Alatoran_header  
Jurnal > 2004/№2 > Berlindən məktub

Bu günlərdə Berlində yaşayan bir qardaşımızdan – Həbib Müntəziridən AYO internet poçtuna bir məktub daxil oldu. Həbibin 22 yaşı var, Bakıda anadan olub, valideynlərinin Almaniyaya köçməsi səbəbi ilə hal hazırda yurd dışında yaşayır. Son dərəjə maraqlı şerləri var. Artıq jurnalımız çapa hazır olduğu üçün Həbibin yalnız bir şerini dərj edə bildik, lakin onun yaradıjılığı ilə yaxından tanış olmaq istəyənlərə pur.gen.az saytına baxmağı və orada «zırt-pırt» bölümündə gənj qərdəaşımızın şerlərini oxumağı tövsiyyə edirik. Gələn sayımızda Həbibin şerlərini dərj edəjəyik.

Çat

Öyrəndim interneti bir təhər çatlaşa-çatlaşa.
Barmağlarım olub mənim qəbər çatlaşa-çatlaşa.

Səsli və görüntülü çatlar yayılıb hər tərəfə,
İnsanda hər şeydən olur xəbər çatlaşa-çatlaşa.

„MSN«, «Yahoo messenger«, „Paltalk« , „ICQ« ile „Mirc«,
Çatında yazışmışıq o qədər çatlaşa-çatlaşa.

Ya „ban« olur, ya „kick« olur uzaq başı „ignor« olar,
«User» pozubsa qaydanı əgər çatlaşa-çatlaşa.

Köhnə «user»sənsə əgər baş-beyin dəng olmalıdir,
Onuyla söhbət edir bir nəfər çatlaşa-çatlaşa.

Marağlı nicklər qoyulur lap adami heyran edir,
Bir də görürsən yazılıb əsər çatlaşa-çatlaşa.

Çat elə şeydir insan öz sözüylə hörmət qazanır,
Qanacağ, əxlaqla çalar zəfər çatlaşa-çatlaşa.

Millət öz dilin unudur,özgə dildə söhbət edir,
Doğma dilə verilməyir dəyər çatlaşa-çatlaşa.

Çatda söyüş söymək özü böyük səviyyəsizlikdi,
Xalqı təmsil etmirikmi məgər çatlaşa-çatlaşa.

Həbib Haqqı təbliğ elə bu çat yaxşı vasitədir,
Sən qazan axirət üçün səmər çatlaşa-çatlaşa.


Həbib Müntəziri
19 İyul 2003,Berlin