Alatoran_header  
Əsərlər > Azər Əhmədov
Azər Əhmədov –
Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayıl rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl medalla, 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. 13 yaşından aktiv riyaziyyatla məşğul olub. Orta məktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəki Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib.
SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub. 1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutunun Funksional Analiz şöbəsinə imtahan verib, qrant alıb 2 ilə yaxın (1998-ci ilin aprelinə qədər) orda tədqiqatçı işləyib.
1998-ci ildə Amerikada Yeyl Universitetinin doktoranturasına qəbul olunub və həmin universitetdə riyaziyyat doktoru dərəcəsi alıb.
Bu ildən Kaliforniya Universitetində 3 illik professor vəzifəsində çalışır.
Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, 3 ölçülü topologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğul olur, məqalələri riyaziyyat jurnallarında çap olunur. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib. Çalışdığı Yeyl (Yale) Universiteti dünyanın ən məşhur elm mərkəzlərindən hesab edilir.

Bir məclisdə on iki kişinin söhbəti  (Jurnal 2004/№3)

Ora oradır, bura da bura...  (Jurnal 2004/№3)

Cəncəli balası  (Jurnal 2004/№4)

Əclaf  (Jurnal 2004/№4)

Vəsiyyət  (Jurnal 2004/№4)

Müsəlmanın elanı  (Jurnal 2004/№4)

Parad (hekayə)  (Jurnal 2004/№4)

Küçələrə su səpmişəm (esse)  (Jurnal 2004/№4)