Alatoran_header  
Əsərlər > Elmir Mirzəyev
Elmir Mirzəyev -
   Bəstəkar.
   SoNoR Müasir Musiqi Təşəbbüs Mərkəzinin Bədii Rəhbəri.
   Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc QRAYEV'in sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm'un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoornda (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur.
   1995-ci ildə SoNoR Müasir Musiqi Ansamblının (1998-dən Müasir Musiqi Təşəbbüs Mərkəzi) yaradıcılarından və bu zamandan etibarən onun bədii rəhbəri. 1996-cı ildən 9 beynəlxalq layihənin təşkilatçısı (o cümlədən "SoNoR Tellər - Mədəniyyətlər...Təmaslar..." Müasir və Ənənəvi Musiqi Festivalı, "Asiya Bayramı" Ənənəvi Şərq Musiqisi Festivalı, Avropa Bəstəkarlarının III Qeyri-Formal Görüşü, "Rəmzdən Öncə" Müasir İncəsənət Festivalı və s.)

Той  (Jurnal 2004/№4)

Lux in tenebris (свет во тьме)  (Jurnal 2004/№4)