|
|
Görüşməyə gəlməyən dost
Həyat görüşə gəlməyən bir dost
Sənin kimi
qəm hopmuş gözlərin
çalınmayan bir tütək
dodaqların dərilməyən bal pətəkləri
səsin yuxularıma yöndəmsiz yol
rəsm olunmayan rəsimlər
baxışın -
çalğıya gəlməyən bir hava
çalınmamış həyatı
mən - səhər gülən Günəş
Səni yaşamaq istəyirəm
Saçların - yasəmənlər çölündə itən nəsim
Əllərin - baharla gəlməyən çiçək
Gözlərin - əl yetməz bir röya
Səninlə yaşamaq istəyirəm
Səni söyləmək olmur
kəlmələr qurtarır
kəlmələr yaranmayıblar…
gəl görüşək yenidən
görüşün yeni həyat.
Biz
anamın ömrü yoxsul mətbəxdə keçdi
atam Günəşi ağır işlərdə
Doğudan Batıya daşıyıb qocaldı
bacım sevişmədən ərə getdi
qardaşım ürəyi yandığından
birisinin əlindən tutdu
və mən adamların arasında
yana-yana göyərdim
kitabların arasında
yaza-yaza qurtardım
Süleyman Məhəmmədi
|
|