir təcavüzkarlıq vardır.» Müsahibənin mətnindən isə aydın olduğuna görə, guya «Qərb mədəniyyəti formasında Allahdan, günəşdən əvvəl Şərqlinin təzyiqini hiss edib… ona görə də Qərb mədəniyyətinin mahiyyətində Şərqə qarşı bir kin qanadı da mövcuddur»...


Cavanşir Yusifli «İndi nədən, kimdən deyək?» adlı məqaləsində ədəbiyyatımızdakı «ümumi vəziyyətin ölgünlüyünü» və «onu nəyin bahasına olursa olsun, illər boyu bir yerdə saydığı nöqtədən tərpətmək cəhdinin təqdirə layiq olmasından» söz açıb. Cavnşir Yusifli bu cümləsi ilə AYO-nun fəaliyyətini müsbət qiymətləndirib, AYB-ni nəyin bahasına olursa olsun yerindən tərpətmək zərurətini vurğulayıb. Məqaləsinin bir yerində (5-ci sütun, 1-ci abzas) yaşlı nəsildən olan yazıçılar haqqında kəskin fikirlər söyləyib: «Qocalara gəldikdə isə mən anadan olub özümü anlayandan onları qoca görmüşəm. Onların şerlərinə və ümumən yazdıqlarına baxanda, ağla ilkin o gəlir ki, ilahi, dili də belə qəfəsə salıb bağrını çatdatmaq olarmı?»...


Bu gün şer sahəsində yaradıcılıq yarışması başqa janrlarla müqayisədə daha barizdir və son 1-2 ildə bu yarışma xüsusilə qızışıb. Sanki şairlər qeyrətə gəlib «kim daha yaxşı yazar» deyərcəsinə meydana atılıblar, ardı-arası kəsilməyən yeni imzalar və «kosmik» məhsullar mətbuat səhifələrindən aşıb daşır.
Lakin, bütün bunların nəhayətində əcəba, kəmiyyətin keyfiyyətə keçməsi hadisəsi baş verirmi? Şübhəsiz, verir...


Bu səfər şair və yazıçılarımızın başqa bir mərəzi haqqında danışmaq istəyirəm. Bu mərəzi ifadə etmək üçün dilimizdə yaxşı bir söz var : Yekəxanəlik. Lakin daha detaylı təsəvvür əldə etməniz üçün onun simptomlarını açıqlayım: böyük şeylərdən danışıb böyük görünmək, boş qab gumb edər misalı hər zaman gurultulu mövzulardan danışmaq, özünün adi insan olmadığını nəzərə çarpdırmaq üçün ilahi, ruhani dəryalara dalmaq, göyüzündəlik, ayağıyerdənqopuqluq, yalançı elitarlıq və s. yekəxanəliyin təzahürləridir...

Tənqidçi Vaqif Yusifli "Yeni Azərbaycan" qəzetinin 02.08.2002 sayında Rəsul Rza haqqında dərc etdirdiyi bir məqalədə yazır: "…Rəsul Rza Azərbaycan sovet ədəbiyyatı hadisəsidir və heç şübhəsiz, sovet varlığı və sovet həqiqətləri Rəsul Rza poeziyasından yan keçməmişdir...

Qurtuluş bayramı günü Şəhidlər məzarlığını ziarət sırısında ölkə prezidenti Heydər Əliyevin xalq şairi Qabillə ayaqüstü söhbəti seyr edənləri heyrətə gətirdi...

Deyəsən, Albert Eynşteyn sübut edib ki, zaman nisbidir. Yəni zaman hadisələrə görə var, hadisələr olmasa zaman da "yoxdur"...

Qəşəm Nəcəfzadənin "Ədalət" qəzetində (6 fevral 2003) yeni şerləri dərc olunub. Miniatür formada yazılmış bu şerlər öz biçimi etibarilə az sözlə çox şey deməyə hesablanıb, uzun təfərrüatlardan, yersiz ritmikadan, qafiyə ucuzluğundan yorulmuş oxucuya sözün özünü (özəyini) sunmaq qayəsi daşıyır...

Bu səfər sözüm Tofiq Abdinədir, daha doğrusu, Tofiq Abdin haqqındadır.
Bu günlərdə onun müxalifət qəzetlərinin birində dərc olunmuş müsahibəsini oxudum və ədəbi mühitin bu bənzərsiz adı haqqında bir an düşünməli oldum...

Qarabağ məsələsinin həllində olduğu kimi, ədəbiyyat məsələlərində də savaş və barış istəyən qüvvələr arasında qütbləşmələr özünü göstərməkdədir. Fəqət burada savaş cəbhələr arasında və torpaqlar üstündə deyil, köhnə zamanla yeni zaman arasında və ideya uğrunda gedir...

Kamal Abdullanın “Yarımçıq Əlyazma” romanı haqqında qeydlər

Hələ 3-4 il bundan əvvəl, Azad Yazarlar Ocağı, ədəbiyyatda yeniləşmə prosesinin başladılması mövzularında, bir ədəbi qurum olaraq, ilk çıxışlarına başladığı zamanlarda, yeni ədəbi meyarları gündəmə gətirmək istəyəndə, bunun yaşlı ədəbi qüvvələr tərəfindən necə bir etiraz dalğası ilə qarşılandığını ədəbi prosesi izləyənlər yaxşı xatırlayırlar...